YAXIN-UZAQ OBALARI QOVUŞDURAN QARAMƏRYƏM

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

"... Kənd təsərrüfatının inkişafı üçün kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü təkan verək. Çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, yerləri açılsın gözəl abadlıq işləri görülsün".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

Göz önündə olan

həqiqətlər

 

Cənab Prezidentin Azərbaycanın bütün istiqamətlər üzrə inkişafına göstərdiyi qayğı diqqət göz önündədir. Biz hər gün yalnız inkişaflardan, yeniliklərdən söhbət açır haqlı qürur hissi keçiririk. Bax, elə əvvəlcədən inkişafından danışmağa başladığımız Qaraməryəm kəndində belədir. Bütün bu inkişaf yenilikləri nümayəndəliyin ərazisini gəzib tanış olduqca bir daha görür sevinirsən. Burada görülən işlər, yeniliklər, təsərrüfat göstəriciləri digər məqamlar barədə Göyçay rayon icra hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Qasımov daha geniş məlumatlar verir. O, söhbətimiz zamanı deyir:

- İqtisadiyyatda əldə olunan nailiyyətlər dövlət büdcəsinin, əhalinin gəlirlərinin artmasına, sosial, mədəni, idman digər sahələrdə yüksək inkişafa səbəb olur. Azərbaycan düzgün inkişaf istiqaməti seçib bu yolla inamla irəliləyir. İqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar böyük əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları məhz xalqın dəstəyinə arxalanaraq müstəqil siyasət apardığını qeyd etmişdir. Hər bir Azərbaycan vətəndaşı kimi biz bu yüksəlişi ürəkdən alqışlayır, vətənimizin iqtisadi qüdrətinin artmasına öz töhfəmizi verməyə çalışırıq. Rayonumuzda gedən iqtisadi inkişaf, tikinti abadlıq quruculuq işləri hamımızı sevindirir bu işlərin görülməsində az da olsa bizim nümayəndəliyin əməyi vardır.

Rayon icra hakimiyyəti başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 4 kəndi - Qaraməryəm, Qarayazı, Yekəxana Şahsoltanlı kəndlərini əhatə edir.

Nümayəndəliyin ərazisi 8830 hektar olmaqla, 1525 fərdi təsərrüfatda 6055 nəfər əhali yaşayır. Fərdi təsərrüfatların uçotunun aparılması məqsədi ilə nümayəndəlikdə 19 ədəd təsərrüfatbaşına kitablar açılmışdır. Təsərrüfatbaşına kitablarda hər bir fərdi təsərrüfatın ailə üzvlərinin əmək fəaliyyəti, təhsili, hesabında olan daşınan daşınmaz əmlakın uçotu sair qeydə alınmışdır.

 

Yaşayış səviyyəsini yüksəldən amillər

 

Kənd əhalisinin əsəs məşğuliyyəti əkinçilik heyvandarlıqdır. Xüsusi mülkiyyətdə 37 ədəd müxtəlif markalı traktor aqreqatların olması kənd təsərrüfatının inkişafına əlverişli zəmin yaradır.

Ötən il 2800 hektar sahədən 5160 ton taxıl istehsal olunmuşdur ki, bunun da 1700 hektardan 3280 tonu buğda, 1100 hektardan isə 1880 tonu arpa olmuşdur. Bundan əlavə 53 hektardan 121 ton tərəvəz, 7 hektardan 78,8 ton kartof, 5 hektardan 17,6 ton qarğıdalı, 31 ton üzüm 6 hektardan 13 ton bostan məhsulları əldə edilmişdir.

Keçən il nümayəndəlik ərazisindəki kəndlərin fərdi təsərrüfatlarında 3650 ton meyvə istehsal olunmuşdur ki, bu da əvvəlki ilə nisbətən 141,9 ton çoxdur. Əldə edilmiş məhsullar rayonumuzda fəaliyyət göstərən emal müəssisələrinə, respublikanın digər rayonlarına MDB ölkələrinin müxtəlif şəhərlərinin bazarlarına satışa göndərilmişdir ki, bu da nümayəndəlik ərazisində yaşayan əhalinin gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına Dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli 1907 saylı sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına müəyyən yardımların verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə ötən il 858 nəfər mülkiyyətçiyə 99556 manat yardım verilmişdir.

Buğda istehsalçılarının maddi marağının artırılması buğda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına Nazirlər Kabinetinin 16 noyabr 2007-ci il tarixli 181 saylı qərarı ilə daha 518 nəfər mülkiyyətçiyə 53478 manat yardım hesablanaraq sənədlər rayon komissiyasına təqdim edilmiş yaxın günlərdə bu vəsait mülkiyyətçilərə ödəniləcəkdir.

Kənd əhalisinin əsas məşğuliyyətindən biri maldarlıqdır. 01 yanvar 2015-ci il tarixə ərazidə 3089 baş iribuynuzlu mal-qara, 6855 baş qoyun-keçi, 33050 quş saxlanılır ki, bu da ötən ilə nisbətən müvafiq olaraq 21, 90, 450 baş artıqdır.

Ərazidə fəaliyyət göstərən baytar həkimlər tərəfindən mal-qara digər ev heyvanları arasında vaxtlı-vaxtında epizodik tədbirlərin aparılması təmin edilmişdir. Ötən il ərazidəki ev heyvanlarında yolxucu xəstəlik kütləvi ölüm halları olmamışdır.

 

Son illərin yenilikləri

 

Nümayəndəlik ərazisində 1 bələdiyyə, 2 tam orta məktəb, 1 ümumi orta məktəb, 2 uşaq bağçası, bir 25 çarpayılıq xəstəxana, 1 həkim məntəqəsi, 2 tibb məntəqəsi, 2 baytar həkim məntəqəsi, 3 kitabxana, 2 klub, 2 poçt şöbəsi, 2 ATS fəaliyyət göstərir.

Dörd kəndi əhatə edən Qaraməryəm bələdiyyəsi 2014-cü ildə öz fəaliyyətini nümayəndəliklə qarşılıqlı şəraitində səmərəli qurmağa çalışmış kəndlərin sosial-iqtisadi problemlərinin həllində müəyyən işlər görmüşdür. Belə ki, hesabat dövründə bələdiyyə vəsaiti hesabına kəndarası yollar 2 km məsafədə cari təmir edilmiş, kəndarası arxlar 2 km məsafədə qazılaraq lil çöküntülərdən təmizlənmiş, imkansız ailələrə maddi yardımlar edilmişdir.

Ərazidə fəaliyyət göstərən Sudan İstifadəedənlər Birliyi hesabat dövründə əhaliyə verilmiş suyun dəyərini tam toplayaraq 2014-cü il üçün rayon Suvarma Sistemləri İdarəsi ilə bağlanmış müqaviləyə 100% əməl etmişdir. Hesabat ilində əhalinin suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində SİB bir sıra işlər görmüşdür.

Belə ki, Şahsoltanlı kəndini süvarma suyu ilə təmin edən suvarma arxında 500 metr məsafədə, Yekəxana kəndində uzun illərdən bəri problem kimi qalmış 850 metr məsafədə suvarma arxı qazılaraq lil çöküntülərdən təmizlənmişdir. Bütün bunlara baxmayaraq ərazidə yay aylarında hava şəraitinin quraq keçməsi ilə əlaqədar əhalinin suvarma suyuna olan tələbatını 100 % ödəmək mümkün olmamış nəticədə suvarma suyunun tələbatında fasilələr yaranmışdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2015.-7 fevral.-S.4.