"MƏN ATAMIN
QIZIYAM"
İsmayıl
İmanzadənin uşaqlara hədiyyəsi
Etiraf etmək lazımdır ki, bu gün çap olunan əsərlərin sırasında uşaq ədəbiyyatı azlıq təşkil edir. Ümumiyyətlə,
uşaqlarla bağlı
istər qəzet-jurnal,
istərsə də ədəbiyyat nümunələrinin
çeşidi azlıq
təşkil edir. Doğrudur,
son illərdə kitab
mağazalarında, ümumiyyətlə
bu ədəbi camiyədə xarici ədəbi nümunələrin,
yəni tərcümə
yolu ilə övladlarımıza çatdırılan
əsərlərin sayı
qismən artıbdı.
Bu nə qədər
yaxşı hal olsa da, mənə
belə gəlir ki, öz mentalitetimizə,
öz əxlaqımıza
güvənən, öz
kimliyimizi əks etdirən uşaq ədəbiyyatının nümunələrinin
yaradılması, təbliğ
edilməsi daha vacibdi.
Ən azından ona görə ki, bizim bu sahədə
həm kifayət qədər klassik təcrübəmiz var, həm də biz özümüz özümüzü
daha yaxşı tanıyır və övladlarımızı da
bu istiqamətdə tərbiyə etməyi bir valideyn borcu
kimi mükəmməl
anlayırıq. Bax, buna
görə də bugünlərdə İsmayıl
İmanzadənin, dəyərli
qələm dostumun mənə aftoqrafla bağışladığı kitabını demək olar ki, elə
həmin gün axşam oxuyub başa çıxdım.
Üstəlik də, bu kitabı oxuyanda dizimin üstündə oturmuş nəvəmin necə təəccüblə
baxdığını da
gizlədə bilmərəm.
Yəni kitabdakı şeirlərin
məğzi uşaqlara
aydın olmasa da, amma ordakı
müəyyən sözlər,
fikirlər, adlar onun üçün təbəssüm doğururdu.
Elə həmin təbəssümün
işığında da
mən İsmayıl İmanzadənin kitabını
sizlərə təqdim
etmək qərarına
gəldim.
Nəfis şəkildə tərtib
olunmuş kitabın ön sözünün müəllifi, filologiya elmləri doktoru, şair-publisist, "Göyərçin"
jurnalının baş
redaktoru Rafiq Yusifoğlu kitabın ön sözündə vurğulayır ki, "İsmayıl İmanzadənin
bütün şeirlərinə
yurd həsrəti hopub. O, təbiətdən,
otdan, çiçəkdən,
çaydan, çeşmədən,
uşaqdan, böyükdən
yazanda da şeirlərindən vətən
qoxusu gəlir.
Bəli,
doğurdan da kitabın elə ilk şeirini oxuyanda Rafiq müəllimin nə qədər sərrast olduğu aydınlaşır. Çünki
İsmayıl İmanzadənin
"Azərbaycan bayrağı"
şeiri məhz o vətən qoxusunun ifadəsidi:
Savalandı, Kəpəzdi
Şöhrəti eldə gəzdi.
Dağ kimi
yenilməzdi-
Azərbaycan bayrağı.
...Haqqın dönməz
yoludu,
Müqəddəsdi,
uludu.
Azadlıq simvoludu-
Azərbaycan bayrağı.
Şairin "Ana yurdum"
şeirində də həmin hisləri təkrar yaşamaq mümkündü:
Göz oxşayır
yurdumun
Hər daşı, hər yarpağı.
Gör necə
də gözəldir
Azərbaycan torpağı.
"Mən atamın qızıyam"
kitabının birinci
bölümündə şair
daha çox bayrağımızla, torpağımızla,
dilimizlə, əlifbamızla
bağlı vətənimizin
vəsfinə həsr
olunmuş şeirlərini
toplayıbdı. Burada "Şuşa"
şeiri xüsusilə
diqqəti çəkir.
Şair yazır:
Anna yurdun sevimli,
Nazlı balası
Şuşa.
Ərənlərin qibləsi,
Qeyrət qalası
Şuşa.
...Bir gün yenə nəğmələr
Gəzib dolaşar dağı.
Dalğalanar Şuşada
Azərbaycan bayrağı.
