BARAT VÜSAL
Bi az tündməcazdı
desəm, inanmayın. Əmma körpə uşaq
qədər məsumdu desəm, inanın. O qədər asan adam da
deyil. Hər adamı, hər şairi, hər şeiri bəyənməz.
Təkəbbürlüdü desəm də inanmayın. Söz sərrafıdır. Pisə
yaxşı deməyi yoxdur. Yaltaq adam görəndə
qutuda ilanı görür.
Sevgisi boldu. Amma könüldən sevdiyi
beş-üç adam
ala bilər. Əsəbi olanda
üzünü görmə.
Ağına-bozuna baxmaz. Sözü
düz adamın üzünə
çırpar. Hər adamla xoş ünsiyyət qurmaz.
Belə hallarda üzünü
görməsən yaxşıdı. Yaman
sərt baxışı, qılınc kimi
kəsərli sözləri var. Ona tuş gələnin vay halına. Amma bunlarla yanaşı şaqraq
gülüşləri var...
Zəng etmişdim. Söhbətimiz alındı.
Yatdığını zənn etmişdim.
Güldü. "Yuxu
görürdüm", - dedi.
Yenə şaqqanaq çəkib güldü. Barat
Vüsalı güləndə ürəkdən gülür. O güləndə hər şey gülür. Nə
qədər kinli, kədərli, qəzəbli
insan olsa, bu gülüşün
enerjisindən əriyər, muma dönər...
Çox maraqlı və istedadlı bir adamdı Barat Vüsal. Qazax, şairlər
vətənidirsə, bu vətəndə
Şair Vətən olmaq
çox zor bir iş. Barat
Vüsal şair vətəndir.
Səsini hər yandan eşitmək olur. İlk olaraq İTV-də "Özan"
verlişinin təməlini qoydu. Elə onda da çox patriotluq
elədi və "başbilənlər" dözmədilər.
Çox çılğındı. Elə
şeirlərindən də duymaq olur bunları. Çoxları
çılğınlıq ilə pafosu səhv
salırlar. Bəzi hallarda onu
pafosla qınaylanlara rast
gəlnir. Barat Vüsal
çılğın xarakterli olduğu qədər də irfan
və mütəsəvvüf ruhlu şairdi.
Bu yazımda məhz mən onun yaradıcılığını bu aspektdən təqdim etməyə
çalışacam.
Allahım, sən canansan,
Mən sənə sığınan
can.
Duydum əbədiyyəti,
Mən sənə
sığınan an.
Sənə dua edirəm,
Çünki səndən ötrüyəm.
Səndən sənə gedirəm,
Mən sənə
sığınından.
Səndədi axı nurlar,
Səndədir ağ, uğurlar.
Mənə də sığınırlar,
Mən sənə
sığınandan.
Elə şairlər
var ki, onların
yaradıcılığını çözələməyə dəyməz. Yəni onları ancaq
oxumaq, dinləmək lazımdı. Elə bayatılar
kimi, qımqımılar,
laylar, nəğmələr
kimi.
Mən bu yazımda Baratın sufi
nəğmələrini təqdim
etməklə onun şaqraq gülüşlərinin
fonunda eşqin cilvələndiyini aşkar
etməyə çalışacam.
Eşq əlində deyilsə,
Əllərdədi yaxan, bil.
Harda könül yoxdusa,
Həmin yerdə yoxam, bil.
Mən bir sözəm; "Bəli" yəm,
O sözçün ölməliyəm.
Sağlığımda ölüyəm,
Mən öləndə sağam,
bil!
Ey görən, ey götürən,
Anadiləm, ötürəm.
Oyaq vaxtı yatıram,
Yatanda oyağam, bil!
Mən dərədə zirvəyəm,
Bəzirganam, xocayam.
Alçaqdakı ucayam,
Qocada uşağam, bil!
Taxtda Şah İsmayılam,
Bax da!.. Şah İsmayılam.
Çoxdan Şah İsmayılam,
Mən həmənki şaham, bil!
Mən bir necə dəfə əmin olmuşam ki, mömin deyilən qatı dindarlar, eşq sözündən çəkinirlər,
sufiləri və təsəvvüf aşiqlərini
hətta küfrlərələ
də lənətləyirlər. Eşq əhli
dindən xeyli uca məqamda olduğunu anlamayan nadan möminlər, Həllac Mənsurdan Nəimiyə, Nəsimiyəcən
dar ağacına çəkib şaqqalayıblar.
Elə bu gün də
müti dindarlıq eşq məqamından uzaqdı və fəsadlarla doludu.
