Dağlar qoynunda
şəhər
Gədəbəyin bu günü
Yaxşı yadımdadı, həmin gün Bakıda əməlli-başlı od püskürürdü,
nəfəs almaq o qədər
çətinləşmişdi ki, adam bir anlıq da olsa kondisionerdən aralanmaq istəmirdi. Sanki günəş bütün istiliyini, hərarətini
bir yerə toplayıb bir
ünvana səpirdi. Ölkənin
paytaxtı bu hərarətin içərisində
qaynayırdı. Amma bu
hərarəti, bu temperaturu
nizamlayan Allahın ən böyük
varlığı insandı. Həmin insan
da həyatını, iş
şəraitini elə qurmağa
çalışır ki, günəş
şüası onu yandırıb
qovurmasın. Bax, bütün
bunların fonunda paytaxtdan
üzü dağlara doğru tələsirdik. Bu
da təkcə istidən qaçmaq,
günəşin hərarətindən yaxa
qurtarmaq üçün
deyildi. Bu həm də
bizi gözləyən dağların, bizi dəvət edən insanların və nəhayət,
bizim ürəyimizin istəyini
reallığa çevirmək məqamı idi.
Həmin məqam sanki ən doğma bir ünvan kimi əlini
qaşının üstünə qoyub
"gəl-gəl" deyirdi...
Bəli, o da yadımdadı ki, artıq Şamaxı dolamaları, İsmayıllı, Göyçay arxada qalmışdı. Biz indi Gəncə qapısından keçib üzü dağlara doğru yol almışdıq. Dolamaları qalxdıqca xəyalımda həsrətini çəkdiyim Şuşa canlanırdı. Həmin dolamaların birində dayanırıq. Yolun yuxarıdan üzü aşağı düşəndə sağ, üzü yuxarı qalxanda isə sol tərəfində olan bulağa üz tuturuq. Bulağın kənarında əyləşmiş orta yaşlı kişi və yanındakı şirindil uşaq müştərilərə isti qarğıdalı təklif təklif edir. Biz öncə ovcumuzu su ilə doldurub üz-gözümüzə çırpırıq. Suyun tamı da tamam başqadı. Onunla ilk təmas ruhumuza bir sərinlik gətirir. Bir az rahatlanıb bulaq başında alver edən uşağı dilə tuturam. Öz aləmimdə ondan qarğıdalını bir az ucuz qiymətə almaq istəyirəm. Amma bu fərasətli uşaq özünəməxsus bir təbəssümlə demişdi:
- Əmi, neçəsini istəyirsiniz götürün yeyin, halal xoşunuz olsun, pulu lazım deyil. Amma almaq istəyirsinizsə, 50 qəpikdən aşağı verə bilmərəm.
Uşağın bu müdrik yanaşması məni həm sevindirir, həm də təəccübləndirir. Alış-verişimizi edib yolumuza "ya Allah" deyib gedirik. Bir neçə dolama keçəndən sonra qarşımızda böyük bir ponorama açılır. Dağlara sığınan ponorama insanın ruhunu oxşayır. Adama elə gəlir ki, bu ponorama ilahidən yaradılıb. Çünki evlərin yerləşməsi, yaşıllıq və üstəlik də bu fonun arxasındakı dağ silsilələri son dərəcə təbii və zövqü oxşayandı. Sanki hər şey ölçülüb biçilib, heç biri digərinə kölgə salmır.