Bu şeiri mən ona görə
xüsusi vurğulayıram
ki, şair burda həm də Şuşanın mənzərələrini, görməli
yerlərini, necə deyərlər, coğrafiyasını
balaca oxucusuna şeir dilində təqdim edir. Daşaltıdan, Cıdır düzündən,
Topxanadan, İsa bulağından, Turşsudan
söz açır.
Təbii ki, bu da kiçik
yaşlı oxucunun Şuşa ilə
tanışlığı üçün çox orijinal, maraqlı bir üsuldu. Və yaxud hər kəsin yadında daha çox möhtəşəm elektrik
stansiyası ilə qalan Mingəçevir şəhərinin təqdimatı
da məhz həmin üslubda verilibdi. Əgər həmin şeirə
diqqət yetirsək, onda görərik ki, Mingəçevir şair qələmində
əsl gözəllik
ünvanı kimi tərənnüm olunub.
İsmayıl İmanzadə
yazır:
Əzizləyir adını
Ulu Kərəzim, Dirim.
Nur timsallı nağılsan
Gözəl Mingəçevirim!
Kiçik yaşlı uşaqlar yüçün böyük
hədiyyə olan
"Mən atamın qızıyam" kitabında
təqdim olunan şeirlərin dili, onun axıcılığı,
xüsusilə yaddaşa
rahat həkk olunması baxımından
çox maraq doğurur. Yəni bu
şeirləri çox
qısa zaman müddətinə əzbərləmək
və həm də uşaq yaddaşını bu misralar üstündə möhkəmlətmək zənnimcə
çox asandı.
Yəni istənilən valideyn bu kitabı öz övladına hədiyyə etməklə
onun nitqini, dünya görüşünün
inkişafına yardım
etmiş olar. Məsələn, "Əlifba" şeirinə diqqət yetirək.
Əlimə alan kimi
İlk dəfə
"Əlifba"nı
Müəllimim dedi
ki,
Hərfləri yaxşı tanı.
Və yaxud:
- Qəşəng qız
adın nədi?
- Bənövşəg
- Söylə hara
gedirsən?
- Çiçəklərlə görüşə.
Və yaxud:
Ay Pəri,
Gəl bəri.
Sulayaq
Gülləri.
Və yaxud:
Sinəsi qapqaradı,
Ləçəkləri sapsarı,
Ovuc-ovuc tumu
var
Nə buğdadı, nə darı.
Və yaxud:
Hamının xoşladığı
Bir quşdu - bapbalaca.
Qanadları qapqara,
Quyruğu şəkil - haça.
Payızda uçub
gedir
Ötüb keçir qarlı qış.
Geriyə dönən
kimi
Baharın gəlişindən
Soraq verir qaranquş.
Doğurdan da bu kitadakı bütün şeirlərin
təkcə elə adlarını sadalasaq, yəni "Göbələk",
"Ulduzlar", "Kəpənək",
"Qışda", "Çəpiş", "Günəbaxan,
"Kələm", "Yovşan", "Alça",
"Gilənar", "Yemişan",
"Novruzgülü", "Pişik", "Köşək"
və digərləri
özü-özlüyündə uşaqların təbiətlə
təmasına, canlı
aləmi tanımasına
yaxşı bir vəsait kimi dəyərləndirmək olar.
Yəni
"Mən atamın qızıyam" kitabı
uşaqlarımız üçün
həm hədiyyədi,
həm də bilgi mənbəyi. Düşünürəm ki, qələm
dostumuzun balacalar üçün nəşr
etdirdiyi bu kitab tezliklə oxucu diqqətini özünə çəkəcək
və biz oxucular da bu kitabı
öz övladlarımıza
həvəslə hədiyyə
edəcəyik. Üstəlik
də bizim övladlarımız burdakı
şeirlərdən bəhrələnəcək
və ola
bilsin ki, onlar bu şeirdəki
məqamı tez-tez dilə gətirəcəklər:
Bibim deyir noğulam
Xalam deyir qönçəyəm.
Nənəm deyir
nağılam
Anamdeyir xonçayam.
Babam da hər vaxt mənə
Geyranım,
quzum - deyir.
Təkcə atam
həmişə
Mənə öz qızım, - deyir.
Nə noğulam,
nə qönçə
Nə də körpə quzuyam.
Atam məni çox sevir,
Mən atamın
qızıyam.
Ədalət.-2015.-17
fevral.-S.4.