Yüz ilin
yalanı və həqiqətin 100 yaşı
(əvvəli
ötən sayımızda)
Türk tarixinə, türk mənəviyyatına, türk
mədəniyyətinə gözəl
bələd olan M. Novruzoğlu bir türk ziyalısı kimi yaxşı bilir ki, qədim
türk ictimaiyyətində
ailə ən vacib sosial birlik
olduğundan, ailənin
əsasını təşkil
edən qadın türk dastanlarında, türk əfsanələrində
çox uca mərtəbəyə qoyulmuşdur. Qadına bunca
yüksək qiyməti
verən mədəniyyətə
hörmət etməmək
mümkün deyil.
Qadın
kişinin həyat yoldaşı və uşaqlarının anası
olmaq kimi çox vacib bir vəzifə ilə öhdələnmişdir.
Daha vacibi isə türk millətinin tək bərəkət qaynağı, ona verilən bir sıra haqlara görə xanların, xaqanların, döyüşçülərin
önündə hörmət
ilə əyildikləri
bir şərəf abidəsidir.
Müəllif həm də təcrübəli diplomat olduğundan,
təşrifat qaydalarına
uyğun olaraq, qadınların da öz diplomat ərlərinin
rütbəsini daşıdıqlarını
diplomatik protokolun mühüm tərkib hissəsi olan qəbul və görüşlərdə daim
nəzərə almışdır. Bu gözəletiket nümunəsi
onun ailəvi dostluq etdiyi şəxslərlə ünsiyyətinə
də bəzək olmuşdur. Təsadüfi
deyildir ki, Məmməd müəllim
Hocabəy İhsan Doğramacının ömür-gün
yoldaşı, müəllifin
təbirincə desək,
qoruyucu mələyi, üğürlarının zərif
memarıAysər Doğramacıya
münasibətini çox
yüksək fikirlərlə
bildirmişdir:
"Aysər Xanım Doğramacı, Azərbaycan,
Türk və bütün dünya qadınlarına, qızlarına
nümunə bir xanıməfəndidir. Onun şəxsiyyətini
tədqiq etmək, tanıtmaq üçün
böyük əsəsrlərin,
kiitabların yazılacvağına,
filmlərin çəkiləcəyinə
inanıram".
Hocabəyin inanılmaz fantastik uğurlarının ən
böyük ilhamçısı
və dəstəkçisi
Aysər xanıməfəndi
ilə ailə qurması planlı bir işdiymi, yoxsa, Dr. İhsan Doğramacının həyatının
ən böyük şansıdırmı? M. Novruzoğlunun Hocabəyə
və Aysər xanıməfəndiyə dərin
ehtiramı onlara bu sualı verməsinə
imkan yaratmamışdır.
Amma o, həmin suala professor Cəlal Ərtuğun kitabında cavab tapmışdır:
"Aysər və İhsanın son dərəcə
uyumlu və xoşbəxt bir cütlük olmaları təsadüfi deyildir. İki yaxşı ailənin yaxşı yetişmiş
uşağı br-birlərini
görmüş, tanımış
və öz qərarları ilə yuva qurmuşlar".
Bununl a belə, M. Novruzoğlu əminlik ifadə edir ki, İhsan Doğramacı ilə Aysər xanım Süleymanın Bağdadda
görüşməsi hətta
təsadüf hesab edilsə də, gənc doktor İhsan məhz öz qabiliyyəti, səviyyəsi, ağlı
və biliyi ilə Aysər xanımın məhəbbətini
qazanmışdır.
Kitabda Hocabəy
İhsan Doğramacının
nailiyyətləri, əsərləri,
fəxri adları, təltifləri, nişanları,
mükafatları sadalanır,
incəsənətə bağlılığından,
dünyü sülh hərəkatına göstərdiyi
xidmətlərdən bəhs
olunur, Türk Dünyasında yeri göstərilir. Yaratdığı universitetlərin dünya elm-təhsil müəssisələri arasında
çəkisindən söz
salınır, qəbul
edilməsinə nail olduğu
mütərəqqi qanunların
əhəmiyyəti açıqlanır,
vətənini inkişaf
etdirəcək birinci
sinif insan nəsli yetişdirməyə
həsr etdiyi həyatının ekstremum
dönüşləri şərh
olunur.
Sanballı elmi-ictimai monoqrafiya da sayıla biləcək bu kitabda Hocabəyin Azərbaycanla bağlılığını
əks etdirən məqamlar diqqəti cəlb edir. Müəllif
yazır ki, İhsanı örnək İnsan- Hocabəy edən ən önəmli özəlliklərindən
biri onun son dərəcə vəfalı
dost, ədalətli insan
olmasıdır: "Əziz
dostu, qardaşı, Azərbaycanın Ulu Öndəri Heydər Əliyevi 1999-cu ildə Klivlenddə ziyarət etmək üçün,
84 yaşlı Hocabəyin
15 saat davam edən Ankara - İstanbul
- London - Çikaqo-Kilivlend səfərini sevə-sevə
etdiyini yaxşı builirəm".
M. Novruzoğlu həmçinin
qeyd edir ki, Hocabəyin yaxın dostları da daima ona
güclü mənəvi
dəıstək vermişlər:
"Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin, prezident İlham Əliyevin Hocabəyin təntənəli
şəkildə yubileylərini
keçirmələri, Azərbaycan
dövlətinin ən
yüksək mükafatlarını
vermələri, Azərbaycan
Respublikasının prezidenti
cənab İlham Əliyevin, Azərbaycanın
birinci xanımı, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə Professor İhsan
Doğramacını Ankarada
xəstəxanada ziyarət
etmələri onu və ailəsini çox qürurlandırmış,
məmnun etmişdir.
