AĞRILARA AĞI ƏVƏZLƏRİ

Vaqif Nəsib

 

Əvəzsizlərinin bir nümunəsi:

 

Əzizim kəsə məndən,

Yol keçər kəsə məndən

Ölən Poyludan olsun

Ağlayan Kəsəməndən...

 

Unudulmuş özümə ağı əvəzi

 

Kimnənsə də miras qalmış

Gözümə gözüm deyimmi?

Bir ömürlük bir yas almış

Özümə, özüm deyimmi?

(Özüm ola bilmirəmsə,-

Özümə vay, özümə vay)...

 

Bir adadır quru, yaşa,

Yağır yaşı, qoru yaşa,

Elə başı qoru yaşa, -

Dözümə, dözüm deyimmi?

(Yaşamıram, ölmürəmsə,-

Dözümə vay, dözümə vay)...

 

Varım yox azdan yuxarı,

Tarım yox, sazdan yuxarı,

Neçə boğazdan yuxarı

Sözümə, sözüm deyimmi?

(Altdan imza silmirəmsə

Sözümə vay, sözümə vay)...

 

Qorxumuzun candan vamı:

Olum-ölüm boş davamı?

Ömürlərin ruh davamı, -

Çözümə, çözüm deyimmi?

(Əmin olub gülmürəmsə, -

Çözümə vay, çözümə vay)...

 

QAZAX İTKİLƏRİNƏ

AĞI ƏVƏZİ

 

Yaddaşımdakı Qazağım

Dünənlə bu gün arası uzağım

Adamlı, binalı, ağaclı, -

İtirdiklərimin məzarlığı...

Yurdun ucqarında toxlu, aclı

Bəndələrin olum-ölüm bazarlığı

Ortasında yanmış məktəbim,

Sinifdən sinfə xanam...

Kənarda, - ölüm ocağımızda

atam, anam, -

acım - bayatım...

 

Xanım-xatın binaların

Əsrin zurnasıyla sökülüb getdi...

Qırmızı kərpic xanaların

Saralmadan tökülüb getdi...

Kidi Seminariyanın

dizləri qatlanmağında,

Qayğı korluğundan

ömründən atlanmağında.

Atdan düşmüş kişilərin

Buxovlanıb məzar daşında

Xan atların kişnərtisi

Kar qayalar yaddaşında

Dünəni Dilbaz atlım, -

bəy atlım...

 

Qazağım, -

dünəni çaylı bəhməzli,

mət şəhərim.

Beton binalarıyla bu günü

Nabələd şəhərim.

Bilmirəm yadigarların

Niyə ayıb, niyə nöqsan oldu

Səməd Vurğunun mədəniyyət evi,

Mərmər lövhə taxmaq əvəzi

Yerlə-yeksan oldu.

Amma hələlik şükür dünənindən

bir-iki kərpic xanan var.

Şəkərin qalasında

Ağıl keşikçisi dəlixanan var.

Qazağım,

bu günü bəhərim,

dünəni qəhərim,

həm yenim, həm bayatım...

 

ÖMRƏ AĞI ƏVƏZİ

 

Sözlərim saman sarısı,

Gözlərim duman sarısı,

Nəyim varsa çatır heçi,

Qarşımda bir şatır keçi,

Üz tutub sallaqxanaya, -

Mələrim qalır, mələrim.

 

Quruyan çay, arx yasında,

Balıq kimi arx asın da

İllərimin arxasında

Qara günlərimin heçi,

günlərimin heçi,

günlərimin iki-üçü, -

Nələrim qalır, nələrim...

 

Molla sonuncu mələkmiş,

Kəfən sonuncu bələkmiş

Yer özü boyda ələkmiş,

Günlərimiz durna köçü

Aşsüzənə ondan seçi, -

Ələrim qalır, ələrim...

 

İNSANLIĞA AĞI ƏVƏZİ

 

Gedənəcən süd qoxumuz

Bürünürük bələklərə.

Sonradan da bir çoxumuz

Ömür sürür, kələklərə

bürmələnə,

bürmələnə...

 

Yüyürdü, nur danlığına

Ata hesabına bizlər.

Düşdülər qaranlığına

Fizzə oğlu gənc Ramizlər

türmələnə,

türmələnə...

 

Ömrün odlu o cağları

Leysanlara düşüb söndü.

İlk məhəbbət ocaqları

Ürəklərdə xala döndü

sürmələnə,

sürmələnə...

 

ŞARJLARA AĞI ƏVƏZİ

 

Qara qanları seçən,

Cinayətsiz qan içən,-

Şəfalı qara zəli,

Daim üzündə qalan,

Doğru sözündə qalan,-

Daşa basılan dəlig

Bələkdən elm ilə saz,-

Kamal adı daşıyang

(Dayaz da ola bilər)

Bir ömürlük kəndirbaz,-

Tükü üstə yaşıyang

(Ayaz da ola bilər).

Yağlı tərif pastası,-

Nəmərlə söz paylayang

Şeirin qarğış ustası, -

"Zəlimxan qarğışı"

Küfürlə haraylayang

İşıqların oyağı,-

Üzü dənizə fanar...

