ŞƏKİNİN
FƏRƏHLİ GÜNLƏRİ
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
Haqlı sualların
gerçək cavabları
Ölkəmizin şimal-qərb bölgəsində
yerləşən və
2700 illik tarixə malik olan qədim
Şəkinin son illərdəki
uğurlu inkişaf yolu göz önündədir.
Şəki nəinki bölgənin, bütövlükdə respublikamızın
ən böyük yaşayış məskənlərindən
biridir. Bu mənada
burada aparılan tikinti-quruculuq işlərinin,
sosial-iqtisadi inkişafın
arzuolunan səviyyədə
davam etdirilməsi heç də asan məsələ deyildir. Üstəlik rayonun əvvəlki
rəhbərləri də
nəzərdə tutulan
işləri normal həyata
keçirməmiş, göstərilən
etimadı doğrulda bilməmişlər. Bu səbəbdən də indi Şəki sakinləri gündəmi
real müqayisələrlə ələşdirirlər. Və mövcud vəziyyətlə
bağlı haqlı suallar da doğur.
Necə oldu ki, cənab Prezident Elxan Usubovu Şəki rayonuna başçı təyin etdikdən sonra bütün istiqamətlərdə irəliləyişlər
baş verdi,
bir çox layihələr uğurla həyata keçirildi, kəndlər, qəsəbələr,
ayrıca olaraq Şəki şəhəri
bu qədər inkişaf edib müasirləşdi? Təbii ki,
səmimi və işgüzar məmur üçün şəraitin,
vəziyyətin necəliyindən
çox, bu şəraiti düzgün
qiymətləndirməyi bacarmaq
əsas şərtdir.
Cənab
Prezidentin yüksək
etimadını məhz
görülən işlər
və yüksələn
traektoriyalı inkişafla
doğrultmağa çalışan
E.Usubov nə qədər təvazökarlıq
etsə də, uğurlara məhz bütün işləri nümunəvi qurmaqla bacarıb. Burada şübhəsiz, xalqa, dövlətçiliyə
və prezidentə sədaqətlilik prinsipləri
ilə yanaşı, təcrübəli bir məmur etikası, ziyalılığı da
böyük rol oynayır.
Son 4-5 ildə cənab
Prezidentin qayğı
və diqqəti sayəsində Şəkidə
çox işlər görülüb və davam etməkdədir. Bütün bunlar
Böyük Şəhər
adlandırdığımız qədim Şəkini daha da şöhrətləndirir.
Eyni zamanda Şəki camaatını daha yaxşı çalışmağa,
daha yaxşı yaşamağa ruhlandırır.
Bütün bunların davamlı
nəticələri məhz
2014-cü ildə də
diqqəti cəlb etmiş, gələcəyə
inamı artırmışdır.
Prezident:
"Tutduğumuz yol düzgün yoldur..."
Cənab
Prezident Nazirlər Kabinetində keçirilən
2014-cü ilin yekunlarına
həsr edilmiş iclasdakı nitqində hər bir dövlət
qurumunda idarəetmə
prinsiplərinin təkmilləşdirilməsinin,
israfçılıq hallarının
qarşısının alınmasının
vacibliyini vurğulamış,
ölkə üçün
zəruri olan, iqtisadi və sosial əhəmiyyətli
layihələrin icrasının
davam etdiriləcəyini
bildirmiş, hər bir rayonda sənaye
mərkəzlərinin yaradılması
ilə bağlı tapşırıqların icrasını
tələb etmişdir.
Bütün sosial proqram və layihələrin həyata
keçirilməsində heç
bir problemin olmadığını vurğulayan
cənab Prezidentimiz demişdir: "Keçən
il dünyada və bölgədə müxtəlif proseslər
gedirdi. Gərginlik, demək olar
ki, böyük dərəcədə artmışdır.
Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin
edilmişdir, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Azərbaycan xalqı
2014-cü ildə də
təhlükəsizlik şəraitində
yaşamışdır. Bu, bir daha onu göstərir ki, bizim tutduğumuz
yol düzgün yoldur ".
