DOĞUMUN VƏ ÖLÜMÜN MÜBARƏK, YUSİF SƏMƏDOĞLU!

 

 (Böyük Azərbaycan yazıçısı Yusif Səmədoğlunun 80 illiyi) cüzə bir daha onu bu dünyaya qaytarmayacaqdı. Səməd Vurğun ocağının ağbirçəyi Xavər xanımın ağlar görkəmi bu ocaqda bir çat yarandığından xəbər verirdi. Ancaq insanın hər gün gördüyü, ünsiyyətdə olduğu, illər boyu doğmalaşdığı həmcinsindən əli üzüləndə bir istək də onu tərk eləmir - lap mövhumi də olsa, özünü belə bir fikrə inandırır ki, möcüzə baş verəcək. Vaqif Səmədoğlunun bir şeirində deyildiyi kimi:

 

Bir gün səslənəcək

ölüm qədər yaxın,

doğma bir səs eşidəcəm.

Ömrün səslərində bir boşluq səslənəcək,

mənə gərəksiz olacaq

yer üzünün bütün özgə səsləri.

 

Və o an

sayrışan ulduzların xışıltısı,

uşaq qəhqəhəsinin parıltısı

daha lazım olmaycaq mənə.

Ölüm qədər yaxın

doğma bir səs eşidəcəm...

 

Amma o doğma səsi heç bir möcüzə bizə qaytara bilməz.

"Yuxunuz şirin olsun, dirilər!"

Çox çəkməz - ağlar ana - Xavər xanım da dünyasını dəyişəcək. Sonra Aybəniz xanım. Sonra Aygün xanım. Ən sonda Vaqif Səmədoğlu. Amma Səməd Vurğun ocağı sönməyib. Nəsil davam edir.

Yusif Səmədoğlunu ilk dəfə haçan, harda gördüyümü xatırlaya bilmirəm. Amma nə vaxt gördümsə, Səməd Vurğunla - atası - böyük şairimizlə onu müqayisə elədim. Mən təbii ki, Səməd Vurğunu görməmişəm, amma uşaqlıqdan onun şeirləri ilə nəfəs almışam və biləndə ki, Yusif onun ilk övladıdır, istər-istəməz zahiri görkəmcə bu iki insanın bir-birinə necə oxşadığı barədə düşünmüşəm. Onların şəkillərini yanaşı qoymuşam və görmüşəm ki, natura etibarilə atasına ən çox oxşayan Yusifdir. Bu, mənim qənaətimdir. İş elə gətirdi ki, mən Yusif müəllimin baş redaktor olduğu "Azərbaycan" jurnalında işlədim, hər gün olmasa da, həftədə bir-iki dəfə onu görür, çağıranda sanki Səməd Vurğunun hüzuruna gedirmiş kimi yanına tələsirdim. Bizim nəsil Səməd Vurğunu dilimizin əzbərinə çevrilən şeirlərindən, bu şeirlərin təsiriylə Azərbaycanı sevən, bu torpaqda doğulduğu üçün böyük qürur hissi keçirən atalarımızın, analarımızın məhəbbətindən sevmişik. Bəli, məhəbbətindən! Çünki uşaq olmağına baxmayaraq şairə bu qeyri-adi məhəbbəti hiss etməmək mümkün deyildi. Əllinci illərdə bizim evdə iki böyük ağlaşmanın şahidi olmuşam. 1953-cü ildə (onda mənim 5 yaşım vardı) - mart ayında "ellər atası" Stalin öldü. İlk ağlaşma onda oldu. 1956-cı ilin mayında Səməd Vurğun vəfat etdi və onda da hiss elədim ki, bu, adi ölüm deyil. Amma tezliklə Stalinin şəxsiyyətə pərəstişi bir kompaniya halına keçdi, "ellər atası" fəxri zirvədən aşağı yumbalandı, vaxtilə onun ölümünə ağlayanlar heykəllərini uçurdular. Amma Səməd Vurğun unudulmadı. Hətta 90-cı illərdə bəzi naəhl adamlar tərəfindən Səməd Vurğuna, guya sovet şairi, kommunizm ideallarının tərənnümçüsü kimi "qiymət" veriləndə də, onu xalqın ürəyindən çıxarmaq mümkün olmadı. Çünki Səməd Vurğunu unutmaq azərbaycanlı olduğunu unutmaq demək idi.

