YENİ TİPLİ ORTA İXTİSAS KADRLARI DÖVRÜN TƏLƏBİDİR

REGİON

(mövzu əsasında IX yazı)

 

Təhsil cəmiyyətin inkişaf göstəricisidir

 

Hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılıdır. Bütün dövrlərdə cəmiyyətin tələbatı təhsilin inkişafını sürətləndirib. Elmi-texniki tərəqqi təhsil sistemi qarşısında həlli vacib olan daha mürəkkəb vəzifələr qoyub.

Sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin gücləndiyi, habelə təbii resursların tədricən tükəndiyi bir vaxtda təhsilin rolu daha da artmaqdadır. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlərin həllində, şəxsiyyətin peşə-ixtisas təhsilinə olan tələbatının ödənilməsində orta ixtisas təhsilinin özünəməxsus yeri var. Orta ixtis təhsili ölkədə milli təhsil sisteminin yüksəlməsində cəmiyyətin intellektual potensialının formalaşmasında əhəmiyyətli rola malikdir. Təhsilin bu pilləsi iqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında xüsusi missiya daşıyır. Ötən illər ərzində orta ixtisas təhsilinin normativ hüquqi bazası tam formalaşdırılıb. Orta ixtisas sahəsində aparılan dövlət siyasəti onun məzmunca dəyişməsinə, mövcud sosial-iqtisadi şəraitə uyğun mütəxəssis hazırlığının struktur təkmilləşdirilməsinə imkan verib.

Kolleclərin formalaşması

 

Son illər dövlət tərəfindən təhsil sahəsində aparılan islahatlar nəticəsində orta ixtisas təhsil müəssisələrinin müstəqil fəaliyyətinin inkişafı üçün hüquqi, iqtisadi zəmin yaranıb, orta ixtisas təhsili şəbəkəsi xeyli təkmilləşdirilib. Bu illər ərzində kadr hazırlığının strukturunda zəruri dəyişikliklər aparılıb.

Belə ki, yeni şəraitdə əmək bazarının tələbatına gənclərin marağına uyğun olaraq neft energetika, maşınqayırma, informasiya, sosial-mədəni servis, biznesin təşkili, marketinq menecment, iqtisadi humanitar profili ixtisaslar üzrə mütəxəssis hazırlığı əhəmiyyətli dərəcədə artıb.

Orta ixtisas təhsilinin məzmununda xeyli dəyişikliklər aparılıb. Kolleclərdə kadr hazırlığı aparılan ixtisaslar istiqamətlər üzrə kiçik mütəxəssis hazırlığının məzmununa səviyyəsinə qoyulan minimum tələblərə cavab verən orta ixtisas təhsilinə dövlət standartları tətbiq olunub buna müvafiq yeni tədris planı proqramları hazırlanıb.

 

Yeni metodlar

 

Respublikamızda fəaliyyət göstərən nümunəvi orta ixtisas müəssisələrindən biri Ağdaş Dövlət Humanitar Kollecidir. Uzun bir dövr ərzində kollecə rəhbərlik etmiş təcrübəli pedaqoq Tənzilə Şıxıyevanın sınaqlarından çıxaraq formalaşan dəst-xətti etibarlı əllərdə daha böyük uğurlar sorağındadır. Elə indiki direktor Namiq Mehdiyev müəssisənin öz yetirməsidir. Burda uzun müddət direktor işləyən Namiq müəllim pedaqoji uğurları ilə yanaşı, həm sahənin elmi metodlarına dərindən bələd olan intellektual səviyyəli bir ziyalıdır.

Kollecdə təhsil islahatının həyata keçirilməsi, təhsil prosesində yeni metodlar istifadə olunması maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Burada təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi dərslərin keyfiyyətinin yüksəldilməsi üçün interaktiv təlim metodlarından ardıcıl səmərəli istifadə olunur. Bu böyük təhsil ocağında 700 nəfərdən çox tələbə təhsil alır. Təhsil sahəsində islahat proqramının müddəalarına uyğun olaraq, keyfiyyətin yüksəldilməsi həmişə diqqət mərkəzindədir.

