ZAQATALANIN UĞUR FENOMENİ

 

"... Mən hər dəfə Zaqatalada olarkən hansısa bir yeniliyi görürəm. Hər bir şəhər inkişaf etməlidir. Tarixi qorumaqla müasir şərait yaratmalıyıq yaradırıq. Bakıda da belədir. Burada da belədir. Azərbaycanda bir çox şəhərlər var ki, orada çox zəngin tarixi irs mədəniyyət vardır. Zaqatala da onların arasındadır".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

 

 

Adını təsdiqləyən bu gözəl məkan...

 

Bütün gözəlliklərin ona yaraşdığı Zaqatala rayonunun ötən hər ili onu daha yüksək məqamlara daşıyır, daha füsunkar görkəmə gətirir. Elə indinin özündə, fevralın əvvəllərində, bütün yollar, qəsəbə kəndlər, rayon mərkəzinin hər bir küçə meydanı sanki erkən bir bahar çağını yaşayır. Təkcə havanın mülayimliyindən deyil, hər yandan bahar ofsunutək xoş bir ovqat, duyğusallıq aşıb-daşır. Təbiət gözəllikləri, rayon mərkəzinə açılan səliqəli yollar, eyni zamanda sanki qarşı dağlarla yarışa girən böyük şəhər əzəməti görənləri valeh edir, daha böyük uğurlara ümidləndirir. Çünki başqa bir səbəb var. Zaqatala rayonu gerçəkdən son illər uzun bir dövrün inkişaf məqamına yüksələrək özünün bütövlüyünü, necə deyərlər, imicini təsdiqləyib.

 

O, bizim sevimli Prezidentimiz...

 

Hərdən bu mövzuda söhbət düşərkən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, təcrübəli dövlət məmuru Mübariz Əhmədzadə yüksək səviyyədə formalaşan dövlətçilik tendensiyasını real məqamlarla diqqətə çatdırır:

- Bizim vəzifəmiz borcumuz rayon sakinləri ilə əl-ələ verib üzərimizə düşən işləri, tapşırıqları yüksək səviyyədə həyata keçirməkdən ibarətdir. Bütün işlərin uğuru davamı üçün səmimi dürüst olmaq da yetər. Biz göstərilən yüksək etimadı layiqincə yerinə yetirmək üçün var qüvvəmizi sərf etməklə xalqımıza, dövlətimizə prezidentimizə sədaqətli olmağı özümüzə şərəf işi bilirik. Ancaq düşünürəm ki, hələ bunlar da azdır. Yəni o qayğını ki, bizim hörmətli Prezidentimiz göstərir, daim xalqla, onun həyatı, gələcəyi ilə maraqlanıb nəhəng layihələrə imza atır, biz bu diqqətin əvəzində hələ çox işlər görməliyik, etimadı ən yüksək səviyyədə doğrultmalıyıq. Siz yaxşı bilirsiniz ki, cənab Prezident bölgədə baş verən zəlzələ zamanı zərərçəkənlər üçün, eləcə bu yerlər üçün nələr etmədi. Bircə cümlə kifayət edər: Cənab prezidentimizin göstərdiyi müstəsna qayğı nəticəsində o dəhşətli təbii fəlakət, sadəcə unuduldu ya unudulmaqdadı. Özünüz gedib o kəndləri əvvəldən , indi görmüsünüz. Prezidentimizin dövlətimizin hadisəyə bu cür yanaşma tərzi dünyada analoqu olmayan bir ilkə çevrildi ... bununla da zəlzələ unuduldu...

Əlbəttə, bu faktın böyük təntənəsi qəlbləri fəth edərək ölkəmizdə dünyada hamını heyrətləndirdi. Ölkəsinin hər bir vətəndaşının prezidenti olan cənab İlham Əliyev hər yerdə olduğu kimi bu gün Balakəndə, Qaxda, xüsusilə zəlzələdən daha çox ziyan çəkmiş Zaqatala rayonunda bütün zümrələrdən olan insanların sevimli rəhbəridir. Zaqatala sakinlərindən kiminlə söhbət etsən, rayondakı inkişaf və həyat tərzinin yüksəlişi üçün doğma prezidentlərinə minnətdar olduqlarını bildirirlər. "Biz əziz və doğma Prezidentimizi çox sevirik" deyirlər.

Eləcə rayon rəhbərliyinin də xalq içində böyük nüfüz sahibi olmasının, göstərilən yüksək etimadı layiqincə doğrultmasının əsas səbəblərindən biri də elə Prezidentin tapşırıqlarını xalqa və dövlətçiliyə sədaqətlilik prinsipləri ilə həyata keçməsindən ibarətdir.

 

İnkişafın ölkəboyu paylaşılması

 

2014-cü il Azərbaycan xalqı üçün uğurlu illərdən olmuş, həyata keçirilən siyasətin nəticəsi olaraq qısa zaman ərzində ölkəmiz demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkana, beynəlxalq birliyin layiqli üzvünə, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkəyə çevrilmişdir. Dünyada davam edən və bir çox ölkələrdə siyasi, iqtisadi və sosial problemlərlə müşayiət olunan böhran prosseslərinə baxmayaraq Azərbaycan 2014-cü ildə sürətlə inkişaf edən ölkələrdən olmuş, makroiqtisadi sabitlik qorunmuş, iqtisadiyyatın rəqabət qabiliyyəti artmış, nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetirilmişdir.

2014-cü ildə qarşıya qoyulan iki əsas vəzifə-ümumi daxili məhsul, eyni zamanda qeyri-neft sektorunun artımı tam şəkildə təmin edilmişdir. Ümumi daxili məhsul 3,0 faiz, qeyri-neft sektoru 7,0 faiz, əhalinin pul gəlirləri 4,8 faiz artmış, inflyasiya 1,4 faiz təşkil etmiş, ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuş, valyuta ehtiyatlarımız 50 milyard dollara çatmışdır. Manatın məzənnəsi nəinki sabit qalmış, eyni zamanda əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazanmışdır.

"Sənaye ili"ndə ölkəmizdə 230-dan çox sənaye müəssisəsi yaradılmış, 110 mini daimi olmaqla, 123 min yeni iş yeri yaradılmış, yoxsulluğun səviyyəsi və işsizlik səviyyəsi 5,0 faizdən aşağı olmuşdur. Bütün bu göstəricilərə görə ölkəmiz 2014-cü ildə Davos İqtisadi Forumunun son acıqlamasına əsasən rəqabət qabiliyyətliliyinə görə dünyada 38-cu yerə layiq görülmüşdür. Nazirlər Kabinetinin 10.01.2015-ci il tarixli iclasındakı nitqində "ASAN" xidmətin cəmiyyətimizə həm yenilik, həm rahatlıq gətirdiyini, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə çox ciddi dönüş yaratdığını vurğuluyan dövlətimizin başçısı cənab İlham Əliyev, səyyar xidmətin daha da böyük coğrafi məkanda təmin ediləcəyini qeyd etmişdir.

2015-ci ilin dünya iqtisadiyyatı üçün daha ağır il olacağını qeyd edən dövlətimizin başçısı bildirmişdir ki, əvvəlki illərdə apardığımız düzgün hərtərəfli düşünülmüş siyasət, bizə bu ili də uğurla başa vurmağa imkan yaradacaqdır.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.- 2015.- 11 fevral.- S.7.