Zəiflərin dayağı,-

Yazıçı rəmzi, - Anarg

Əməkhaqqı, - nəziri,-

Fikrət Sadıq xocamız...

Sədrin qara vəziri,-

Qara, Fikrət Qocamız...

Yusif Səmədoğlunun

Keçisaqqal körpəsi,-

Şatır keçi Qələndər...

Şeirin Samur körpüsü,-

Kələntərli Kələntər...

Tirajlardan zirvəsi,-

Çingiz adlı pisatel...

Çoxlarının kirvəsi,-

Bir ucaboy, qısa tel...

Ehtiyac çap yolunu,

Həm səsini kəsib,-

Köpəklərin qardaşı,

Bəndəniz Vaqif Nəsib...

 

RƏHMƏTLİK

PƏRVİZƏ AĞI ƏVƏZİ

 

Dirilik çeşməsi başında

Zalım ölüm qara div kimi.

Adəmdən son adama

Can almağında.

O dünya ya şəkillənməyimizə

neqativ kimi,

ya da sonsuz

zülmətvari qalmağında.

Vaxtsız sönənlərin dərdini

qara pişik kimi

azdıra bilmirik Pərviz,-

azdıra bilmirik.

özünü dəfn eləsək təbəssümünü

basdıra bilmirik, Pərviz,-

basdıra bilmirik...

O ölməz təbəssümünü

Oralarda nura döndər,

Qurtara bilsən divdən,

Çıxa bilsən neqativdən

saqqallı şəklini göndər, Pərviz,

saqqallı şəklini göndər...

 

MEŞƏLƏRƏ AĞI ƏVƏZİ

 

Qərbdəg

Qaya üstdəki son palıdı

İldırım vuranda,

Cənubda

Xanbulaq altındakı

son dəmirağacının

Baltalar qəsdinə duranda,

Şimal səmtində

Şahpalıd, qoz ağacları

Taxta kimi çəkiləndə,

Şərq həndəvərində

Meşələr ağac-ağac söküləndə

Laxlayacaq insanların

Hava dayağı,

Başlayacaq təbiətin

Məşhər ayağı

Yaşıl gözlü balalar

Həyatdan düşəcək,

Meşəbəyi peşəsi

Atdan düşəcəkg

Adamlarda ağacdan danışmağa

söz yarpağı,

üz olacaq.

Qurumuş çaylar onlara

Ağı da deyə bilməyəcək.

İnsanlığın göz dağı da

deyə bilməyəcəkg

insanlığın göz dağı da

deyə bilməyəcəkg

 

QIRMIZI KİTABLARIN RESTORAN AĞISI

 

Bu sözlər bir restoranda

bir xörəkpaylayanın

ağzından süzülürdü.

Qurunun kəkliyi,

Turacın qırqovulu,

Ceyranı cüyürü.

Sulardan xəşəm, şahmayı,

nərə balığı kürü

seçimə düzülürdüg

- Dəvə qutabı da var,

dəvə qutabıg

Bir restoranda menyuya dönmüşdü,

dünyanın qırmızı kitabıg

 

ŞABƏDDİN QARDAŞIMA

AĞI ƏVƏZİ

 

Ömrü sönüb qora döndü,

Salahlıda gora döndü

Gecələrdə nura döndü,

İnsanlara umud kimig

(Umud ölməz, el yolunda

bulaq kimi çağlar, çağlar).

 

Ölüm tale səlahəti,

O gün soldu məlahəti,

Bacı payı məlahəti

Sızıldadı bir ud kimi.

(Ürəklər tel-tel olanda

İçlərində bir ud ağlar).

 

Buludlanar qəmli çağlar,

Qan-yaş tökər nəmli çağlar,

Oğlu üstə hər gün ağlar,

Qara Moşu bulud kimi.

(Ərintilər sel olanda

Göy kişnəyər bulud ağlar).

 

DÜNYAMIZA

AĞI ƏVƏZİ

 

Qürub rəngli hər ayında

Çıxır dünyanın samanı.

İtirib yaxşı-yamanı.

Bitirib yaxşı zamanı,-

Bayquşu

Qıyha-qıyındag

 

Başdaşı qalıb payında,-

Daşlar,

daşlaşmış quru su,

Nəhrlərin qax qurusu

Yerin dəmrovlu qurusu

Batır quraqlıq çayındag

 

Dünya laxlayır yayında,

Göydən onu kim yarıda

Yerdə işlər yarıda

Unudulub dostu, yarıda

Cümlə bəndə öz hayında,

öz toyunda,

öz vayındag

 

VAQİF SƏMƏDOĞLUNA

AĞI ƏVƏZİ

 

Axır ki üstündə

məzar ata-anan

bacı qardaşın

bir elin gözüylə ağladı.

Allah da səni istədiyin kimi,

Yarı öldürdü,

Yarı saxladı.

Yarı özün getdin

O dünyanla

əhd-peyman bağlamağa

Yarı özün, yəni sözün

Qaldı getdiyin dünyada

Vaqifini yaşatmağa, ağlamağa...

 

Ədalət.-2015.-5 fevral.-S.8.