"İşğal
vadisi" romanı
BMM-də təqdim
olundu
Dünən Beynəlxalq Mətbuat Mərkəzində qəribə
bir mühit yaranmışdı. Adətən jurnalistlər gur olan yerdə səs-küy daha çox olur. Kimsə zarafat edir, kimsə
hal-xoş, bir başqası da özündən, zəmanədən
asıb-kəsir. Elə bil
ki, qəzetçilərin
əlinə bu mühitdə özünü
göstərmək imkanı
düşür və
onlar da bunu peşəkarcasına
istifadə edirlər.
Amma dünən vəziyyət heç də belə deyildi...
Bəli, dünən
Beynəlxalq Mətbuat
Mərkəzində bir
sükutu xatırladan,
bir az
da nostalji çalarları büruzə
verən qeyri-adi mənzərə var idi. Bir də maraqlısı
bu idi ki,
həmin tədbirə
qatılanların böyük
əksəriyyəti sözün
həqiqi mənasında
Azərbaycan jurnalistikasının
kötükləri, dayaqları
idilər. Təbii ki,
bu da səbəbsiz
deyildi. Tədbirə
qatılanları bir araya cəm edən tanınmış
jurnalist, "Səhər"
qəzetinin baş redaktoru Məzahir Süleymanzadənin dediyi kimi, "müəllim-ustad
Yusif Kərimov" - idi! Yəqin ki, artıq
söhbətin nədən
getdiyini hiss etdiniz.
Ona görə də BMM-dəki tədbirin səbəbini və mahiyyətini diqqətinizə
çatdırmağa çalışacam.
Hər halda, artıq informasiya vasitələrinin verdiyi məlumatdan da bildiyiniz kimi, Azərbaycanın tanınmış
jurnalisti, yazıçı-publisist
Yusif Kərimov bugünlərdə özünün
"İşğal vadisi"
tarixi romanını yazıb nəfis kitab şəklində çap etdiribdi. Yüksək
poliqrafiya nümunəsi
olan bu kitabın
təqdimat mərasimi
də məhz dünən BMM-də gerçəkləşdi. Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının
sədri Əflatın
Amaşov açdı.
Əflatun müəllim iştirakçsıları
salamladıqdan sonra vurğuladı ki, bir neçə gündən sonra xalqımızın həyatında
ən ağır məqamlardan biri olan, tariximizin qanlı səhifəsindən
kimi yaddaşımıza
köçmüş Xocalı
soyqırımının 23 illiyi qeyd olunacaq.
Biz 23 ildir ki,
bütün dünyaya
həmin soyqırımı
tanıtmaq istiqamətində
həm siyasət, həm də mədəniyyət, mətbuat,
ədəbiyyat sahəsində
genişmiqyaslı işlər
görürük. Həmin işlərin
arasında qocaman jurnalistimiz, Mətbuat Şurasının Ahıl
Jurnalistlərlə İş
Qrupunun rəhbəri Yusif Kərimovun sizə təqdim etdiyimiz "İşğal
vadisi" tarixi romanıdı. Əsərdə Azərbaycan tarixinin
1813-cü ildən üzü
bugünə qədər
keçdiyi yolun ən önəmli məqamları işıqlandırılır.
Elə faktlar yazıçı-publisist
dili ilə ortaya qoyulur ki, onların bəzilərini oxucular ilk
dəfə oxuyacaqlar.
Bu mənada gərgin
bir işmin öhdəsindən uğurla
gəlmiş çox
hörmətli Yusif müəllimi təbrik edir, ona yeni-yeni
yaradıcılıq uğurları
arzu edirəm.
Mətbuat
Şursanını sədri fürsətdlən istifadə edib Xocxalı qətliamı ilə
bağlı MŞ-nın bugünlərdə gerçəkləşdirəcəyi
məsələlərdən də bəhs etdi.
