ŞAİR OLMADI, AKTRİSA OLDU

 

 ("Sənət fədailəri" silsiləsindən)

 

Böyük sənətkarlara nə qədər tərif desən, yaradıcılığını hansı sözlərlə bəzəsən, nə bu tərif, nə də o gözəl sözlər ürəyincə olmayacaq. Çünki bu tərifələr, bu allı-güllü təşbehlər sənətkar ömrünün bircə anını belə ifadə edə bilməyəcək.

Hüseyn Ərəblinskinin, Ülvi Rəcəbin, Abbas Mirzə Şərifzadənin hansı monoloqunu sözlə ifadə etmək olar? Mərziyə Davudovanın səhnədəki məsum baxışını necə? Fatma Qədrinin Xuraman rolundakı ağlar gözlərini, Barat Şəkinskayanın Dezdemonatənhalığını, Hökumə Qurbanovanın Kleopatrasındakı alovu, Ələsgər Ələkbərovun "Otello"dakı yanar gözlərini, Sidqi Ruhullanın Qacar qəddarlığını necə?

Sənəti sözlə ifadə edilə bilməyən belə yaradıcılar sırasında Xalq artisti, mərhum deməyə dilim gəlmədiyi Məhluqə xanım Sadıqovanı da görürəm.

Məhluqə xanım 1936-cı ildə səhnəyə gəlib və bircə il olsun belə müqəddəs məbəd hesab etdiyi teatrdan ayrılmayıb.

Hətta 1992-ci ildə , 56 il ömrünü-gününü həsr etdiyi Akademik Dram Teatrından təqaüdə çıxarılmaq adıyla o sənət ocağından uzaqlaşmağa məcbur olanda da, sənətini atmayıb, üz tutub Bakı Bələdiyyə Teatrına.

Ölümündən bir neçə il əvvəl görüşmüşdüm onunla. Böyük bacısı Sona xanım Sadıqova Azərbaycan Yazıçılar Birliyində makinaçı işləyirdi. Əlli ildən artıq idi öz makinasında Azərbaycan yazıçılarının əsərlərini çap edirdi. Özü də ərəb hürufatını çox gözəl bilirdi.Kimləri görməmişdi? Uavidi, Mirzə Uəlili, Səməd VurğunugMəni də Məhluqə xanımla o görüşdürdü. Mən Azərbaycan radiosunun "Bulaq" verilişlərində Məhluqə xanımla Səməndər Rzayevin gözəl səslərinə heyran olmuşdum.

Məhluqə xanımın səhnəyə, teatra məhəbbəti elə orta məktəbdə oxuduğu illərdə başlayıb. Şəhər 6 nömrəli məktəbdə oxuyurdu. Onlara ədəbiyyatdan Əli Sultanlı dərs deyirdi. O Əli Sultanlı ki, sonralar görkəli ədəbiyyatşünas, professor oldu. Amma o zamancavan oblan idi.

Bir dərsdə Məhluqə müəlliminin qarşısında bir şeiri əzbər deyir. Şeiri bitirəndən sonra Əli müəllim deyir ki, ay qız sən ya şair olacaqsan, ya da aktrisa . İllər ötdü. Əli Sultanlı Şekspir dühasının pərəstişkarı idi, Qərb ədəbiyyatını tədris edirdi. Məhluqə SadıqovaTeatr İnstitutunun birinci kursunda oxuyanda yenə də Əli Sultanlı ilə qarşılaşır.

O, Şekspirin yaradıcılığından mühazirələr oxumağa gəlmişdi. Əli müəllim Məhluqəni görən kimi tanıyır. Sözü bu olur ki: "Mən sənə dedim ki, sən ya şair, ya da aktrisa olacaqsan, şair olmadın, aktrisa olacaqsan, uğurlar".

