33 sual
Sualları millət vəkili,
professor, Atatürk Mərkəzinin
müdiri Nizami Cəfərov cavablandırır.
Özünüzü "ƏN" şəkildə
təqdim edin...
-Ən yaxşı
müəllim.
Ən çox
sevdiyiniz ədəbi cərəyan?
-Realizm.
Çağdaş ədəbiyyatımızda ən çox oxunan yazarlar kim(lər)dir?
- Ən çox oxunan heç kim. Elə bir
yazıçı və
ya şair tanımıram.
- Gənc yazarlardan ən çox kimləri oxuyursunuz?
-Buna dəqiq cavab verə bilməyəcəyəm.
Mən daha çox yaşlıları oxuyuram.
- Ədəbiyyatımızda ən aparıcı qüvvə fikrinizcə kimlər olmalıdır -
nəzərdə tutulur
- (gənc, orta, yoxsa yaşlı nəsil)?
-Mən bilən orta nəsil aparıcı qüvvə
olmalıdır. Amma təəssüf
ki, elə deyil. Daha çox yaşlı
nəsil aparıcıdır.
Bü gün ən yaxşı əsərlərimizi
Anar yazır, Elçin yazır, Nəriman Həsənzadə
yazır, artıq Zəlimxan Yaqubu da yaşlı nəsilin nümayəndəsi
hesab etmək olar. Bu yaxınlara
qədər İsa Hüseynov yazırdı.
- Ən çox
bəyəndiyiniz əsəriniz?
-Əksər əsərlərimi
bəyənirəm.
- Ən az
bəyəndiyiniz əsəriniz
(hansı əsərininzi
yenidən işləmək
istərdiniz)?
-Ən az
bəyəndiyim, həm
də ən maraqlı əsərim elə bilirəm ki, "XVII-XVIII əsrlər
Azərbaycan intibahı"
əsərimdir ki, onu yenidən işləmək istərdim
və çox güman ki işləyəcəm,
təbii ki, əsas ideyalarını dəyişməmək şərtilə.
- Ən çox
xoşladığınız peşə?
-Diplamat peşəsini daha çox xoşlayıram.
- Ən çox
bəyəndiyiniz insani
özəllik?
-Səmimilik.
- Ən çox
bəyənmədiyiniz insani
özəllik?
-Özündən razılıq.
- Ən çox
sevdiyiniz yazıçı
və ya şair?
-Nəriman Həsənzadə.
- Ən çox
hansı sosial şəbəkədən istifadə
edirsiniz?
-Heç birindən.
- Ən çox
sevdiyiniz geyim brendi?
-Heç bir fərqi yoxdur mənim üçün.
Əsas odur ki, rahat olsun!
- Ən çox
sevdiyiniz telefon markası?
-Həmişə işlətdiyim
"Nokia" olub. O da
ki, təsadüfən.
- Ən çox
sevdiyiniz maşın markası?
-Bunun mənim üçün heç bir fərqi yoxdur. Bir balaca
fərqi ola
bilər, o da maşının genişliyi,
"Cip" daha maraqlıdır mənim üçün.
- Ən yaxşı
dostunuz kimdir?
-Axtaranda tapa biləcəyim dostum.
- Ən sevimli idman növünüz?
-Güləş.
- Ən çox
hansı vacibdir? İş, sevgi,
yoxsa istirahət?
-Hər üçü...
- Ən çox
sevdiyiniz rəqəm və nə üçün?
-7 rəqəmi. Amma bilmirəm nə
üçün, beynimə
elə düşüb.
- Ən çox
sevdiyiniz rəssam?
-Mikayıl Abdullayev.
- Ən çox
sevdiyiniz kinoflim?
-Yeddi oğul istərəm.
- Ən çox
sevdiyiniz telekanal?
-AZ TV.
- Ən çox
sevdiyiniz musiqi?
-Koroğlunun üverturası
Ən çox
sevdiyiniz ədəbi janr?
-Qoşma.
- Ən çox
sevdiyiniz azərbaycanlı
aktyor?
-Adil İskəndərov.
- Ən çox
sevdiyiniz teatr tamaşası?
- "Vaqif" tamaşası.
- Müasir qızlar və oğlanlarda ən xoşlamadığınız keyfiyyət?
-Bir-birini aldatmaq.
- Ən çox xoşladığınız şeir parçası?
-Neft mənim ölkəmə fəlakət oldu,
Nə xeyir, nə də ki, bərəkət oldu.
Gəlmələr apardı kimsəsiz olduq
Yandıran ölkələr, yanan biz olduq.
(Nəriman Həsənzadə)
- Ən çox xoşladığınız atalar sözü?
-Nə əkərsən, onu da biçərsən.
- Ən çox həyatda nə ilə qarşılaşmısınız - məhəbbətlə, yoxsa nifrətlə?
-Mən bilən məhəbbətlə. Nifrət
o qədər də çox
olmayıb. Olanda da bilməmişəm nəyə
görə olub.
- "ƏN" olmaq üçün nə etmək lazımdır?
-Adam olmaq lazımdır.
- Sizin üçün
"ƏN" rubrikasında ən maraqlı sual hansı oldu?
-"ƏN" olmaq üçün
nə etmək lazımdır?
- Ən çox
hansı sualın sizə verilməsini istərdiniz?
-Bu dünyaya nə üçün gəlmisən?
Ədalət.-2015.-6
fevral.-S.6.