Ulduz”un dekabr sayı çap olunub

 

"Ulduzjurnalının yeni sayı artıq işıq üzü görüb. Jurnal akademik Nizami Cəfərovun "Hərənin öz ulduzu... hamının bir "Ulduzu”” ekspert yazısı ilə başlayır.

 

Jurnalın "Özüylə söhbət..” rubrikasının qonağı Rübabə Sahibdir. Budəfəki "Şeir vaxtı”ı Rəsmiyyə Sabirlə "tənzim"lənir.  "Tərcümə saatı”da Ales Badakın "Yağışdan qurtulan günhekayəsi Kamran Nəzirlinin təqdimatında oxuculara təqdim olunur. Tərcüməçi Sultan Mərzili isə yapon şerinin yaradıcılıarından biri İsikava Takubokun həyat yaradıcılığını şeirlərini oxuculara təqdim edir.

 

"Ulduzjurnalı ilə AYB Bədii Tərcümə Ədəbi Əlaqələr Mərkəzinin birgə layihəsi olan "Variasiya”da Çeslav Miloşun "Ars poetika” (Poeziya sənəti”) şerini dilimizə çevirənlər arsında qalib müəyyənləşdirildi.

 

"Müzakirə klubu”nda bu dəfə fantas yazıçı Vüsal Nurunun "Dorantağromanı müzakirəyə çıxarılıb.

"Dərgidə kitab”da isə bu dəfə Günel Eyvazlının hekayələri çap olunub.

 

"Ulduz”un "Tribuna”sı, "Təbriz eli”, "Qürbət şeirləri maraqlı müəlliflərlə oxucuların görüşünə gəlib.

 

Ədalət.-2015.-24 dekabr.-S.7.