Onu teatra bağlayan səbəblərdən biri də otuzuncu illərin teatr ahavası idi. Uavan Məhluqə o zaman müəllimələri Səyyarə xanıma qoşulub kinostudiyaya getmişdi. Xatırlayırdı ki, gəzib-dolaşdıqları zaman Səyyarə xanım ona eynəkli bir adamı göstərir. "BuUəfər Uabbarlıdır" dedi. Dönüb ona baxırlar Eynəyin altındakı gözləri necə təsiredici, necə cazibədar idi. Amma Məhluqə xanım teatra gələndə Uabbarlı artıq vəfat etmişdi. Amma Uabbarlı sənəti onun həyatına həmişə gur işıq salıb. "1905-ci ildə" pyesində Sona, "Sevil"də Gülüş, "Oqtay Eloğlu"da Firəngiz, "Solğun çiçəklər"də Pəri, "Almaz"da Yaxşı rollarını oynayıb.

Məhluqə Salıqova səhnəyə gələndə Azərbaycan teatrının çox qaynar, zəngin bir dövrü olub. Və həmin illər bir də onunla əlamətdardır ki, azərbaycanlı qızların səhnəyə axını başlanmışdı. Əvvəllər səhnədə qadın rollarını rus, gürcü, tatar millətindən olanaktrisalar oynayırdı.

Xoşbəxtliyi onda idi ki, Azərbaycan səhnəsinin korifeyləri ilə tərəfi-müqabil olurdu. Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mərziyə Daudova, Sona xanım Hacıyeva, Sidqi Ruhulla, Kazım Ziya, İsmayıl Hidayətzadə, Mirzağa Əliyev, Möhsün Sənani, MustafaMərdanov, Ələsgər Ələkbərov, Barat xanım Şəkinskaya, Hökumə Qurbanova, Fatma Qədri ilə.

Deyirdi ki, o illərdə aktyorların bir-birinə münasibəti indikindən qat-qat səmimi idi. Əsl sənət mühiti yaranmışdı. Hamı bir-birinə hörmət edirdi, bir-birinin qəlrini bilirdi. Xüsusilə, teatra təzə qəbul olunan cavanlara qarşı əsl səmimiyyət hökm sürürdü.Məsələn, Sona xanım Hacıyeva "1905-ci ildə" pyesindəki Sona obrazını mənim oynamağıma heç bir etiraz eləmədi. Əksinə bu rolu ifa eləməkdə mənə yaxından kömək etdi. O zaman qısqanclıq, paxıllıq kimi hisslər hələ teatr aləminə yol tapmamışdı.

Məhluqə Sadıqova altmış ildən artıq səhnə həyatında unudulmaz obrazlar yaradıb . oxuduqlarımdan, eşitdiklərimdən və gördüklərimdən bəzilərini xatırlamaq istəyirəm "1905-ci ildə" pyesində Sona, "Həyat"da Tərlan, "Vaqif"də Qarı (bu rolu o, 800 dəfədənçox oynamışdı), "Fərhad və Şirin"də əvvəl Fitnə, sonra Məryəm, "Pəri Uadu"da Səlimə, "Vanya dayı"da Sonya, "Sevil"də Gülüş, "Almaz"da Yaxşı, "Tufan"da Fakluşa, "Solğun çiçəklər"də Pəri, "Xanuma"da Kabato, "Müsyö Cordan"da Xanpəri, "Şeytanın şagirdi"ndəMissis Dadçe, "Tomris"də Dayə, nəhayət, "Qarabağ əfsanəsi"ndə Salatın (son rolu). Adlırını çəkdiyimz bu rolların hamısını sevə-sevə, yana-yana oynayıb. Amma ən çox ana rollarını sevib. Elə öz ailəsində də əsl ana idi, iki oğlu, iki qızı vardı, neçə nəçə də nəvəsi. Onunhəyat yoldaşı tanınmış recissor Ələsgər Şərifov idi. O, doğrudan da istedadlı sənətçi idi. Onun hazırladığı tamaşaların əksəriyyəti rus klassik dramaturgiyasından olub. A.Ostrovskinin "Tufan", "Uehizsiz qız", "Günahsız müqəssirlər" əsərləri məhz Ələsgər Şərifovunquruluşunda Azərbaycan səhnəsində uzun müddət uğurla oynanılmışdı. Onun quruluş verdiyi "Tufan" tamaşasını Moskvada, ədəbiyyat və incəsənət ongünlüyündə yüksək qiymətləndirmişdilər.

