"YUVAM- VƏTƏN TORPĞI,
DİLİM-ANAM YADİGARI"
Ulu bir nəslin, iki əsrin adamıyam
Əsiri oldum vaxtın, zamanın.
Yer kürəsi-məkanım.
Yuvam-Vətən torpağı-
Olmayıb-olmayacaq ortağı.
Dilim-anam
yadigarı,
Mənliyim-atam vüqarı.
Sözümün kəsəri-babamdan
Xeyir-duamı obamdan aldım-
Dədəm Qorqud...
Bu misraların müəllifi
Mirzəkişi Sabahdır. Olsun ki, oxucularımız bu müəllifin şeirləri ilə, onun iki kitabı
ilə tanış
deyillər, amma inanın, o, artıq çağdaş şeirimizdə
öz fərdi üslubu ilə, səsi, nəfəsi ilə seçilməyə
can atır və çox zaman buna nail olur.
Şairlik təkcə şeir yazmaq kimi düşünülməsin,
indinin özündə
poeziyaya yalnız şeirlər yazıb kitablar nəşr etdirmək, hansı vasitələrləsə tərif
(təhlil yox!) xamırında yoğrulmaq
istəyənlər çoxdur. Əsl şairin
kimliyi, mənəvi pasportu şeirlərində
ifadə olunan fikirlərdədir, bu fikirlərin poetik ifadəsindədir. O şeirlərdən
həyatın nəfəsini
duymalıyıq. Dahi
V.Q. Belinsiki yazırdı:
"Poeziya həyatı,
bir ikan kimi, yaradıjı surətdə yenidən yaratmaqdır. Buna görə
də, o şey ki, həyatda ola bilməz,
o, poeziyada da yalandır. Başqa sözlə, həyatda ola bilməyən
şey poetik də ola bilməz....Həyatı əks etdirə bilmək üçün hətta yaradıcılıq istedadı
da azdır: həyatı anlamaq üçün gərək
ağıl da olsun. Kim istəsə
ki, kağız üzərində də, yazdığı şeirlərdə
də şairliyi görünsün, o, gərək
əvvəlcə qəlbən
şair olsun və öz təbiətinə uyğun
olaraq, həyatın poetik tərəfini görsün. Poeziya təkcə kitablarda deyil: o, həyatın öz nəfəsindədir".
Mirzəkişi Sabahın ən yaxşı şeirlərində
həyatın nəfəsi
duyulur. O, yaşadığı
hissləri, həyatda
rast gəldiyi, müşahidə etdiyi hadisə və olayları şeirə çevirir. Onun "Sumqayıt" nəşriyyatında
çap olunmuş
"Sualsız javablar"
(2015) kitabındakı ən
yaxşı qeirlərdə
bunu hiss edirik. Niyə məhz sualsız cavablar? Şeirlərdə suallar azdır,
amma fikirləşirik
ki, M.Sabah hər hansı şeirini yazanda o şeirdən sual da doğur, amma bu sualı
verməmək də olar. Çünki şeir, əslində,
şairi düşündürən
suallara cavabdır.
Səni
qarış-qarış gəzmədim
Vətən,
Seyrinə çıxanın uğruna
çıxdım.
Düşmənin başını ilan
başı tək
Ocağım başında əzmədim
Vətən,
Süfrənin başında əlini sıxdım.
Səni
qarış-qarış gəzmədim
Vətən,
Tamahı böyükmüş yağı
düşmənin.
Çöküb sinəsinə, basıb
dizimi
Başın bədənindən üzmədim
Vətən,
Bu böyük günahım,
bu böyük səhvim.
Bu şeirin məğzi,
mahiyyəti vətənə
sevgidən doğub və "mən Vətən üçün
nə etmişəm"
sualına cavab verə bilər. Vətən, yurd, ocaq, kənd,
torpaq anlayışları
heç də mücərrəd anlayışlar
deyil və Mirzəkişinin şeirlərində
bu anlayışlar öz konkret ifadəsi ilə diqqəti cəlb edir. O, "Oyan oğul kimi" şeirində publisistika ilə şeir birləşir- Vətən
oğullarına ancaq bu cür müraciət
etmək olar:
Oğlan
yox, oğul gərəkdir qisasını
almağa,
Sarınaraq üç rəngli
ay-ulduzlu bayrağa,
Xankəndində, Şuşada zirvələrə
sancmağa,
Oğul
doğulmaq asan, oğul olmayacaqsa
Belə yatağan oğlan, Vətən, nəyinə
gərək?