Rəqəmlər yüksəlişdən xəbər verir
Şəki rayonunda keçirilən hesabat yığıncağında
geniş məruzə
ilə çıxış
edən icra başçısı Elxan
Usubov bir sıra vacib məsələləri diqqətə
çatdırmışdır. Cənab
Usubov demişdir:
- Rayonumuzun sosial-iqtisadi inkişafının yekunları
ilə tanış
olmaq üçün
konkret faktlara nəzər salaq. 2014-cü ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə faktiki qiymətlərlə
274 milyon 227 min manatlıq
məhsul buraxılmışdır.
Adambaşına faktiki qiymətlərlə
1515 manatlıq məhsul
istehsal olunmuşdur. 2014-cü ildə pərakəndə
əmtəə dövriyyəsi
266 milyon 176 min manat olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən
8 faiz çoxdur.
Əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 64 milyon 5 min manat olmuşdur ki, bu da
2013-cü illə müqayisədə
5 faiz çoxdur. Rayonda
2014-cü ildə 2090 yeni
iş yeri açılmışdır ki,
bunun da 4,4 faizi yeni yaradılmış
müəssisə və
təşkilatların, 7,7 faizi
mövcud müəssisə
və təşkilatların,
87, 9 faizi isə fiziki şəxslərin payına düşür.
Ümumiyyətlə 01 oktyabr
2003-cü il tarixdən
01 yanvar 2015-ci il tarixədək rayonda 14287
yeni iş yeri açılmışdır
ki, bunun da 96,6 faizi daimi
iş yerləridir. Daimi iş yerlərindən
18,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 23,4 faizi
mövcud müəssisə
və təşkilatların,
58 faizi fiziki şəxslərin payına
düşür. Rayon üzrə orta aylıq əməkhaqqı
253 manat olmuşdur ki, bu da
əvvəlki illə
müqayisədə 6 faiz
çoxdur.
Hazırda rayonda 18 sənaye müəssisəsi fəaliyyət
göstərir ki, bunların da 12-si kiçik müəssisədir. 2014-cü il
ərzində rayonun sənaye sahəsində
21262 min manatlıq məhsul
istehsal edilmiş və xidmətlər göstərilmişdir ki,
bu da 2013- cü illə müqayisədə 885 min manat
çoxdur.
2014-cü ildə rayonumuzda
iqtisadi və sosial sahələrin inkişafına bütün
maliyyə mənbələri
hesabına yönəldilmiş
investisiyanın həcmi
38 milyon 965 min manat olmuşdur. İstifadə edilmiş investisiyanın
84,6 faizi dövlət mülkiyyətinin,
15,4 faizi qeyri-dövlət
mülkiyyətinin payına
düşür. Əsas
kapitala yönəldilmiş
investisiyanın 28 milyon
780 min manatı və
ya 87,3 faizi
tikinti-quraşdırma işlərinə
sərf edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin daxili siyasətinin əsas istiqamətlərindən biri
də sahibkarlığın
inkişaf etdirilməsidir. Ölkəmizin başçısı Nazirlər
Kabinetinin 2014-cü ilin
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan yığıncaqda
xüsusi olaraq vurğulamışdır ki,
bu gün ölkəmizdə sahibkarlara
böyük diqqət
vardır. Onlar həm
siyasi, həm də maddi tərəfdən
dəstəklənir. Cənab Prezidentimiz demişdir: "Bu il də sahibkarlara güzəştli şərtlərlə
kreditlərin verilməsi
təmin ediləcəkdir.
Bu təşəbbüsün
cox gözəl nəticələri vardır.
Biz bunu əyani
şəkildə görürük.
Bölgələrdə açılan
yeni müəssisələr
və iş yerləri bunu göstərir".
İpək istehsalına yeni
münasibət
Bildiyimiz
kimi, 2014-cü il "Sənaye ili" elan edilmişdir və ötən ildə ölkəmizdə sənayeləşmə
ilə bağlı düşünülmüş siyasət aparılmışdır.
Nazirlər Kabinetinin 2014-cü ilin yekunlarına və qarşıda duran məsələlərə
həsr olunan yığıncağında çıxış
edən cənab Prezidentimiz hər bir rayonda sənaye
zonalarının yaradılmasının
vacibliyini xüsusi olaraq vurğulamış və bu göstərişin
icra edilməsini tələb etmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-2015.-21 fevral.-S.4.