NAĞILLAR, GERÇƏKLƏR
ƏDƏBİ HƏYAT
Vahid Məhərrəmli bu günün üzdə olan,
publisistik yazıları və bədii nəsri
ilə geniş oxucu
kütlələrinin diqqətini cəlb edən bir müəllifdir və mən iyirmi ildən artıqdır ki,
onun yazılarını izləyirəm
(istər mətbuat səhifələrində, istərsə
də çapdan çıxan kitablarında).
Son illərdə o, daha məhsuldar işləyir və
açıqca görürəm ki, Vahidin deməyə sözü
çoxdur.
Vahid əslən Qarabağlıdır, doğulduğu, dünyaya göz açdığı torpağı çox sevir və Qarabağ müharibəsi başlanandan Azərbaycan Milli Ordusunda bir hərbi jurnalist kimi fəaliyyət göstərir. Həm müharibənin ən qızğın və şiddətli anlarında, həm də müharibədən sonrakı illərdə Vahidin qələmi həmişə işləyib - Səməd Vurğun demişkən: "Bu gün bir süngüdür əlimdə qələm!"
Qarabağ müharibəsi ilə bağlı istər bədii nəsrimizdə, istərsə də poeziyamızda çoxlu əsərlər yazılıb. Həmçinin ən operativ janr olan publisistikamızda da gHərçənd ki, bu əsərlərin heç də hamısı uğurlu deyil, yəni niyyət, arzu xoş olsa da, o əsərlərin bədii səviyyəsi ürək açmır. Mən bu fikri söyləyərkən həmin mövzuda yazılan, amma uğursuz hesab etdiyim əsərlərin adlarını çəkmək istəmirəm. Amma arzum budur ki, Qarabağ müharibəsindən, o müharibədə igidlik göstərən oğullarımızın hünərindən və yaşanan ağrı-acılardan poema, povest, şeirlər silsiləsi, roman, publisistik əsər yazmaq istəyən müəlliflər heç olmasa Sabir Əhmədlinin "Axirət sevdası", Aqil Abbasın "Dolu", Hüseynbala Mirələmovun "Dağlarda atılan güllə", Elçin Hüseynbəylinin "Əsirlər", Yusif Kərimovun "Qarabağ şikəstəsi", Eyvaz Zeynalovun "Qarabağ hekayələri"ni (bunlar nəsr əsərləridir), İsa İsmayılzadənin "Haran ağrıyır, Vətən?" poemasını, Zəlimxan Yaqubun, Adil Şirinin, Mətləb Misirin, Əbülfət Mədətoğlunun, Əli Mahmudun, Elçin İsgəndərzadənin, Rəfail Tağızadənin, Mahirə Abdullanın Qarabağa həsr olunan şeirlərini oxusunlar. Yəni bu əsərlərdə Qarabağla, müharibə ilə bağlı həqiqətlər bədii şəkildə ifadə olunmuşdur.
Vahid Məhərrəmlinin yenicə çapdan çıxan "Kəsilməyən atəş səsləri" ("Qanun" nəşriyyatı) kitabında müharibə ilə bağlı çox təsirli yazılarla qarşılaşdım. Ona görə "təsirli" deyirəm ki, bu yazıları oxuyanda xeyli həyəcanlandım, özümü Vahidin təsvir etdiyi döyüş bölgələrində hiss etdim, bu döyüşlərdə iştirak edən eloğlularımızın vətənpərvərlik ruhunu, qisasa, intiqama çağırışlarını eşitdim, onları gözləyən anaların, nişanlı qızların intizarına şərik oldum, yəni müəllif hər yazısında bizi müharibəyə-döyüş səngərlərinə aparıb çıxarır, biz müharibəni canlı-canlı seyr edirik. Çünki Vahid Məhərrəmli o müharibənin hər bir anının şahidi olub, döyüşçülərlə, komandirlərlə görüşüb, onların igidlikləri ilə, Vətən sevgisi ilə fəxr edib, qələbələrə sevinib, itkilərə məyus olub.
Müharibə və döyüş haqqında yazmaq həm də professionallıq tələb edir. Vahid döyüş bölgələrində, əsgərlər arasında olanda müharibənin hərbi-texniki mahiyyətini də yaxşı mənimsəyib. Ona görə də onun hekayələri, publisistik yazıları döyüş, savaş haqqında mükəmməl bilgi ilə də diqqəti cəlb edir.
Vahid Məhərrəmlinin "Müharibə hekayələri"ni bir də ona görə təqdir edirəm ki, bugünkü gənclik bu yazılardan çox şey öyrənə bilər. Axı, müasir gənclik müharibənin başlandığı və şiddət aldığı illərdə dünyaya gəlib, onların təsəvvürü o qədər də güclü deyil. Yəni bu mənada Vahidin hekayələri "açıq dərs" xarakteri daşıyır.