Qardaş Türkiyəyə ediləcək
səfərləri, həmçinin oradan
Azərbaycana təşrif buyuracaq
jurnalistlərin qarşılanıb əməkdaşlıq
mübadiləsi ediləcəyi barəisndə də bilgi verdi.
Tədbirdə
çıxış edən Məzahir Süleymanzadə Yusif Kərimovla bağlı ürəyindəki
arzu və istəkləri dilə gətirirkən
bildirdi ki, biz bu romanda
Yusif müəllimin obrazını müəyyən
qəhrəmanların fonunda gördük. Onun keşmə-keşli
həyatı ailədə, cəmiyyətdə
yaşadıqları yva birbaşa,
ya da sətiraltı bu romanda öz
əksini tapıbdı. Yusif Kərimov bizim üçün həm
ustad, həm də müəllim olubdu. Məzahir Süleymanzadənin
fiikrlərini davam etldirən MŞ-nın
üzvü Umud Rəhimoğlu
da Yusif müəllimlə
bağlı fikirlərini dilə gətirərək onun həm "Azərbaycan gəncləri"
qəzetindənki gərgin fəaliyyətindən, həm də
son illərdə MŞ-dakı
çoxşaxəli işindən söz açdı. Xüsusi
olaraq vurğuladı ki,
Yusif müəllim özünün
qayğılarının çox
olmasına baxmayaraq, yaşlı, təqaüddə
olan imkansız jurnalistlərə demək
olar ki, ev-ev baş çəkir,
onların problemləri ilə maarqlanır və ən
azından onlara bir həmkar
diqqəti göstərir. Bunun üçün Yusif
müəllimin qarşısında baş
əyir, onun ustad əlindən
öpürəm.
"Paralel" qəzetinin baş
redaktoru, MŞ-nın üzvü
Tapdıq Abbas Yusif Kərimovun
bir juranlist kimi əmək fəaliyətinə keçmiş Jdanov (indiki Beyləqan) rayonunda
başladığını, orda hər kəsin
hörmətini qazandığını, xüsusi
olaraq rayonun və
bölgənin tarixi ilə, orada yaşayan
insanların səcərəsi
ilə, folkloru ilə
maraqlandığını və bunu öz yazılarında ifadə etdiyini söylədi. Tapdıq Abbas
bildirdi ki, ilk dəfə olaraq Yusif Kərimov Azərbaycanın Arazbasar bölgəsi ilə bağlı
araşdırmalar aparmış və onu
samballı bir əsərə çevirmişdi. Növbəti
çıxışçı Şəfəq Nasir həmkarlarının fikirlərinə
şərik olaraq əlavə etdi ki, o
da bir beyləqanlı
kimi Yusif müəllimi
hələ orta məktəb ilərinldən
tanıyır, onun yazılarını rayon qəzetindən oxuyur
və bu gün də
fəxr edir ki, bu cür ustad müəllim, tanınmış
ziyalı olan Yusif Kərimovun
oxucuları sırasında onun da yeri var
və o, "İşğal
vadisi" tarixi
romanında Azərbaycan tarixinin çox dəyərli və gerçək məqamları
ilə baş-başa qalıbdı.
Bəli, BMM-də
çıxış edən dəyərli söz,
mətbuat adamlarının hər biri öz növbəsində Yusif
müəllimin özü, fəaliyyəti
və əsəri barəsində ən xoş
sözləri dilə gətirdilər. Sonda müəllif, yəni
yazıçı-puğlisist Yusif Kərimov
iştiaksılara, xüsusilə MŞ-ya
öz dərin təşəkkürünü
bildirərək onu da
əlavə etdi ki,
göstərilən diqqət və qayğını onu daha da
ruhlandırır və inşallah yeni-yeni yazıları, əsərləri ilə
həmişə oxucuların və Azərbaycan
xalqının xidmətində durmaq onun üçün ən
şərfəli bir vəzifədir.
Ədalət.-2015.-20 fevral.-S.5.