Odur ki, Mürşüdlər
Mürşüdü Əttar,
belə buyurmuş:
"Küfr kafirin, din dindarın olsun
Sənin
dərdinin bir zərrəsi isə Əttarın ürəyinin"...
Barat Vüsal isə hara varsa eşqə
dirənib qaldığını
söyləyir və yazır:
Gözəl nə varsa canımda,
Canımda eşqə dirənir.
Qılınc niyə kəsərlidi,
Qınında eşqə dirənir.
Varlığın əzəli eşqdi,
Ən ağıllı dəli-eşqdir,
Əvvəlin əvvəli eşqdir,
Sonunda eşqə
dirənir.
Nədi bu xaç, nədi İslam?
Sirrinə vaqif olmuşam.
Kimdi adam oğlu
adam?
Dinində eşqə dirənir.
Baxan sanır Barat sazdır,
Yəqin
deyir kefi sazdı...
Ayaq üstdə durammazdı,
Yanında eşqə dirənir.
Barat Vüsal, könülcə
Aşiqdi, ruhu eşqə pərvazlanan pərvanədir. Pərvanəlik aşiqlikdi. Aşiqlik Ariflikdi. Ariflik Həqiqəti görəndi,
ona yetmək üçün pərvanəlik
edən aşiqdir.
Deməli sudur. Su aşiqliyin özüdü.
Onun pərvanəliyi yoxa çıxmaq, yoxdan var olaraq damcılara
dönmək, susuz səhralara yağmaqdır.
Uca zirvələrdə qara dönmək, souqda-sazaqda buza dönməkdir. Əriyib caylara dolmaq, axıb ümmanlara qovuşmaqdır. Aşiqin yolu
budur.
Sufilər eynən su ömrü,
pərvanə ömrü
yaşayan, özü
varlıqda, ruhu yoxluqda Allah eşqinə cezvə gedənlərdi. Bunu hər
naşı anlamaz, hər şair bunu sözlə ifadə edə bilməz. Baratı oxuduqca bu qənaətə gəlirəm
ki, Barat Aşiqdi.
Layiqsən bir cahanda,
İki cahana, aşiq!
Dayan, sənə sözüm var,
Sözüm yox sana,
aşiq!
Haqq yolunda min kərə,
Qalxmısan dardan dara.
Ey qəlbi parə-parə,
Ey bağrı şanə aşiq!
Haqdan sənə nur düşər,
Haqqa səndən yol düşər...
Ey Leyliyanə dilbər,
Ey Məcnunanə aşiq!
Hayıf,
səni üzürlər,
Hayıf, səndən bezirlər.
Haqq nişanı gəzirlər,
Haqdan nişanə aşiq!
Məkan laməkanıdı,
La-məkan məkanıdı.
Nədi, la-məkan nədi?
İki yeganə aşiq!
Allaha müti itaət sufilərə xas deyil. İslamın belə parçalandığı zamanda, Sufilərə çox böyük ehtiyaz var. Onlar "Qurani şərifi" - də Allahı da dərk etmədən yola çıxmazlar.
Allahı dərk etmək üçün Quranda (2:115) bu fikir belə qeyd olunur: "Şərq də, Qərb də Allahındır: hara yönəlsəniz Allahın zatı oradadır. Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir, hər şeyı biləndir".
Bu isə o deməkdir ki, sufilər dahisi Mühiddin ibn Ərəbi - "hər şey Allahdır" dedikdə - "hər şey ilkin materiyadan ibarətdir" və ya "hər şey ilkin materiyadır" fikrini nəzərdə tutur.
"Mən gizli bir xəzinə idim, bilinməyə meyl etdim, "Xəlq edilmiş"i bilinmək üçün yaratdım. Beləcə özümü onlara tanıtdım, onlar da məni tanıyaraq, bildilər".
Baxı, Barat da ulu babalarının fikrini təsdiqləyir:
Ey Allaha ünü yetən,
Nə var ki, səndən asılı.
Nə varsa Ona bağlıdı,
Nə varsa Ondan asılı.
O yığvalsız gözələ bax,
Hecə dönüb xəzələ, bax.
Əvvələ bax, Əzələ bax,
Qalıbdı Sondan asılıb!
Alınlar yazılı ikən,
Yazım hansı yazını mən?
Can ruhdan asılı ikən,
Ruh niyə candan asılıb?!.
Min ildi yatmadım deyir,
Mən öldüm,
çatmadım deyir.
"Tapmadım", "Tapmadım"
deyir,
Anadil məndən asılıb?!.
(Ardı gələn sayımızda)
Ədalət.-2015.-12 dekabr.-S.12.