YAXIN-UZAQ OBALARI QOVUŞDURAN QARAMƏRYƏM

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Ünvanlı sosial yardım əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Eyni zamanda, infrastruktur layihələr, ilk növbədə içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində keçən ilin sonunda bu istiqamətdə Prezidentin Ehtiyat Fondundan böyük vəsait ayrılmışdır. Bu il ən azı 300 artezian quyusu qazılacaq ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq”.

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

O tirənin adı ? Bəs bu kəndin adına bax: Qaraməryəm!

 

Azərbaycanın fiziki xəritəsində Göyçay rayonunun Qaraməryəm kəndinin adı digər kəndlərə nisbətən böyük fərqləndirici şiriftlə işarələnməsi hələ diqqət çəkirdi. Rayonda əhalisinin sayının çoxluğuna ərazisinin böyüklüyünə görə Qaraməryəmdən üstün sayılan ən azı 2-3 kənd olmasına rəğmən bu, məhz belə qəbul olunmuşdu çox güman ki, səbəbsiz deyildi. Təbii bu səbəblərdən bəziləri üzdə idi. Respublika əhəmiyyətli bəzi yolların məhz Qaraməryəmdə birləşməsi əsas səbəblərdən biri ola bilərdi. Yəni yol xəritərlərində bu cür izahlı göstəricilərə rast gəlinir: "Bakı-Qaraməryəm-İsmayıllı", "Müsüslü-Qaraməryəm-İsmayıllı, "Qaraməryəm-Xaldan-Balakən" s. Bu kimi əlamətlər şübhəsiz ki, Qaraməryəm kəndinin hətta xarici ölkə vətəndaşlarına da tanıdan, xatırladan faktlardır. Ancaq eyni zamanda həqiqətən Qaraməryəm kəndi keçmiş dövrlərdən bəri daim inkişafda olan kənddən çox qəsəbəni xatırladan gözəl bir yaşayış mərkəzidir. Qaraməryəm kəndi bütün dövrlərdə istər sosial-iqtisadi, istərsə mədəni həyat tərzi baxımından heç vaxt geriləməyib, əksinə həmişə az-çox uğurlara nail olaraq diqqət mərkəzində qalıb.

 

Bakı Komissarları, yəni taleyin ironiyası

 

Bu kəndin keçmişi bəzi fərqli cəhətləri ilə unudulmayıb. Keçən əsrin altmışıncı illərinin ortalarına kimi Şirvanda ən böyük MTS-lərdən (maşın-traktor stansiyası) biri məhz Qaraməryəmdə yerləşib. Bu faktın o dövrlər üçün necə böyük əhəmiyyət kəsb etdiyini kənd təsərrüfatının həmin onilliklərdə respublikanın həyatında hansı rola malik olduğunu unutmayanlar ya müqayisə aparanlar daha yaxşı bilər.

çoxlarının unutduğu başqa bir faktı da onlarla digər önəmli faktlar üzərindən ayırıb xatırlamaq olar da, olmaz da. Bu mənada ki, 26 Bakı Komissarlarının adı müstəqil Azərbaycanımız üçün artıq pis xoşagəlməz xatirədən başqa heç vermir. Ancaq hər halda qeyd olunmalıdır ki, həmin o komissarlardan ikisi - Əmirov qardaşları Qaraməryəm kəndindən olublar.

... ölkə paytaxtlığına

qeyri-rəsmi namizədlik

 

Bu kəndin adı ilə bağlı başqa bir xoş məramlı əhvalatla söhbətimizə davam edək. Əgər hörmətli oxucularımız xatırlayırsa, 15-18 il bundan əvvəl respublikamızın paytaxtının yeni bir məkana köçürülməsi, çox da nəhəng olmayan müasir bir şəhər tikilməsi ideyası irəli sürülmüşdü. Qeyri-rəsmi yaranan bu müzakirələrdə müxtəlif peşə-ixtisas sahibləri, eyni zamanda mütəxəssis alimlər mövzu ətrafında öz fikirlərini söyləyir bütün arqumentləri əsaslandırmağa çalışırdılar. Həmin vaxtlar 3-4 məkan üzərində davam edirdi bu müzakirələr. çox maraqlıdır ki, o məkanlardan biri kimi məhz Qaraməryəm kəndi ətrafı göstərilirdi. Sonralar bu müzakirələrə son verilsə , paytaxtın köçürülməsi ideyası düşüncələrdə xəyallarda yaşamaq hüququnu hələ ki, itirməyib.

 

Daim inkişafda olan Qaraməryəm

 

Yuxarıda yaxın-uzaq keçmişlərə aid olan bir neçə faktı xatırlamağım, göründüyü kimi bu kəndin xəritələrdə fərqli işarələnməsi səbəbindən yarandı. Hər halda bütün bunlar bugünkü Qaraməryəm kəndinin, bir az da müasir yanaşma ilə dəqiqləşdirsək, Qaraməryəm kənd inzibati dairəsi üzrə nümayəndəliyinin bütün istiqamətlərdə müəyyən inkişafından, tarixi-mədəni xüsusiyyətlərindən xəbər verir. İndi ildən-ilə inkişaf edib müasirləşən qədim Qaraməryəmin daha gözəl günləri qarşıdadır. Təkcə bu kəndin yox, bütövlükdə respublikamızın inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili xarici siyasəti nəticəsində vüsətlə davam etməkdədir. Cənab Prezident bütün bunları Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində bir daha diqqətə çatdırmışdır. Cənab Prezident demişdir: "... Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmişdir 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. 123 min yeni yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi yeridir. Bu proses sürətlə getməlidir. Çünki Azərbaycanda yeni yerlərinin yaradılmasına hələ ehtiyac var. İşsizlik hələ var, yeni zamanda, sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir etmişdir. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni yerlərinin yaradılması daimi proses olmalıdır. Bu, belədir bu il bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir..."

 

Prezident qayğısının sevincləri

 

Cənab Prezident ötən ilin yekunlarını şərh edərkən bütün dünyanı bürüyən iqtisadi böhranların ölkəmizdə qarşısının alınmasının yollarını da göstərək bizi nikbin olmağa ruhlandırdı. O, Dövlət Proqramının tərkibi olaraq bir sıra sosial-iqtisadi məsələlərin həmişəki kimi davam etdiriləcəyini vurğulayaraq demişdir: "... Ünvanlı sosial yardım əhalinin pul gəlirlərinin artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, evlərin tikilməsi - bütün bu proqramlar təmin ediləcək. Eyni zamanda, infrastruktur layihələr, ilk növbədə içməli su ilə bağlı olan layihələr icra ediləcək. Bu ilin əvvəlində keçən ilin sonunda bu istiqamətdə Prezidentin Ehtiyat Fondundan böyük vəsait ayrılmışdır. Bu il ən azı 300 artezian quyusu qazılacaq ən azı 50 kənddə modul tipli təmizləyici qurğular quraşdırılacaq. Yəni, bu məqsədlərə həm dövlət büdcəsindən, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılacaq. İçməli su layihələri bizim üçün hazırda infrastruktur layihələrin arasında prioritetdir, kənd yolları da həmçinin. Keçən il kənd yollarının tikintisinə böyük vəsait ayrılmışdır..."

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOğLU

Ədalət.-2015.-6 fevral.-S.7.