"QAPINI ÜZÜMƏ AÇDI QOCALIQ"

 

Qələm dostumun yeni kitabı barəsində qeydlərim

 

Oxucular Müzahim İsmayılzadəni daha çox nasir kimi tanıyırlar. Onun bir-birindən maraqlı hekayə povestləri, eləcə publisist yazıları ölkə mətbuatında kifayət qədər böyük tirajlarla yayılıb oxucuların da həmişə marağına səbəb olubdu. Şəxsən mən bir oxucu kimi onun nəsr əsərlərini həmişə maraqla mütaliə etmişəm yeri gələndə , daha doğrusu, ürəyimin səsinə qulaq asıb düşüncələrimi mətbuat səhifələrinə çıxarmışam. Təbii ki, bu bir dost kimi, həm bir qələm adamı kimi mənim üçün həmişə rahatlıq bir az da xoş ovqat gətirən olubdu. Ona görə "bir az da" deyirəm ki, bəzən adam istəyini tam ifadə edə bilmir. Bu mənada istənilən yazının son nöqtəsini qoyub mətbuat səhifəsinə çıxarandan sonra düşünürsən ki, daha nələri demək, yaxud yazmaq olardı, daha nələr yaddan çıxdı yaxud biz onun üstündən keçib getdik.

Bəli, ilin son ayının 3-cü ongünlüyündə Müzahimlə "Azərbaycan" nəşriyyatının 1-ci mərtəbəsinə qarşılaşdıq. Əhval-ruhiyyəsində qəribəlik hiss etdim. Diqqətimdən qaçmayan ayın bu qəribəliyinin səbəbini gözlərindən oxumaq istədim. Ona maraqla baxdığımı görüb elə gözləri ilə dedi:

- Sevincli günümdü qardaş, düz tapmısan.

Baxışlarını oxuduğumu görə Müzahim məni foyenin bir küncünə çəkdi qoltuq cibindən həqiqətən əl boyda olan bir kitab çıxardı. Mən bu qəribə bir formatı olan kitabı dərhal ondan qəbul etdim onun adı da tərtibatı kimi mənə qəribə bir təsir bağışladı. Rəssam peşəkar bir şəkildə kitabın üz qabığında yeni dünyaya açılan qapını bir o qapının bəri üzünə boylanan bədirlənmiş bir ayın şəklini elə işləmişdi ki, ondan gözümü çəkə bilmirdim. Elə yanındaca kitabı vərəqlədim vərəqləyə-vərəqləyə bu maraqlı kitabın adını öz-özümə pıçıldadım:

 

- QAPINI ÜZÜMƏ AÇDI QOCALIQ!

Etiraf edim ki, dərhal kitabın mündəricatına göz yetirdim kitabın adı olan şeiri tapdım.

 

Sındı könül sazı, tez simə düşdü

Ümidim, əlacım, sim-simə düşdü

Qırxıncı otaq da tilsimə düşdü

Qapını üzümə açdı qocalıq.

 

Günlər yel qanadlı min naxış ilə

Boranlı, tufanlı, qar, yağış ilə

Üfüqdən boylanıb soyuq baxışla

Qapını üzümə açdı qocalıq.

 

Arzular, xəyallar onun aclığı

Yoxdu rahatlığı, yoxdu dincliyi

Bir köhnə xurcuna atıb gəncliyi

Qapını üzümə açdı qocalıq.

 

Payızı saralmır qışa baxmadı

Qayaya baxmadı, daşa baxmadı

Otuza əlliyə... yaşa baxmadı

Qapını üzümə açdı qocalıq.

 

Müzahim, demə ki, uca bir dağam

Dünənəm, bu günəm, sabahkı çağam

Elə bil bələkdə körpə uşağam

Qapını üzümə açdı qocalıq.

 

Elə müəllifin yanındaca oxuduğum bu şeirin sonuna gəlib çatanda özümdən asılı olmadan bir qələm dostumu başdan-ayağa süzdüm içimdən iki, bir-birinə tərs münasibətdə olan fikir gəlib keçdi. İstədim ki, həmin fikirlərin ikisini onun özünə deyim. Amma bu sevincli anımda məni düzgün qəbul etməyəcəyini düşünüb fikrindən vaz keçdi. İndi isə həmin fikirləri demək istəyirəm. Birincisi, hörmətli qələm dostum Müzahim İsmayılzadə öz görkəmi ilə, öz şuxluğu ilə maşallah olsun ki, Məşədi İbadın sözü olmasın, yüz cavana dəyər. İkincisi, böyük Yaradan əgər insana qocalmaq imkanı veribsə, yəni ömrün uşaqlıqdan, gənclikdən, qocalığa qədər olan yolu keçməyə şərait yaradırsa, bunun özü bir xoşbəxtlikdi. Bundan gileylənmək yox, buna sevinmək lazımdı. Doğrudur, mən söz adamını, duyğu adamını anlayıram. Müəyyən düşüncələr adamı hərdən müxtəlif simlərdə kökləyir. Bu mənada qocalığa poeziya simində köklənmək zənnimcə bir söz adamı kimi Müzahimin oxucu ilə fərqli bir formada həmsöhbət olmasıdı. Həmin söhbət bu şeirdə alınıbdı. :

 

Elə ki, açılar günün gözləri

Səhəngnən bulağa gələrsən, gözəl

Gecələr röyamda gəzən sözləri

Su ilə dərdləşib, bölərsən, gözəl!

 

Fikrin qarışıqdı xəyallar min bir,

Qəlbindən keçənlər yolunda bitmir

"Vağzalı" havası çalınır, getmir

Sən hələ cavansan, gülərsən, gözəl.

 

Yaşıl otlar bitir elçi daşında

Yenə buludludu dağın daşı da

Gözlərin sulansa bulaq başında

Yuyub da təzədən silərsən, gözəl!

 

Bax, bu şeir mənim öncə söylədiyim fikri birbaşa təsdiq edir. üstəlik:

 

Sən elə bilmə ki, unutdum səni

Hardasan? Hardasan? Qocalmısanmı?

Sevən ürəyimdə şax tutdum səni

Hardasan? Hardasan? Qocalmısanmı?

 

Mənə həyat idin, su, hava idin

Sağalmaz dərdimə min dava idin

Mən səni sevəndə çox cavan idin

Hardasan? Hardasan? Qocalmısanmı?

 

Eynəksiz görmürəm gözüm qalmayıb

Çəliklə gəzirəm izim qalmayıb

Tükənib gedirəm dözüm qalmayıb

Hardasan? Hardasan? Qocalmısanmı?

 

Getdi bahar ömrü qar, sazaq oldu

Saralmış yarpaqlar eh, yazıq oldu

Sənə yaxın ikən ən uzaq oldum

Hardasan? Hardasan? Qocalmısanmı?

 

Mən bu şeiri təsadüfdən seçmədim. İstədim oxucu bilsin ki, qələm dostum qocalıqdan danışa-danışa sevgini, sevdalı günlərini önə çəkir bildirir ki, ürək sevgiylə, məhəbbətlə doludu. Bax, elə bu isti qısa fikirlərlə Müzahim İsmayılzadəni əl boyda şeir çələngi münasibəti ilə təbrik edir, ona yeni ildə daha böyük yaradıcılıq uğurları bir təbii ki, sevgi dolu ürəyinin cavanlıq eşqi ilə döyünməsini arzu edirəm.

 

Ədalət.-2015.-29 dekabr.-S.4.