HƏR GÜN YENİLƏNƏN
SİYƏZƏN
REGİON
"...Azərbaycan
xalqının çox zəngin mədəniyyəti,
tarixi vardır. Biz
haqlı olaraq öz mədəniyyətimizlə
fəxr edirik. Bu gün Azərbaycan dünyada
öz mədəniyyəti, musiqisi, tarixi ilə
tanınan bir ölkədir.
Dünyanın müxtəlif yerlərində Azərbaycan
günləri keçirilir. Azərbaycan mədəniyyətinin
nə qədər zəngin olduğunu
artıq bütün dünya
bilir".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Azərbaycanın regionları içərisində özünəməxsusluğu ilə seçildən Siyəzən raoynu hələ sovet dönəmində kənd təsərrüfatının, xüsusilə quşçuluğun inkişafı baxımından həmişə diqqət mərkəzində olubdu. Elə həmin illərdən müəyyən iqtisadi baza qazanmış Siyəzən rayonu ölkəmiz müstəqillik əldə etdikdən sonra qarşıda açılan yeni üfüqlərə doğru daha inamlı, daha uğurlu addımlar atmağa və müstəqil Azərbaycanın bir parçası kimi öz səlnaməsini yazmağa başladı.
Təbii ki, inkişaf heç də asan bir məsələ deyil. Yəni istənilən bir məqsədə, qarşıya qoyulan məqsədin icrasına çatmaq, nail olmaq üçün mütləq planlı şəkildə, özü də idarəçilik mexanizminin bütün rıçaqlarından istifadə etməklə fəaliyyət göstərmək gərəkdi. Elə bu mənada ölkəmizin bu regionunda da müstəqil məmləkətin memarı olan ulu öndərimiz Heydər Əliyevin iqtisadi kursu bütün sahələr üzrə inkişaf etdirilməyə başladı. Son onilliyi göz önünə gətirəndə Siyəzəndə gerçəkləşmiş iqtisadi uğurlar, eləcə də bu bölgənin xarici görkəminin dəyişməsi, abadlaşması dərhal diqqəti çəkir. Bütün bunlar da həm rayon rəhbərliyinin, həm də siyəzənlilərin əl-ələ verib doğma diyarı cənnətə çevirmək əzmi ilə işləmələrinin bəhrəsidi. Əgər rəqəmlərə üz tutub görülən işlərin mənzərəsini sözlə ifadə etmək istəsək, onda birmənalı şəkildə demək olar ki, həqiqətən bu gün Siyəzən uğurlu bir inkişaf yolundadı. Özü də bu inkişaf rayonun mövcud iqtisadi coğrafiyasının bütün sahələrini əhatə edir. Biz bugünlərdə Siyəzənə səfər edərkən qarşılaşdığımız mənzərə həmin o inkişafın gözlə görünən tərəfi idi. Məhz gördüklərimizin təsdiqi olan faktları, rəqəmləri rayon icra hakimiyyətindən bizə təqdim edəndən sonra həmin o ilk təəssüratımız daha da genişləndi.
Bəli, təkcə arxada qalan bu ilin 9 ayı ərzində rayonda görülmüş işlərin əks olunduğu faktlara diqqət yetirərkən bəlli olur ki, bu 9 ayda rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əldə edilən sosial-iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin yüksəlməsinə, gəlirlərin və əməkhaqlarının artmasına səbəb olmuşdur. Təbii ki, iqtisadi və sosial sahələrdəki vəziyyət öz növbəsində həmin mənzərəni əks etdirən faktiki qiymətlərlə özünü ifadə edir. Yəni bu ilin 9 ayı ərzində faktiki məhsul buraxılışı ötən ildəkindən artıqdır.
Ən sevindirici məqamlardan biri də odur ki, həyat səviyyəsi yüksələn Siyəzəndə respublikanın digər bölgələri kimi işsizliyin aradan qaldırılması üçün böyük işlər görülür. Məhz bunun nəticəsidir ki, bu ilin 9 ayında rayonda 323 daimi iş yeri açılmışdı. Bu da faktiki olaraq 323 ailənin həyat səviyyəsinin yüksəlməsinə, problemlərin aradan qaldırılmasına böyük təkandır.
Bu gün Siyəzən rayonunda sahibkarlıq subyektlərinin də hərtərəfli inkişafı üçün münbit şərait yaradılıb. Ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət yetirdiyi və daha geniş inkişafı üçün şərait yaratdığı sahibkarlıq Siyəzəndə də bir subyekt olaraq kifayət qədər rayonun sosial-iqtisadi həyatına təsir etmək gücünə malikdir. Əgər bu fikrimizi də rəqəmlərlə ifadə etsək, onda bəlli olar ki, ilin əvvəlində rayonda fəaliyyət göstərən və fəaliyyətləri sənaye istiqamətli olan sahibkarlar tərəfindən 7 milyon 102,8 min manatlıq məhsul istehsal edilmişdir. Təbii ki, bu istehsalla məşğul olan subeyktlər eyni zamanda rayon əhalisinə xidmətlər də göstərmiş və əvvəlki dövrlə müqayisədə 25,3 faiz müsbət göstəriciyə nail olmuşdular. Sevindirici haldır ki, bu gün rayonda sahibkarlar tərəfindən istehsal olunan sənaye məhsulları ümumi istehsalın 66 faizini təşkil edir. Sənaye məhsulunun ümumi həcminin 80 faizi dövlət mülkiyyətinin, 20 faizi isə xüsusi mülkiyyətin payıdır. Əldə olunmuş istehsal məhsulları istehlakçıların ünvanına göndərilmiş və bu gün də həmin məhsulların müəyyən hissəsi hazır vəziyyətdə dəyəri 2 milyon 112,3 min manat olmaqla anbarlarda öz istehlakçısını gözləyir.
Siyəzən rayonu Azərbaycanın həm də neft istehsalı ilə məşğul olan bölgələrindəndir. Burada kifayət qədər həmin istiqamətdə işlər görülür.
Rayonun istər sənaye, istər kənd təsərrüfatı sahəsində müqayisəli araşdırma aparanda ötən ilin 9 ayından bu ilin bəlli tarixində kifayət qədər diqqəti çəkən irəliləyişlərə imza atılmışdır. Bu da öz növbəsində həmin məhsulların istehsalçılarının həyat səviyyəsinin yüksəlməsinə öz təsirini göstərimşdi. Necə deyərlər, yaxşı işləməyi bacaran siyəzənlilər yaxşı yaşamağı da bacarırlar. Məhz onun nəticəsidir ki, rayon əhalisinin elektrik, qaz, su və digər tələbatları demək olar ki, aradan qaldırılmış və mövcud nöqsanların da aradan qaldırılması üçün bu gün də müvafiq qurumlar öz üzərlərinə düşən işləri əzmlə yerinə yetirməkdədilər.
(ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-16 dekabr.-S.7.