"AĞ AYAQQABI"
Nə vaxtdı yazı masamın üstündə Yazıçılar Birliyinin aybKitab layihəsi əsasında işıq üzü görmüş və şair Xəyal Rzanın ön söz yazdığı bir kitab var. Bu kitabı tez-tez götürüb vərəqləyirəm və hər dəfə də vərəqlər arasından mənə boylanan sözlərin, cümlələrin, sətirlərin ovqatına köklənməyə çalışıram. Amma açığını deyim ki, bu o qədər də asan deyil. Doğrudur, kitabın ön sözünün müəllifi vurğulayır ki, "onsuz da indiki zamanda kitablar yalnız tanışlıq vasitəsi ilə satılır, ya da tanışlara hədiyyə edilir. Çox vaxt tanışlar da tanışlarını yaxşı tanıyırlar. Əfsus ki, bu, günümüzün acı həqiqətidi". Açığını deyim ki, mən bu fikirlə müəyyən mənada razılaşıram. Çünki indi sizə təqdim etmək istədiym kitabın müəllifini tanımıram, deyəsən heç qarşılaşmamışıq da. Amma bu kitabı mənə çox yaxşı tanıdığım söz adamı bağışlayıb və söhbət əsnasında "oxu, xoşun gəlsə, fikrini bildir" də söyləyib. Mən də Xəyal bəyin dediyi kimi, yaxınımın, tanışımın kitabını xeyli vaxtdır ki, gözdən keçirirəm. Hətta bu kitabı mənə təqdim ediləndən keçən müddət ərzində həmin o tanışımla bir neçə dəfə qarşılaşmışam və üzrxahlıqla bildirmişəm ki, mütləq onun tapşırığını yerinə yetirəcəm. Sadəcə, bir az vaxt məsələsi, bir də köklənmək problemi günü-günə calayır. Nəhayət ki...
Bəli, bu gün bilgisayarın qarşısında dayanıb əlimdə tutduğum kitabın adını diktə etdim. Yenə etirafı edim ki, ad bir az bilgisayar yazarımıza qəribə gəldi. Xüsusilə bu adın şeir kitabına verilməsi onu təəccübləndirdi. Mən bu təəccübün hardan qaynaqlandığını bilirəm. Amma onu da bilirəm ki, bu gün ədəbiyyatımızdakı fikir prüalizmi, söz azadlığının verdiyi ölçüsüz imkanlar müəlliflərin ürəklərinin bütün pıçıltılarını araya-ərsəyə gəlməsinə yaşıl işıq yandırıb. Ona görə də bu gün bir çox yazarlarımızın kitablarına verdikləri adlar şəxsən mənə görə kitabın öz mahiyyətini yox, onun içərisindəki fikirlərin çözümünü yox, sadəcə, müəllifin özəl, iç dünyasının hansısa bir küncündəki istəyinin ifadəsidir. Təbii ki, bu fikirlərim kiməsə mübahisəli gələ bilər, amma mən öz fikrimdə qalmaqla onu da əlavə edirəm ki, bu şeir kitabının adı və o adın yaranışı barəsində konkret heç bir sübut ortaya qoya bilmərəm. Çünki o, müəllifin öz hüququdu, mən sadəcə onun, yəni bu adın çətiri altındakı şeirləri bir oxucu kimi mütaliə edib təəssüratımı dilə gətirmək niyyətindəyəm. Məsələn, müəllifin "Sənsizlik" şeirinə diqqət yetirirəm:
Məzar sükutu
sən yoxsan deyə.
Ahlarım pillə-pillə
ucalır yerdən göyə,
sən yoxsan deyə.
Və yaxud da:
Deyəsən içimdə bir
ağlayan var,
Yaşı düşüncəmi yuyur,
aparır.
Ay ana, içimdə boğulan o səs
Özünü tabuta qoyur, aparır...
İki fərqli
şeirdən gətirilən
bu nümunələrin
hər biri əslində müəllifin
söz və fikir bazasının həcmini, onu ifadə etmək məharətini, bacarığını
ortaya qoyur. Oxucu da hiss edir ki,
müəllifin bəzən
poetik fikri bir neçə sözün və yaxud da sətrin
yükünə çevirməyi
bacaran müəllif bəzən də onun ənənəvi şeirimizin müstəvisində
oxucuya təqdim edir. Bütün bunlar da müəllifin sözə,
xüsusilə sözün
ifadə etdiyi fikrə önəm verməsinin zənnimcə
real göstəricisidir.
Bu kitabda təqdim
olunan şeirlərin içərisində diqqətimi
çəkən məqamlardan
biri də rəngarənglikdi. Yəni hər şeir
bir ovqatın, bir fərqli məqamın məhsuludu.
Məsələn:
Bir siqar tüstüsü uzanır, gedir,
Havada qıvrılır
ayrılıq üçün.
Gözlərin giləsi ayrılıq
güdür,
Nədən tələsirsən ayrılıq
üçün -
deyən müəllif
başqa bir şeirində:
Qəm məni köksünə elə alıb ki,
Elə bil anası, balasıyam mən.
Bu dərd məni elə günə salıb ki,
Elə bil xəncərin yarasıyam
mən.
Və yaxud:
Qalmadı daha qardaş,
Duz andı,
çörək andı.
Şeytan
dönüb nə desə,
Bəndə ona inandı.
Bax, elə bu biri
şeirdə də:
İz salıb yadların ləpiri bala,
Aslanlar yuvası
qalır çaqqala.
İgidlər vətəni o Cəbrayıla,
Zəfər bayrağını taxmalıyam mən!
Göründüyü kimi, müxtəlif mövzular,
müxtəlif yanaşmalar və bu müxtəlifliyin içərisində
müəllifin özünü səmimi
şəkildə ifadə etməsi... Bax,
bu dediklərim mənim düşüncəmə
görə, Mətanət xanımın şeir
çələngində əsas xətdi. O, bu
xətlə öz sözünün
işığında özünə doğru
yol gəlir. Zənnimcə, bu yol müəllifin, yəni
şairə Mətanət xanımın ruhunun,
duyğularının özünə ünvan
seçdiyi istiqamətə gedən yoldur. Mən də bir oxucu kimi, həmin ağ yolun şeir
çiçəkləri ilə bəzənməsini
arzulayıram. Çünki bu çiçəklər sonda
oxucuya qismət olur.
Ədalət.-2015.-10 dekabr.-S.5.