Ələsgərlə Məhluqə xanımın tanışlığı da elə teatrdan başlanmışdı. Hiss eləmişdilər ki, bir-birlərinə qarşı biganə deyillər. Evləndilər, gözəl ailə yarandı, mənalı ömür sürdülər.

Məhluqə Sadıqova 1972-ci ildən Azərbaycan teatrının ulduzlarından olan Səməndər Rzayevlə birgə radioda- "Bulaq" verilişində birgə çıxış etdilər.

Bu veriliş o qədər böyük şöhrət qazanmışdı ki, hansı rayona yolları düşürdüsə, onları hərarətlə qaşılayır, evlərinə qonaq aparırdılar. Hələ ünvanlarına gələn məktubları demirik. Məhluqə xanım Səməndərdən danışanda səsində bir qüssə, bir məhzunluq, sankiən əziz adamını itirmiş bir insanın kədəri duyulurdu. Deyirdi ki, Səməndər çox ağıllı, savadlı, bir o qədər də mədəni, səmimi bir insan idi. O yarımçıq ömrüylə də Səməndər neçə unudulmaz obrazlar yaratdı. Ölümündən sonra Kəlbəcərdən bir qız belə bir məktubyazmışdı ki, Məhluqə xanım, siz necə olur Səməndərsiz çıxış edirsiniz? Sonra da o məktuba belə bir bayatı əlavə eləmişdi:

Yaşıldır başın, ördək,

Bilinmir yaşın, ördək.

Həmişə cüt gəzərdis,

Hanı yoldaşın, ördək?

 

Deyirdi ki, Səməndər Rzayev sənət dünyasında Səməndər quşu yandı, alovlandı. Onsuz necə çətin olsa da, "Bulaq" verilişini tərk etmədi.

Səməndəri əvvəlcə Mikayıl Mirzə əvəz etdi. Sonra bir müddət Ədalət Məmmədovla tərəf-müqabil oldu. Sonra Rasim Balayev. Sonra da İlham Əsgərovla. İlhamın səsiylə səsinin tutduğunu da gizlətmədi.

"Bulaq" verilişlərində xalqımızın təkrarsız folkloru, xalq ədəbiyyatı təbliğ olunurdu. Orda səslənən bayatılar, qoşmalar, gəraylılar təkcə yazılı ədəbiyyatdan gəlmirdi, həm də xalqdan gəlirdi.

O qədər məktub göndərilirdi ki, yığıb-yığışdırmaq olmurdu. "Bulağ"ın ssenarisini həmişə yazıçı Mövlud Süleymanlı qələmə alırdı Mövlud müəllim deyir ki, Məhluqə xanımla Səməndəri elə ilk verilişə mən dəvət etdim, bilirdim ki, bunların səsi bayatılıdı,qoşmalıdı.

Aktirsa yaşlaşanda heç də onun sənət yanğısı tükənmir. Məhluqə xanım Akademik teatrdan yaşına görə çıxarıldı, amma nə yaxşı ki, Amaliya xanım Pənahova varmış. Onu Bələdiyyə teatrına dəvət etdi. Amaliya Pənahova təkcə onu yox, Muxtar Afşarovu da,Sofiya Bəsirzadəni də, Mirvari Novruzovanı da teatra apardı. O teatr tez bir zamanda şöhrət qazandı aə Məhluqə xanım da bir sıra gözəl rollar oynadı.

Məhluqə xanım sənətə otuzuncu illərdə gəldi, böyük sənətkarlarla çiyin-çiyinə işlədi, bir neçə aktyor nəslini də gördü. Onun ömrü teatra, səhnəyə ideal dərəcədə bağlı idi. Bilirdi ki, onu tanıdan, insanlara sevdirən teatrdır. Bu müqəddəs ocaqda keçirdiyiömrü-günü, orada oynadığı rolları son anına kimi xatırlayır, bəzən nigarançılıqla keçmişi xatırlayır, bəzən də o günlərlə fəxr edirdi.

Belə sənət fədailərini isə heç vaxt unutmaq olmaz!

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Ədalət.-2015.-17 dekabr.-s.8.