BEZDİM
Dərd dərdin əlini tutur
Ramiz Rövşən
Olanlar olmuşdu mənə
Olmayanlar gəldi yenə.
Dərd
dərdin əlindən
öpüb,
Gülümsədi bir-birinə.
Sordum nə var çəkiləsi?
Dinəmmədi heç birisi.
Didibdilər sevincimi,
Ələ gəlmir bir tikəsi.
Ha istədim kənar gəzim,
Dərdlər kənar gəzmədi heç.
Dərdlərin əlindən bezdim,
Onlar məndən
bezmədi heç.
Buraxmırlar ki, yaxamı,
İtkin salıblar yuxumu.
Bir əlləri başımdadı,
Yaman çəkirlər
"qayğı"mı.
Dərd
də tapır dərd çəkəni,
Bunun varmı
ki, çarəsi?
Didibdilər sevincimi,
Ələ gəlmir bir tikəsi...
ÖLMƏK
NƏ QƏRİB BİR ŞEY ANNE
Türk
mahnısı
Ölmək nə qərib bir şey anne,
Qoxlayamadığın çiçəklər
açar yenə,
Saçına toxunamayacaq küləklər
əsər yenə...
ətrini duymadığın
çiçəkləri,
saçına toxunmayan
küləkləri
sevmək nə qərib bir şey.
Ölmək nə qərib bir şey anne...
Yenə
günəş batır,
ay çıxır,
yenə kimsə darıxır.
Səni
islatmayan yağışlar
yağır,
Yağır üstünə.
Ölmək nə qərib bir şey anne,
Səndən sonra yenə
hamı bir-birinə oxşayır.
Sənnən sonra yenə
kimsə sənə
oxşamır.
MUĞAYAT
OL
Qara torpaq muğayat ol anamdan
Zakir Fəxri
Aman torpaq muğayat ol anamdan
Ana dedim onun kimi
sənə də.
Sinəsində uyuyardım bir zaman,
İndisə o uyuyubdu sinəndə.
Nə qarası, nə də ağı doymayan
Saçlarını bir az oxşa,
tumar çək.
Aman torpaq, muğayat ol anamdan,
Üz-gözünə bir azca da
sığal çək.
Ha böyüdüm uşaq oldum mən ona
Ana qəlbi dincəlmədi
bircə an.
Sığınıbdı uşaq kimi qoynuna,
Ana kimi muğayat
ol anamdan.
Hey gizlədi ürəyində
hər qoru,
Ömründəki nə borandan, nə qardan
Mən qoruya bilmədim ki, sən qoru
Nə olar ki, muğayat
ol anamdan...
Həsrətiylə için-için
yanıram,
Gizli qalsın,
dərdə salar anamı.
Onsuz bir gün gedəcəyəm
yanına,
Ona kimi muğayat ol anamdan.
Ana kimi muğayat ol anamdan...
***
Ana,
Bir vaxt qocaldığına ağrıyardım,
İndi
qocalmadığına ağlayıram...
BİZ
OLMADI
Hərənin öz havası,
Havamız bir olmadı.
Hərənin öz dünyası
Dünyamız bir olmadı,
Nə mən sən ola bildim,
Nə sən mən ola bildin,
Biz olmadı əslində.
Hər cığırda, hər izdə
Axtardınmı məni sən?
Hər baxışda, hər gözdə
Səni görmədim ki, mən?
Nə mən sən ola bildim,
Nə sən mən ola bildin,
Biz olmadı əslində.
Elə
"sevirəm" dedik,
sevməyi asan bildik.
Gah küsdük, gah barışdıq,
sevgini oyun bildik,
nə mən sən ola bildim,
nə sən mən ola bildin.
Biz olmadıq əslində.
Axtarmayaq
günahkar
Günahlar da bizimdi
Bədbəxt olmağa nə
var,
Xoşbəxt olmaq çətindi...
Nə mən sən ola bildim,
Nə sən mən ola bildim.
Lap bir azca, azacıq
Biz ki heç "biz" olmadıq...
***
Qumar oynayan
İki oyunçudu
insan-zaman.
Biri uduzan, biri udan.
Nəyi
varsa uduzub anbaan
Sonda ölümü
udur insan.
Qurtuluş
Boğ içindəki nifrəti,
Hələ nifrətdən
xoşbəxt olan olmayıb.
Uzaq ol xəyanətdən,
hələ xəyanətdən
Xoşbəxt olan olmayıb.
Xoşbəxt ola bilmədiyin nə varsa
Şeytan əməlidi.
Qurtul onlardan.
Xilas ol içindəki şeytandan.
Xilas ol ki, xoşbəxliyi
duyasan
Xoşbəxt olasan.
SORĞU
Dünya
səndən gedən
var,
kimdi gedən bildinmi?
Bir "xoş
getdin"dedinmi?
Deyə bildinmi?
Yola saldınmı
ürəyiycə?
ya ürəyincə...
Dünya
sənə gələn
var,
kimdi gələn bildinmi?
Bir
"xoş gəldin"dedinmi,
deyə bidinmi?
Qarşıladınmı ürəyiycə?
Ya ürəyincə...
DÜNYA
MƏNƏ DAR GƏLİR
Nəm dolubdu gözümə,
Gülmək mənə ar gəlir.
Yer tapmıram özümə
Dünya mənə dar gəlir.
Bu həyatdı bilirəm,
Kim ağlayır, kim gülür.
Mən ki, gülə bilmirəm
Dünya mənə dar gəlir.
Nə olsun yer kürəsi
ölçüsünü dəyişmir?
Yurdum tikələnibsə
Dünya mənə dar gəlir.
Ana dedim vətənə,
Anam yaralı
gəzir.
Bir yer göstərin mənə,
Dünya mənə dar gəlir.
Dünya
mənə dar gəlir
Torpağım var yad əldə.
Bu dərdi çəkən
bilir
Nələr çəkirəm mən
də...
Əzizim
gözüm gülər,
Ürəyim gözüm gülər.
Düşmənə dar eyləsəm
bu gen dünyanı
əgər,
yer taparam özümə,
mənim də üzüm gülər.
Ədalət.-2015.-21
fevral.-S.13.