1960-cı ildə, 25 yaşlı Yusif Səmədoğlunun ilk hekayələr kitabı çapdan çıxır: "220 N-li otaq". Cavan yazıçı kitabın birinci səhifəsində belə bir qeyd vermişdi: "Atam Səməd Vurğunun əziz xatirəsinə ithaf edirəm".

"Gözlər" hekayəsi Səməd Vurğunun (hekayədə adı çəkilməsə də, Şair odur), reallığına qətiyyən şübhə doğurmayan bir hadisə qələmə alınmışdır. Ovçu, dostları ilə birgə Q. kəndinə gedir. Sabah sübhdən yenə ova çıxacaqdılar. Şairin kəndə gəlməsini eşidən camaat klubun qabağına toplaşır. Şair görünən kimi hamı ilə hal-əhval tutur.

Və bu zaman... "Cavanların qabağında, on yeddi-on səkkiz yaşlarında ucaboy bir qız başını aşağı salıb dayanmışdı. Qızın alnına tökülmüş qıvrım teli arabir əsən mehdən tərpəşir, qalın, çatma qaşlarını sığallayırdı. Həyəcanlandığından, yorulduğundanmı qız ağır-ağır nəfəs alır, qabarıq sinəsi qalxıb enirdi.

...Şair ağır addımlarla bir an durdu, adəti üzrə yenə əlini saçlarına aparıb qaşlarını çatdı. Bir az dumanlı görünən gözlərində gəncliyə, təbiətin qüdrətinə təşəkkür ifadə edən bir qığılcım yandı. Şairin qızla maraqlandığını görən camaat danışığını kəsdi. Şair mənalı nəzərlərlə bir qızı, bir də dağları süzdü, sönmüş papirosunu yerə tullayıb dedi:

-Qızım, get mənə bir atlama qayır gətir. Gözlərinə şeir yazacam.

Qız son dərəcə ağır bir hərəkətlə başını qaldırdı. Gözlərinin ikisinə də gəlmişdi. Sanki şairdən və təbiətdən aman istəyirdi. İşin belə olacağını heç kəs gözləmirdi. Hamı pərişan halda nəzərlərini şairə dikdi. Şairsə...

Şairsə sarsılmışdı. Bənizi qaralmış, dodaqları titrəyirdi.

...Şair qıza yanaşdı, onu qucaqlayıb başını bağrına basdı. Titrək səslə:

- Qızım, bağışla, - dedi, - görmədim, qızım bağışla, görmədim!"

Son dərəcə həssas olan, ürəyi kövrək Şair klubda çox qalmır, bu ağır səhnə onu sarsıtdığından şəhərə tələsir.

Və illər keçir, qəlbini sındırdığına görə o qız yadından çıxmır.

Və bir gün həkimlərin ciddi səyi ilə sağalan o qız şairin yanına gəlir.

Bu hekayədə Yusif Səmədoğlu böyük bir məhəbbətlə xalqın sevimli şairinin - atası Səməd Vurğunun obrazını yaratmışdır.

Məncə, Yusif Səmədoğlunun Səməd Vurğuna münasibətini - oğulun Ataya məhəbbətini açıqlamaq üçün "Gözlər" hekayəsindən ən gözəl mənbə tapmaq çətindir.

O ki qalldı "220 N-li otaq" hekayəsinə, bu hekayə Yusif Səmədoğlunun Səməd Vurğun ideallarına nə dərəcədə sadiq qaldığını göstənən səciyyəvi ədəbi nümunədir.

İllər keçdikcə Səməd Vurğun yaradıcılığına dönə-dönə müraciət etdikcə bir daha aydın olur ki, o, təpədən-dırnağa azərbaycançı, milliyyətçi, Vətənçi şair olmuşdur. Hətta "Zəncinin arzuları"nda da, "Zamanın bayraqdarı"nda da Səməd Vurğun Azərbaycan ruhundan bir addım belə geri çəkilməmişdir. O, bizə Azərbaycan dilinin zərifliyini, incəliyini, şirinliyini daddırmışdır. O, bizə Azərbaycanı sevdirmişdir.