Tələbələrin elmi axtarıcılıq qabiliyyətlərini elmi dünyagörüşlərini daha da inkişaf etdirmək üçün kollecdə tələbə elmi cəmiyyətlərinin aradan qaldırılmasında tələbələrin yaxından iştirakını təmin etmək üçün Tələbə Gənclər Təşkilatı fəaliyyət göstərir.

Direktorla söhbətimiz zamanı kollecin fəaliyyətindəki digər məqamlar da maraq doğurdu. Namiq Mehdiyev dedi:

- Hazırda tədris ocağının vəzifəsi təkcə tələbələrə bilik vermək, onlara elmlərin, ixtisasların incəliklərini öyrətmək deyil, həm sərbəst yaradıcı düşüncəyə malik, demokratik dövlətçilik qanunlarını inamla qoruyan, insan hüquqlarının aliliyini yüksək mənəvi dəyər kimi qəbul edən, müstəqil dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, dilimizi, bütövlükdə milli-mənəvi dəyərlərimizi daim qoruyub yaşada bilən yeni nəsl, fəal vətəndaşlar yetirməkdir. Bu sahə bir an da olsa diqqətdən kənarda qalmır. Bu gün yeniyetmə gənclərdən ibarət olan tələbə kollektivi özünə həssas münasibət tələb edir. Onları inandırmaq, gələcək həyat yolunun düzgün seçilməsini onlara təlqin etmək hər bir müəllimdən gərgin əmək, dərin bilik, işə yaradıcı münasibət istəyir. Ona görə biz təhsilin keyfiyyətini yüksəltmək istiqamətində çalışmaqla yanaşı, tərbiyə işinə, tələbələrin milli-mənəvi dəyərlərimizə yiyələnmələrinə, yüksək mənəviyyatlı insanlar kimi yetişməsinə diqqəti daim artırırıq. Bu məqsədlə kollecdə tez-tez müxtəlif maraqlı tədbirlər, elmi praktik konfranslar, bilik yarışları, yaradıcılıq müsabiqələri, kitab müzakirələri keçirilir. Kitabdan söz düşmüşkən qeyd etməliyəm ki, kollecimizin zəngin kitabxanası daim fəaliyyətdədir. 13,375 nüsxəlik fondda bildiyim qədər elə sizin kollektivin yaradıcı adamlarının əsərləri yer alır maraqla oxunur. Aqil Abbasın, İradə Tuncayın, Əbülfət Mədətoğlunun başqa yazıçı şairlərin əksər kitabları sizin təqdimatınızla kitabxananın əsas fondunda oxuculara təqdim olunur.

... Bu gün kollecimizdə təlim texnologiyalarının, eləcə təlim prosesinin idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Müəllimlərin peşəkarlığını, yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq üçün fənn birləşmə komissiyalarının iclasları vaxtında keçirilir burada metodiki məruzələr dinlənilməklə yanaşı, tədris proqramlarının, açıq dərslərin qarşılıqlı dərs dinləmələrinin müzakirəsi təmin edilir geniş təhlil olunur. Bu da müəllimlərin metodiki səviyyələri ilə yanaşı disskusiya mədəniyyətinin yüksəlməsinə xidmət edir...

... Görülən işlərlə paralel olaraq tələbə qəbulu məsələsinə ciddi yanaşılır, dövrümüzün, günümüzün aktual, gərəkli ixtisaslı kadr hazırlığı strukturuna daxil etmək üçün yollar arayıb axtarılır. Kollecin maddi-texniki bazasını daha da möhkəmləndirmək üçün avadanlıqlar inventarlar alınaraq tədris kabinetləri laboratoriyalar təchiz edilmişdir...

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-11 dekabr.-s.7.