M.Novruzoğlu xatırladır ki,
İhsan Doğramacı
dünyaya göz açdığı ana yurdu Türkmənelinə
dili,bayatıları, musiqisi, şeiri ilə ən yaxın və doğma Azərbaycanın
olduğunu hələ
uşaqlığından bilmiş,
gəncliyindən bəri
Azərbaycan musiqisini vallardan, lent yazılarından
dinləmiş, Azərbaycanı
görməyi çox
arzu edərmiş. İlk imkan onun əlinə sovetlər dönəmində-1970-ci illərin əvvəllərində
düşüb: "Beynəlxalq
Pediatriya Cəmiyyəti
(İPA) prezidenti kimi Moskvada keçirilən dünya pediatriya konfransında iştirak edirdi. Konfransın açılışında geniş məruzə ilə çıxış
edən Hocabəy rus dilində nitq söyləyərək,
moskvalıları və
qonaqları heyrətə
salır. Akademik
Adilə xanım Namazova və Azərbaycandan gəlmiş
başqa pediatrlarla sərbəst, rahat danışması ev sahiblərini bir daha heyrətləndirir...
Konfrans işini başa vurandan sonra xaricdən gələn yüksək səviyyəli
qonaqlara Leninqrada səfər etməyi təklif edirlər. Hocabəy Leninqrada deyil, Bakıya getmək istədiyini bildirir. TəşkilatçılarBakınınproqramda olmadığını deyirlər və Kiyevi, Minski təklif edirlər. Professor İhsan Doğramacının
israrı, İPA prezidenti
olduğuna görə
nəzərə alınır.
Moskva bir nəfər müşayiətçi ilə
Aysər xanımın
və Hocabəyin Bakıya səfər etməsinə icazə verir.Bakıda bir neçə gün Aysər xanımla köhnə "İnturist"də
qalırlar. Taksidə, restoranda,
maqazində türk olduqlarını biləndə
pul almaq istəmirlər. Hocabəy və
Aysər xanım israr etmək məcburiyyətində qalırlar".
M. Novruzoğlu öz qəhrəmanının şəxsiyyətini
bir insan materialı kimi tədqiq edib oxucularına örnək göstərərkən, yalnız
özünün tutarlı
arqumentləri, məntiqli
izahları ilə kifayətlənmir, böyük
mütəfəkkirlərin, müdriklərin sözlərinə,
aforizmlərə, xalq
deyimlərinə istinad
edir. Olduqca uğurlu seçilmiş
bu kəlamlar professor İhsan Doğramacınınxarakterini
açmaqda, qəhrəmanının
portret cizgilərini təsviretməkdə müəllifə
yardımçı olur.
Proloqu Çarlz Burrun söylədiyi:
"Alıcılar" ümumiyyətlə,
xoşbəxtliyi ala bilməzlər,
xoşbəxtliyi "vericilər"
alırlar", - sözləri
ilə başlayan kitabın epiloqu "Dahilik 1 faiz istedad, 99 faiz tərdir"-deyən
Tomas Edissonun qənaəti
ilə yekunlaşır.Müşahidəli
oxucu sətirlərin arasından müəllif və qəhrəmanın
özlərinə məxsus
dərin məna tutumlu, ibrətamiz kəlamları da sezəcək, professor İhsan
Doğramacının türk
musiqisinə, ədəbiyyatına
verdiyi töhfələrlə
də tanış olacaq.
"Hocabəy"in rusca
variantının da uğurlu alındığına
şübhə yoxdur. Onu da qeyd edək ki, kitabın ərsəyə gəlməsində
zəhməti keçən
qədirşünas türk
övladları ilə
birgə gürcü oğlu G. Paçxataşvilinin
yaradıcı heyətdə
yer alması təsadüfi deyildir.
Giya Revazoviç Azərbaycan ədəbiyyatının böyük
dostu, şair -tərcüməçi, üç
olkənin yazıçılar
birliklərinin üzvü,
bir çox ədəbi mükafatların
laureatı, Türkiyə
- Gürcüstan - Azərbaycan
mədəni əlaqələrinin
inkişafına ictimai
və ədəbi fəaliyyəti ilə töhfələr vermiş
görkəmli ziyalıdır.
İnanmağa dəyər ki,
müəllifin ümidləri
doğrulacaq, bu kitabın oxucuları, xüsusilə gənclər
və yeniyetmələr
Hocabəyi özlərinə
örnək alacaq, insanlıqda, zəhmətsevərlikdə,
comərdlikdə, vəfada,
dostluqda ona bənzəməyə çalışacaqlar.Dünya
elm ictimaiyyəti isə bir daha
xatırlayacaq ki, Hocabəy sağlığında
Nobel sülh mükafatını
haqq etmişdi. Yaxşı olardı, dünyanın sülhsevər
, tərəqqipərvər qüvvələri bu həqiqəti - Hocabəy
Haqqını İhsan
Doğramacının anadan
olmasının 100-cü ildönümündə
etiraf etməklə,həm
Türk İnsanının
hüdüdsuz qüdrətini
və ölçüyəgəlməz
humanistliyini, həm də yüz ildir ki ayaq
tutan erməni soyqırımı yalanının
heç vaxt yeriməyəcəyini ucadan
təsdiqləmiş olardılar.
(ardı
var)
Pünhan Şükür
Ədalət.-2015.-11 dekabr.-S.5.