"Gülüstan"
ədəbi məclisi 180
Mütəfəkkir, tarixçi,
şair A.Bakıxanov Qüdsi tərəfindən yaradılan
"Gülüstan" ədəbi məclisinin bu
yaxınlarda 180 illiyi qeyd edilib. Quba rayonunda fəaliyyət göstərən məclisin
sədri pedaqoq-jurnalist Şıxəmməd
Seyidməmmədovdur. Eyni zamanda,
bu günlərdə "Gülüstan"
ədəbi məclisinin 40-a yaxın üzvünün
yazılarını əhatə edən 7-ci toplusu
çapdan çıxmışdır.
258 səhifəlik bu kitabda
47 müəllifin şeiri yer
alıb. Kitabdan bəzi nümunələri
təqdim edirik.
Tahir Saleh
Dərband "Gülüstan" ədəbi məclisinin sədri,
"Dərbənd" qəzetinin şöbə redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bərkiyəndir
Dəmir odda əriyənsə,
Dost ürəkdə bərkiyəndir.
Dost mənliyi arayansa,
Duz-çörəkdə bərkiyəndir.
İmtahana çəkmə dostu,
Hər gümana çəkmə dostu,
Divar kimi sökmə dostu,
O, diləkdə bərkiyəndir...
Qəlbi daim bahar qalsa,
Çiçək-çiçək gözə dolsa,
Qoyduğu iz məhrəm olsa,
Qar-küləkdə bərkiyəndir.
Əyilməzdir yağı-yada,
Bənzəri var alov-oda,
Tahir özü də dünyada,
Xoş istəkdə bərkiyəndir.
Qafar Süleyman
"Şabran" ədəbi məclisinin sədri,
AYB üzvü
Ağlayır
Ağlayıram öz içimdə,
Bilən yoxdur kim ağlayır.
Çalınır "Yanıq Kərəmi",
Mizrab altda sim ağlayır.
Dərd var qalıb ötən çağdan,
Dərd var böyük Tufandağdan,
Uzaq düşdüm Qarabağdan,
Boş qalan yerim ağlayır...
Əzilsəm də maraq üstə,
Gəzdirmədim yaraq üstdə...
Qələm gəzən varaq üstə
Xəlvətcə şeirim ağlayır...
Qələmşah İdrisov
Filologiya uzrə fəlsəfə doktoru,
şair-rəssam
Çəkim hicranını...
Tökdü leysan kimi hicran yağışı,
Döndü ümidlərim ömrün qışına.
Yenə ləpirçi tək çıxıb gözlərim,
İtkin xatirələr axtarışına...
Məhəbbət böyüməz hicran olmasa,
Hicransız məhəbbət sevişə bilməz.
Hicran dənizində üzməyən aşiq,
Könül həmdəminə qovuşa bilməz.
Hicranla bərkiyir sevgi-məhəbbət,
Qeysi məcnun
etdi hicran yarası.
Hicranın içinda gizlənib,
fəqət
Ülvü məhəbbətin, eşqin
yarısı.
Hicran məhəbbətin yaraşıqıdır,
Bir damla göz yaşı tökən deyiləm.
Çəkim hiçranını nə qədər desən,
Onsuz da siqaret çəkən
deyiləm...
Abdulla Məmməd
Filoloq-şair
Dəymə
Köz-köz közərdim söz
üstə,
Közərən közümə dəymə.
Mən sənin yemin deyiləm,
Yeri get-gözümə dəymə!
Güzgüdə gördüyün üzü,
Gözlərdə hördüyün üzü,
Astara sırıdığın üzü
Gözəyib, gözünü döymə!
Tay-tayın tapar, su çala...
Qeybətlə dolmaz bu çala.
Az onu-bunu suçula
Söz atıb, dözümə dəymə!
At çəkəni yüyən
bilər,
İt çəkəni söyən
bilər,
Önündən söz yeyən
bilər...
Haqq deyən sözümə dəymə!
Dağa
dirənən ahdan qorx,
İşlədiyin günahdan qorx,
Barı,
bir yol Allahdan
qorx,
Diz çöküb özünü
öymə...
Yeri get, gözümə dəymə!
Nazif Tağı
Qarabağ qazisi, "Vətən
uğrunda"
medalıyla təltif
olunmuş zabit
Susay çayı - Alpançay
(yarızarafat-yarıgerçək)
Üzükdür qalın meşəsi,
Üzüyün qaşıdır dağın
zirvəsi,
Sən ordan alırsan gücü-nəfəsi,
Bəs niyə
Alpançay deyirlər
sənə?
Kəndimi ortadan bölüb
gedirsən,
Şaqqanaq çəkərək gülüb gedirsən,
Alpana çatmamış ölüb
gedirsən,
Bəs niyə
Alpançay deyirlər
sənə?
Biz balıq tutardıq, səndə çimərdik,
Böyüklər gələndə gendə
çimərdik,
Üç-dörd ay, az qala gündə çimərdik...
Bəs niyə
Alpançay deyirlər
sənə?
Damarda dövr edən qanım sən oldun,
Altı
şəhidimlə canım
sən oldun,
Susayda göllərim, sonam sən oldun,
Bəs niyə
Alpançay deyirlər
sənə?
Hövzəndə yad yellər əsməsin deyə,
Zarafat, xoş söhbət kəsməsin deyə,
Şahbaba müəllim küsməsin
deyə -
(Alpanda Quruçay söyləsələr də)
-
Müşkürdə Alpançay deyirlər sənə...