"220 N-li otaq" hekayəsinin qəhrəmanı da başdan-ayağa patriotdur, bütün varlığı ilə Azərbaycana bağlıdır, Moskvada təhsil alan dostunun birdən-birə dəyişməsi (adət-ənənələrimizə dodaq büzməsi, tarı yox, saksafonu, trubanı sevməsi, rus qızlarına məftun olması) onun mənliyinə toxunur, ironiya ilə "Bizdən Azərbaycana salam!" deyən dostlarından əbədi ayrılır.

"Komendatdan pasportumu geri alanda o qoca kişi diqqətlə üzümə baxdı və soruşdu:

-Orada heç kim qalmadı? Yoxsa, gecdir, yatmaq vaxtıdır.

Mən nə etdiyimi bilmirdim. Yazıq qocanın üstünə qışqırdım:

-Xeyr, qaldı! Bir fahişə qaldı, bir də o fahişəyə oxşayan iki oğraş".

Yusif Səmədoğlu ruhən, necə deyərlər, kök və qan qrupca Səməd Vurğuna nə qədər oxşasa da, öz taleyini yaşamışdır. Onlar XX əsrin bir-birindən fərqli iki zaman qütbündə yaşamışlar. 1956-cı ildə 50 yaşını adlamış Səməd Vurğun artıq illər boyu çəkdiyi mənəvi əzablardan, açıq, ya gizli təqiblərdən, "qazandığı" xərçəng xəstəliyindən vəfat etdi. Bu zaman Yusif Səmədoğlunun 21 yaşı vardı. Səməd Yusif oğlu həyatında fərəhli anlarla bərabər çox-çox acılıqlarla da üzləşmişdi, o böyük şöhrət pyedestalına bu acılıqlardan keçə-keçə yüksəlmişdi. Uşaqkən anasını, sonra atasını itirmişdi, yoxsulluq və ehtiyacla üz-üzə qalmışdı. Bəy oğlu idi, amma yeni quruluş ona bəy kimi yaşamağa heç macal vermədi, əlinə silah götürüb komsomollarla bir sırada bəylərə qarşı mübarizəyə qalxdı. İlk sevgisi uğursuz oldu. Şeir aləmində isə çox tez parladı, ancaq heç vaxt başından qeylü-qal əskik olmadı, böyük şair kimi etiraf olunsa da, ona qarşı açıq və gizli təqiblər, mətbuat səhifələrində ünvanına yağdırılan hədyanlar həmişə yoluna çıxdı. Ancaq bütün bu görünən və görünməyən tərcümnyi-halı ilə Səməd Vurğun elə sağlığında xalqın ürəyində öz möhtəşəm heykəlini ucaltdı.

1956-cı ildə, Səməd Vurğun vəfat edəndə dövr, zəmanə artıq mülayimləşmişdi, ölkədə Stalinin şəxsiyyətə pərəstişi bir nömrəli tənqid hədəfinə çevrilmişdi, xalq, deyəsən, rahat nəfəs almağa başlamışdı, repressiya zamanı sürgünə göndərilənlərin sağ qalanları bəraət qazanıb geri qayıdırdılar. Moskvada, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alan Yusif Səmədoğlu sonuncu kursu Bakıda-ADU-nun filologiya fakültəsində başa çatdırdı.