Gədəbəyin kəndlərinin içərisindən keçən baş yolla rayon mərkəzinə yaxınlaşırıq. Köhnə adətimizə uyğun olaraq Slavyanka kəndində yolun üstündəki istirahət mərkəzinə dönürük. Bizi gülərüzlə qarşılayırlar. Dərhal çay süfrəsi açılır. Bu yeməkxananın sahibi olan cavan oğlan bizimlə üz-üzə oturur. Elə Gədəbəydəki son yeniliklərlə bağlı suallarımızın cavabını da ondan alıram. Həmsöhbət olduğum bu oğlan həvəslə danışır:
- İnanın ki, Gədəbəydə çox böyük, lap köklü dəyişikliklər baş verib. Rayon rəhbərliyi dəyişdikdən sonra Gədəbəydə təkcə ictimai-siyasi hava deyil, bütövlükdə insanların həyata, bir-birinə, dövlətə olan sevgisində də böyük bir inam baş qaldırdı. Sanki adamlar işgüzarlığın, zəhmətsevərliyin, qurub-yaratmağın sirrini tapdılar. Çünki rayon icra hakimiyyətinin başçısı Ramiz Yegizarov özü ilə birlikdə Gədəbəyə yeni nəfəs gətiribdi. Ən maraqlısı da bu oldu ki, yeni rəhbər özündən əvvəlkinin izini silmək, xidmətlərinin üstündən xətt çəkmək yolunu tutmadı. Əksinə, yaxşı işi bir az da sürətləndirdi. Yaddan çıxan işləri yaddaşlara qaytardı, onlara bir stimul verdi. Adi bir yeməkxana işçisinin ürəkdolusu dediyi bu sözlər hələ paytaxtda olarkən eşitdiklərimin yanlış olmadığına inamı bir az da artırdı. Hiss olunurdu ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı gördüyü işlərinə görə, sakinlər tərəfindən sevilir. Bir yerdə ki, başçıya, rəhbərə sevgi və sayqı oldu, orada işlər də qaydasında olur, həyat da öz axarı ilə davam edir.
Slavyankadan Gədəbəyin mərkəzinə doğru uzanan yolun solunda, sağında tikilmiş bir-birindən yaraşıqlı evlərə, sosial obyektlərə az qala dörd gözlə baxıram. Bu rahat yolun hər iki üzündə insanların zəhmətinin, əməyinin bəhrəsi özü-özünü sözsüz təqdim edir. İstər sosial obyektlər, istər şəxsi mülklər, bir sözlə, insan əli ilə tikilib qurulmuş hər şey bir ansambl təşkil edir. Bəli, ilk təəssürat artıq bizi tam müsbət bir not üzərində kökləyir. İndi ətrafa marağımız, ətrafdakılardan öyrənmək istəyimiz daha da artırdı.
Bu da Gədəbəy rayonunun mərkəzi. Mən sonuncu dəfə 5 il bundan öncə Gədəbəyə səfər etmişdim. Açığını deyim ki, onda rayon mərkəzində, bazarın, avtovağzalın ətrafında gördüyüm sıxlıq və bütövlükdə bu ərazinin könül oxşamayan mənzərəsi məndə bir təəssüf hissi yaratmışdı. Ona görə də Gədəbəydə olduğum 1 həftə müddətində ikinci dəfə rayon mərkəzinə səfər etmədim. Ancaq təbiətlə baş-başa qaldım. Bu dəfə isə məhz həmin adını çəkdiyim yerlərdə gördüyüm səhnələr mənim keçmiş təəssüratımı tamamilə alt-üst etdi. Həqiqətən Gədəbəydə, özü də rayon mərkəzində deyil, bütövlükdə ünvanın hər yerində böyük işlər görülmüşdü və görülməkdə də davam edirdi. Mən fürsətdən istifadə edib yol yoldaşım, əslən Gədəbəydən olan qələm və könül dostum Polad Qasımovun vasitəsilə son dövrlərdə Gədəbəydə görülmüş işlərin icmalını əldə edirəm. Rayon icra hakimiyyətindən aldığımız həmin məlumatları öncə statistika kimi vərəqləyirəm. Yəni quru rəqəmlərlə tanış oluram. Sonra isə həmin o rəqəmlərin gözlərim qarşısında canlandığını hiss edirəm. Yəni aydınca görürəm ki, həqiqətən bu rəqəmlər təkcə adi faktlar deyil, bu həm də konkret işlərdi.
Son bir ildə rayonda görülən işlər o qədər böyük masştablıdır ki, sanki Gədəbəy geniş bir tikinti meydançasıdır və bu geniş tikinti meydançasında həyat qaynayır. İnsanlar özləri üçün günün tələblərinə cavab verə bilən bir səviyyədə quruculuqla məşğuldular. Belə ki, ölkə prezidentinin Gədəbəylə bağlı sərəncamları olub. Həmin sərəncamların hər biri ayrı-ayrılıqda Gədəbəyin iqtisadi-sosial həyatına bir dönüş gətirib.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-24 dekabr.-S.7.