İzmirağa Töhmərli
Şair-jurnalist
Məni
kəndə apar...g
Qaytar məni o dağlara,
Ordan baxım uzaqlara,
Yazda məndən uzaqlaşar,
Qışda məni tapar ölüm -
Məni
kəndə apar, ölüm!
Qırx
il ömür
sürdüm, bəsdir,
Gördüyümü gördüm, bəsdir,
Mən
it ömrü yaşamışam,
Haqsızlığa hürdüm, bəsdir! -
Məni
kəndə apar, ölüm!
Hər
el, hər ölkə
yaxşıdır,
İstidə kölgə yaxşıdır.
Bu dünyanı bəyənmədim,
O dünya bəlkə yaxşıdır
Məni
kəndə apar, ölüm!
Yaddan günüm, anım çıxmaz,
Kəssən, damla qanım çıxmaz,
Torpaq üçün darıxmışam
-
Bu asvaltda canım çıxmaz:
Məni
kəndə apar, ölüm...
Pirəli
Rüklü
Şair,
teleaparıcı
Bəyənmir
Kimliyini
danaraq lovqalanıb gəzir o,
Yerli-yersiz ətrafa boylanaraq
süzür o,
Özünü yüksək tutub,
kimlərisə əzir
o,
Yanında olanların heç
birinə güvənmir,
"Bağa çanaqdan çıxıb, çanağını
bəyənmir"
Kökünə bələd olan
yaxşı tanıyır
onu,
Düşməni tərifləyir, dostu
qınayır onu,
Zatınımı unudub, göyə
tutur burnunu,
Torpaqdan
yaransa da, göylərdən yerə
enmir,
"Bağa çanaqdan çıxıb, çanağını
bəyənmir"
Daş-torpağın içindən gəlib çıxıbdır
düzə,
Elə yeriyir, guya yaradacaq
möcüzə...
Mat-məəttəl qalmışam,
adamda qaşa-gözə,
Beləsinin başına göydən
kül də ələnmir,
"Bağa çanaqdan
çıxıb, çanağını
bəyənmir".
Elnarə
Əskərova
Qürbət eldə...
...Çox şey istəməzdim, bir yağış yağsın,
Çəkim ciyərimə torpağın
ətrin.
Mavi göy belinə qurşağın taxsın,
Yetmiş
dəfə sayım, yeddi rəng sətrin...
Günəş şəfəqini damlara
sərsin,
Ərisin Şahdağın zirvəsində
qar.
Quruçay hayqırsın, bir
sel gətirsin,
Yusun sahilini bulanıq sular...
Ən gözəl paltarı geyim əynimə,
Toplayım başıma qonşu
qızları,
Hanı
mis səhəngim, salım çiynimə,
Düşək Qarabulaq yoluna sarı...
Sübh
tezdən oyanım xoruz səsilə,
Anamın ocaqda südü qaynasın.
Qızlar
könül açsın
zümzüməsilə,
Lalə
ləçəyində şehlər
oynasın...
Bibimiz
sac salsın-ocaq qalayıb,
Naxışlı çörəklər yapsın
təndirə.
İsti
qutabları özüm
yağlayım,
Bacım
stəkanda ayran gətirə...
Geyək
əynimizə qardaş
şalvarın,
Bir az ip bağlayaq qazan qulpuna,
İynəli-tikanlı qəddar kölların
Böyürtkən yığmağa girək
qoynuna...
Çaytikanı yığaq, ziriş
toplayaq,
Cırsın əllərimi tikanlı kollar.
Gicitkən yandırsın ayaqlarımı,
İçimdə onun da bir həsrəti var...
Böyükağa Ağa
"Gülüstan" və
"Ulduzlar"
ədəbi məclislərinin
üzvü
Ləl kimiyəm
Sacı
qızdır dedim sənə,
Dərdi qovur, qat çətənə.
Xırmanımda qalıb yenə
-
Döyəcəyəm, vəl kimiyəm.
Çulum olub para-para,
Dərd çiynimə salıb yara.
Əcəl qalıb üzüqara,
Öldürəmmir, kəl kimiyəm.
Hər kimin var fərd
içində,
Dərdi çəkər mərd,
içində.
Ərimədim dərd içində,
Dərd
sədəfdi, ləl
kimiyəm...
Sabir Şeyda
Pedaqoq, şair
Oxu ömür
kitabını.
Damlasıyıq yanan şamın,
Çağlama canım, çağlama.
Gözdə qaldı arzu-kamın,
Ağlama
canım, ağlama...
Haqsa yazan bir yazını,
Kim gördü onda
pozunu?!
Söndür, qəlbdə dərd közünü,
Saxlama canım, saxlama.
Qəmlə sevinc arasını
Ölç, tökmə göz qorasını.
Açma yaddaş yarasını,
Dağlama canım, dağlama.
Topla qüvvəni, tabını,
Oxu ömür kitabını...
Sevinc dadlı bir qapını,
Bağlama canım, bağlama...
Cabir Alpoğlu Albantürk
Şair-publisist
Gümüş onluq və bir bənd sonluq
Şeiri
şüara çevirənlər
Şüarı şirə çevirməkdə,
Şiri
şara çevirənlər
Şarı şüura çevirməkdə,
Pulu kefə sovuranlar
Yağı şora çevirməkdə...
Şoru şərə çevirənlər
Şəri tora çevirməkdə...
Köz altında manqal ağlar,
Köz üstdəki çevrilməkdə...
Ara qatan qanqalaqlar
Çöpü tirə çevirməkdə,
Bəzi nadan danqalaqlar
Kiri pirə çevirməkdə...
Ədalət.-2015.-24 dekabr.-S.6.