Bu günün cavanı "Əsgər kəməri" hekayəsini oxusun, kəmərində "Davud" yazılan əsgərin şəhidliyinə ajısın, amma baxıb görsün ki, Davudun bacısı Gülnar, qardaşının intiqamını almaq üçün necə böyük qisas hissilə döyüşə yollanır. Həmişə də qardaşının kəmərini belində gəzdirir. "Kəmər sanki bacı və qardaşı qırılmaz tellərlə bir-birinə bağlayırdı".Hekayəni nəql edən döyüşçü bu qızla evlənir və onun oğlunun adı da Davuddur. Ümumiyyətlə, Vahidin yazılarında Azərbaycan qadınlarının bir sıra maraqlı obrazları yaradılıb və bu qadınlar kişilərlə bir sırada döyüşə yollanır, onlardan geri qalmırlar. Vahid ana obrazlarını da məharətlə yaradır, onların keçirdiyi iztirablarını, intizar anlarını sənətkarlıqla əks etdirir.
Bu günün cavan oxucusu qoy "Yaralanmış ömür" hekayəsini oxusun. Qarabağ müharibəsi veteranı Murtuz dayının keçdiyi döyüş yolunu izləsin. Qarabağ müharibəsində ən çox zillət çəkən bizim qojalar deyildimi? Onlar qisas hissilə yaşayırdılar. Amma yaşlarına görə döyüşlərə qatıla bilmirdilər. Murtuz dayı isə bu qadağalara əhəmiyyət vermir.
Bu günün cavanı qoy "Kəsilməyən atəş səsləri" hekayəsini oxusun, canlı döyüş səhnələri ilə tanış olsun. Baxıb görsün ki, müharibənin də öz qayda-qanunları var.
Bu hekayələrin hər birində biz döyüşçü obrazları ilə qarşılaşırıq, onların vətənpərvərlik duyğuları bizə də təsir edir. Vətənpərvərlik isə adi söz deyil. Onu nümayiş etdirmək üçün əmələ çevirməlisən, qan tökməlisən, ya da qanın tökülməlidir. Müharibədə güzəşt olmamalıdır!
Vahid Məhərrəmlinin müharibə ilə bağlı qələmə aldığı "Publisistik düşüncələr"də də eyni əhval-ruhiyyənin şahidi oluruq. Elə bil, bu "düşüncələr" hekayələrin davamıdır. Sadəjə olaraq bu "düşüncələr"də faktlar daha çox önəm daşıyır. Faktlara istinad etmək isə bədii publisistikanın ən bariz xüsusiyyətidir. "Nifrətgnifrətgnifrət...", "Şir ürəkli qadın", "Vətən ağrısı, Sərsəng yanğısı", "Əsgərin Leylası"- bu yazılarda Vahid Məhərrəmlinin canlı müşahidələri, gözüylə gördükləri qələmə alınıb. Bu günün cavan oxucusu qoy bu həqiqəti dərk eləsin ki: "ermənilər şəhid olub döyüş meydanında qalmış əsgərlərimizin meyitlərini təhqir edib, üzlərini kəsib tanınmaz hala salıb, meyitlərin çoxunun qulağını, burnunu kəsib, gözlərini ovublar". Və: "1993-cü ilin soyuq fevral günlərində şahidi olduğum bu dəhşətli hadisəni hələ də unuda bilmirəm. Ürək dağlayan bu qəmli, kədərli səhnə gözlərim önündən getmir. Elə bil bütün bunlar heç əvvəl yox, lap elə dünən, srağagün olub. Şahidi olduğum bu qəmli hadisəni ağ vərəqlər üzərinə köçürdükcə sonra qələmim erməni işğalçılarının bu vəhşiliyinə cavab olaraq bir neçə söz yazmaq istəyir: Nifrətgnifrətg nifrət... qisasg qisasg qisas".
"Yazılmamış gündəlik", "Nələr qaldı illərin o üzündə" bölgülərində də əsas mövzu yenə Qarabağdır. Biz bu bölgülərdə müharibənin özünü arxa planda görürük. Əsasən Qarabağda yaşayan insanların keçirdiyi hissləri, duyğuları izləyirik. Bu yazılarda xatirələr, keçmiş günlərin nostalgiyası əsas yer tutur. "Sədi bulağı", "Söndürülmüş çıraq", Əsirlikdə xilas etdiyim kitablar", "Doriya, dorin bala", "Şanapipik" yazıları bizi keçmiş günlərə qaytarır.
Vahid Məhərrəmlinin nəsr əsərləri ilə publisistik yazıları arasında üslubi bir yaxınlıq duyulur. Bəzən hətta bir publisistik yazısını oxuyanda sonda bir hekayə təəssüratı ilə ayrılırsan. Bu cəhəti müəllif üçün heç də nöqsan saymaq olmaz. Onun nəsri publisistik elementlərlə zəngin olduğu kimi, publisistik yazıları da nəsrə məxsus bədii çalarlarla müşayiət olunur.
Vahid Məhərrəmli müasir həyat hadisələrindən də yazır. Onun qələmi "Eldən-obadan" silsiləsindən olan yazılarda maraqlı etnoqrafik cizgilər təqdim edir. Müəllif xalq məişətinə, adət-ənənələrinə, nənələrimizin, babalarımızın nağıl dünyasına, müdriklik aləminə yaxından bələddir.