Hər loğulan
oğlansa oğul olmayır demək.
Məndən sənə vəsiyyət:
Yatmaq olmaz Torpaqsız-Qarabağsız.
Mirzəkişi Sabahı həyatda hər şey düşüncəyə çəkir. Şair, əslində,
onu narahat edən, qəlbində nigaran hisslər oyadan nə varsa, bu haqda
düşünməli, sonra
bu düşüncələri
şeirə gətirməlidir.
Həyat
isə çox mürəkkəbdir, necə
ki, dünya. Mən onun "Reallıq" şeirini çox bəyəndim. Düzdür,
bu şeirdə obrazlı ifadələr, təşbehlər az nəzərə çarpır, amma içərisində dolaşdığımız
həyatı, gerçəkliyi
bizə xatırladır:
Qəbrimin torpağı Vətənin
İşbazlar, hamısı bir
bezin qırağı,
Vətənim!
Yatıb kasıbın qaraçuxası.
Amma Mirzəkişinin
"gül ətri, çiçək qoxusu"
verən şeirlərində
başqa bir əhval-ruhiyyə görürük. Onun sevgi
şeirləri ömrün
payız illərinin duyğularını ifadə
edir.
Getdiyim,
gəldiyim yollar yoruldu
Boynusa dolanan qollar yoruldu
Bir odlu baxışdan kefim duruldu
Bu yaşda, bu kefi neynirəm, Allah?
Mirzəkişi təbiəti duyan və bu duyğunu
şeirlərində poetik
mənalara çevirən
bir müəllif kimi diqqəti cəlb edir. O, təbiətdən
yazanda içindəki
təbiətdən boylanır.
Çünki təbiət bütün
gözəlliyi və
bütün təzadları
ilə sənin içində olmalıdır
ki, onu bədii
sözün işığına
çıxarasan. Mirzəkişinin
"Qalib bənövşə",
"Xəzəl", "Qızılgül" şeirlərində
İnsan-Təbiət vəhdəti
hiss olunur.
Şeir ürəklə ağlın
birliyindən yaranır. Əgər bir
şeirdə fikir zəifdisə, onu heç cür hissiyyatla cilalamaq olmaz. Ya da fikir varsa, amma hissiyyat
zəifdirsə, yenə
şeir yarımçıq
təsir bağışlayacaq.
Mirzəkişi deyəndə
ki:
Eyvanıma qonan sərçə,
Atdanıb hoppanan sərçə
Quş dilini bilməsəm də
Sən məni anlayan sərçə
"Sərçə" adlı
bu şeirdə şairin demək istədiyi odur ki, sərçə-bu adi quş da
öz ömrünü
yaşayır, amma onun insana, insanın
da ona bənzərliyi
var. İnsan üçün
qutsal Vətəndir, sərçə üçün
Dən. Amma onları fədakarlıq birləşdirir. Bu fikri Mirzəkişi şeir dililə uğurlu ifadələrlə verə
bilir:
Sənin
qorxduğun it-pişik
Sənin
sevdiyin dən eşik
Bəlkə elə-DƏN-deməkdir.
Sərçə oxuduğu-CİK-CİK.
Amma indi başqa bir şeirə müraciət edək,
"Ürəyimin işığı"na:
Ürəyimin işığını ürəyimdən çıxan
qan damarları
İşıq seli daşıyan
naqillər sayaq
Axıdır gözlərimə.
Kipriklərim qəfildən toxunanda
bir-birinə
Qısa
qapanma baş verir, sanki
Gözlərimin işığı naqilləri
səhv salan naşı işıqçı
sayaq.