Yusif Səmədoğlunun rəsmi tərcümeyi-halında tərcüməçi-redaktor, ədəbi işçi, redaksiyada şöbə müdiri, kinostudiyada baş redaktor, direktor müavini, "Ulduz" və "Azərbaycan" jurnallarının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Millət vəkili sözləri yazılmışdır. Bütün bunlar iş, əməl, ictimai fəaliyyət dairəsini əhatə edir. Yazıçı Yusif Səmədoğlu isə Söz adamı idi. Bir "Qətl günü" romanı, "Deyilənlər gəldi başa" yarımçıq romanı, on beş hekayəsi, üç kino-ssenarisi... bunlar bir yerə cəm olsa, bir kitaba sığışar. Amma bu əsərlər XX əsr Azərbaycan gerçəkliyini, Azərbaycan insanının mənəvi aləmini əks etdirmək baxımından çox dəyərli bədii nümunələrdir. Onun təsvir etdiyi hadisələr, insanlar, mühit, cəmiyyət real dünyamızın özüdür. O, bədii idrakın bütün komponentlərini, nə yazmağın necə yazmağa çevrildiyini əks etdirən usta bir yazıçı idi. Romantika, realizm, mistika, fantasmaqoriya, mif, əsatir, nağıl poetikası bu əsərlərdə bir-birilə qaynayıb qovuşurdu. Gəlin, müxtəsər də olsa, bu əsərlər haqda söz açaq.

 

II

"220 №-li otaq" kitabına toplanan hekayələr Yusif Səmədoğlunun öncə qeyd etdiyim kimi, ilk qələm təcrübələri idi. Bu hekayələrdə, əgər belə demək mümkünsə, Yusif Səmədoğlu da, onun təsvir etdiyi qəhrəmanlar da romantik gənclik dövrünü yaşayırdılar. Ədəbi tənqid Yusifin bu hekayələri haqqında xoş sözlər dedi və müəyyən təcrübəsizliyinə baxmayaraq ədəbiyyata istedadlı bir gəncin ayaq basmasını alqışladı. Həmin istedadın püxtələşməsini isə biz "Qalaktika" adlı ikinci hekayələr kitabında gördük. "Qalaktika"da Yusifə və onun qəhrəmanlarına xas olan romantik dövrün ötüb keçdiyini hiss elədik. Artıq bu hekayələrdə romantik xəyal və arzuların həyatın sərt üzü ilə qarşılaşdığını görmək çətin deyildi.

"Qalaktika" hekayəsindəki professoru və Kərim kişini xatırlayın. Onlar ömürlərini başa vurmaqdadırlar, gənclik dövrlərin xatırladıqca məyusluğa qatılırlar. Səbəb heç də qocalıq deyil. Əsas səbəb odur ki, onlar məşhurlaşandan sonra doğulduqları kəndi, eli, obanı unutmuş, qəfəs bülbülünə çevrilmişlər.

"Bilirsənmi, çox qəribədir, təsəvvür edilməzdir, ancaq həqiqətdir. İnsan quşları tutub qəfəsə salmağa adət etdiyi gündən bəri bülbüllərin də yeni bir cinsi yaranıb. Onlar yalnız bir şəraitə uyğunlaşıblar, yəni ancaq qəfəsdə yaşayıblar, qəfəsdə doğub törəyirlər və ən maraqlısı... Yox, ən dəhşətlisi də budur ki, yalnız qəfəsdə oxuyurlar. Onların birini qəfəsdən buraxsan, bircə saat də yaşamaz".

"Qəfəs bülbülü" ifadəsi 60-70-ci illərin nəsri üçün çox səciyyəvi idi. O mənada kı, həmin illərin nəsrində meşşanlığın tənqidi çox mühüm bir mövzuya çevrilmişdi. Yusif Səmədoğlunun "Soyuq daş" hekayəsində də qızla oğlanın sevgisi meşşanlığın soyuq nəfəsinə tuş gəlir: Qız onlara qonaq gələn şəhərli oğlanın zahir görünüşünə, şəhərdən gətirdiyi "mədəniyyətə" aludə olur və beləliklə gözəl bir məhəbbət dastanı sona çatmamış soyuq daşa çevrilir. "Foto-fantaziya" hekayəsi isə cəmiyyətdə qütbləşmənin doğulduğu mənəvi faciələrdən söz açır.

(Ardı var)nı sona çatmamış soyuq daşa çevrilir. "Foto-fantaziya" hekayəsi isə cəmiyyətdə qütbləşmənin doğulduğu mənəvi faciələrdən söz açır.

(Ardı var)nı sona çatmamış soyuq daşa çevrilir. "Foto

 

ədalət.-2015.-10 dekabr.-S.7