"Alleqorik hekayələr"də rəmzlər və simvollarda işləmək məharəti özünü göstərir.
Yumor hissi də müəllifə yad deyil. Bu tipli hekayələrdə təkcə gülməyə
yox, düşünməyə
də vaxt tapırsan. Məsələn, "Pir" Əli"
hekayəsi obrazın düşdüyü komik
situasiyaları bizə
təqdim edir, biz onun hərəkətlərinə
gülür, amma eyni zamanda, belə
gülünc vəziyyətə
düşdüyünə görə ona acıyırıq.
Vahidin sevgi hekayələri də maraqla oxunur. O, insana
xas olan ən ülvi duyğulardan söz açır. Onun fikrincə (və
elə bizim fikrimizcə də, sevgi insan həyatının
mənasıdır. "Quş uçmaq üçün, insan sevmək üçün
yaranmışdır". İnsanı
digər canlılardan
fərqləndirən də
məhz onun sevgi hissidir. Alman filosofu L.Feyerbax yazırdı ki, insan digər canlılardan təkcə təfəkkürü ilə
deyil, habelə bütün varlığı
ilə fərqlənir,
həm də sevgisi ilə.
"Cəza" səhv
etmirəmsə, Vahid Məhərrəmlinin ilk povestidir.
Povestin qəhrəmanı
Sərraf müəllim
ömrünün ahıl
çağlarında eşqə
tutulur. O, elə bir sevgi arzulayırdı
ki, vaxtilə ürəkdən bağlandığı
Zərifənin vaxtsız
ölümünü ona
unutdursun. O, ziyalıdır,
elm adamıdır, təmiz
və saf adamdır, həm də hiylədən-riyadan
uzaq bir insandır. Nəyə rəğbət bəsləyirsə, kimi sevirsə, ürəkdən
sevir. Amma Sərraf ailəlidir,
lakin həyat yoldaşı öz yersiz qısqanclığı
və mənasız hərəkətləri ilə
.onu bezdirir, gününü göy əskiyə bükür.
Əgər ailədə qarşılıqlı
rəğbət və
bir-birini başa düşmək anlamı
yaransaydı, Sərraf
bəlkə də kitabxanaçı Əsurəyə
vurulmazdı. Sərraf doğrudan
əsl sevgi hissləri ilə yaşayan bir insandır. Müəllif
onun Əsurə ilə bağlı keçirdiyi hiss və həyəcanları, hər
görüşü az qala bütün
təfərrüatı ilə
təsvir edir. Bu povestin romantik
çalarlarını gücləndirir.
Lakin Əsurə
ona xəyanət edir. Bu isə Sərrafı sarsıdır.
O, lap klassik aşiqlər
kimi sevdiyi qadının əsirinə
çevrilir, hər
an ondan cavab gözləyir. Amma məlum olur
ki, Əsurə hansı bir məişət planını
həyata keçirmək
naminə bir başqasına uymuşdur,
odur ki, Sərrafa qarşı soyuqlaşır, hətta onu təhqir edir. Amma başı daşa
dəyəndən sonra
yenidən Sərrafa qayıtmaq istəyir.
Amma Sərraf artıq ayılıb, bir zahiri parıltıya aldanan qadınla sevgi münasibətlərini
təzələmək istəmir.
Bu, həyati bir
hadisədir. O, Əsurənin
xəyanətini bağışlamır,
amma təmiz və saf insan
olduğu üçün
Əsurəni unutmur. Çünki onu ürəkdən
sevib. "Sərraf Əsurəyə
olan sevgisini qəlbində əbədi
yaşadacaqdı. Əsurənin özünə isə həyatında yer yox idi".
Vahid Məhərrəmlini
biz nasir və publisist kimi təqdim etdik. Amma bu kitabına o, nədənsə
şeirlərini daxil etməmişdir. İnsafən,
bu şeirlər heç də pis deyil, hiss olunur ki, Vahid
Məhərrəmli ürəyindən
keçənləri poeziya
dili ilə ifadə etmək istəyir.
Bu qeydlərimi də
mən Vahid Məhərrəmlinin üç
bəndlik bir şeiri ilə tamamlamaq istəyirəm. Bu şeirdə Vahidin kənd həsrəti, Qarabağ yanğısı
ifadə olunub.
Dilim də gəlməyir heç soruşmağa,
De, haran ağrıyır,
a doğma kəndim?
Qollarım da çatmır
qucaqlamağa,
De, haran ağrıyır,
a doğma kəndim?
İllərdir düşmüşəm səndən aralı,
Sağalmır ürəyim, qalıb
yaralı,
Arzular, ümidlər solub-saralır,
De, haran ağrıyır,
a doğma kəndim?
Yolumuz bağlıdır, gələ
bilmirik,
Bir dəfə ürəkdən
gülə bilmirik,
Nə vaxt dönəcəyik, hələ bilmirik,
De, haran ağrıyır,
a doğma kəndim...
Ədalət.-2015.-12
dekabr.-S.15.