Fikir var bu şeirdə, hərçənd ki, bu fikir, şairin demək isğədiyi mətləb o qədər jə əhəmiyyətli deyil. Mirzəkişi bu balaca şeirdə istədiyinə nail ola bilməyib. Çünki burada fikir poeziya libasına bürünməyib. Sadəcə qupquru bir fikir...Yeri gəlmişkən qeyd edim ki, Mirzəkişinin şeirləri içərisində yalnız müəyyən bir fikir söyləmək naminə quraşdırılan belə şeirlərə yenə rast gəlmək olar.
Mirzəkişiyə bir də onu xatırlatmaq istəyirəm ki, ŞEİR ona görə şeirdir ki, onu nəsrlə, adi danışıqla, sırf publisistika ilə qarışdırmaq olmaz. Məsələn, "Səddam, Qəddafi duza gedir Bəşər Əsəd" şeiri adi danışıqdan başqa bir şey deyil. Bu şeiri çox asanlıqla nəsr şəklində ifadə etmək olar. Halbuki, şeirin öz gözəlliyi var.
Kitabda mənə ən çox xoş gələn Mirzəkişinin "Bir zaman atalı, analı kəndim" etnoqrafik poeması oldu. Onun şairliyi, sözə həssas münasibəti, təbiəti duyması, adət-ənənələrimizə bələdliyi və bütün bunların Vətəni sevmək duyğusuna yönəlməsi diqqəti cəlb edir. Böyük Vətənə məhəbbət kiçik bir kəndi sevməkdən başlayır. Poemada kəndin keçmişi ilə bu günü arasında nələr olub, nələr yaşanıb, o kəndin özünəməxsusluğu (təbiəti və adamları) necə də şairanə təqdim edilir. Bu poemada ustad Şəhriyarın da nəfəsi duyulur.
Bulaqlar kor olub, lilparlar qəmgin
İçi mamırlanıb badya, səhəngin
Çaylar məcrasını, sular ahəngin
Dəyişib, hardadı arxam, güvəncim?
Bir zaman atalı, analı kəndim.
Plov dəmlənərdi boğlu düyüdən
Kərki daşlarıydı qovut üyüdən
Hanı çeşmələri dodaq keyidən
Boylanıb ğaxıram, düzəlmir qəddim
Bir zaman atalı, analı kəndim.
Bu nostalji hisslərdən
sonra şair keçmişə qayıdır. O zamankı
kəndin etnoqrafik mənzərəsini təqdim
edir, gözəl təbiətindən lövhələr
verir, insanları yada salır. Lirik səpgidə yazılmış
bu poemaya heç bir irad tutmaq olmaz.
Mirzəkişi Sabahın "Cəhənnəm
əzabı" poeması
isə Qarabağ savaşında şəhid
olmuş Siracəddin Nəbiyevin əziz xatirəsinə həsr olunub, yarı nəsrlə (izah və şərhlərlə)
təqdim olunan bu poemada igid
bir əsgərimizin keçdiyi döyüş
yolundan, şəhid olmasından söz açılır. Ümumiyyətlə, M.Sabahın şeirlərində
və həmçinin
poemalarında Vətənpərvərlik
mövzusu aparıcıdır,
-desəm, səhv etmərəm. Çox arzulayardım
ki, Mirzəkişi Vətən haqqında yazdığı şeirlərində
təzə, təravətli
poetik obrazlar yaratsın, bədii təsvir vasitələrinə
daha çox müraciət etsin, standart və şablon ifadələrdən
qaçsın. Şairlik zəhmət
tələb edir.
Sözümü onun birinci kitabındakı
("Barış qismətinlə,
barış") "Ürək"
şeirindən bu iki bəndlə bitirmək istəyirəm:
Ay, ulduz, Günəş oyanıb,
Zaman susub, vaxt dayanıb,
Göy üzü qana boyanıb,
Olubdu qançır
ürəyim.
Enir gözümə duman, çən,
Uçuluram öz içimdən.
Mənə ürək olan
gündən
Elə qan içir ürəyim.
Həmişə ürəyinlə baş-başa qal, o sənə qan içirsə
də...Şair taleyi
elə budur...
Ədalət.-2015.-9 dekabr.-S.7.