Xocalı notları
İsmayıl
İmanzadə
(poema)
O gecə harayım kəməndə düşdü,
O gecə qırıldı səsim içimdə.
Ölüm görməmişdim belə nişanda,
Ölüm görməmişdim belə biçimdə.
Üfüqlər diksindi ağrı-acımdan,
Boğulan elimin səsi-ünüydü.
Xocalım asıldı dar ağacından,
O gecə xalqımın qətl günüydü.
Mərmilər yağırdı torpağa dən-dən,
Günahsız adamlar odda yanırdı.
Pyotr boylanıb "Vəsiyyət"indən,
Bu qanlı oyundan xumarlanırdıg
Mənim müsibətli yollarım uzun,
O gecə qəddimi yağı əyirdi.
Çarmıxa çəkilən Xocalımızın,
Kəsilən qolları inildəyirdig
* * *
Dünyamızın bir talesiz
şəhərisən,
Bu torpağın nisgilisən,
qəhərisən.
Böyüyürdün bir zamanlar
kərpic-kərpic, küçə-küçə.
Polad kimi bərkiyirdin,
od içindən keçə-keçə.
Qanımıza yerikləyən
yağılara göz dağıydın.
Xankəndində at oynadan
dığalara göz dağıydın.
Sənə Vətən deyənlərin
gözlərində işıq idin,
heyrət idin.
Damarından Xətainin
qanı axan igidlərin
ürəyində təpər
idin,
qeyrət idin.
Bir nəğmənin notlarıtək
yaraşırdın şeirə,
sözə.
Xankəndiylə Əsgəranın
arasında,
Qala kimi dikəlirdin,
boy atırdın təzə-təzəg
* * *
O şaxtalı gecədə,
baharım qışa
döndü.
Çiliklənən harayım,
gözümdə yaşa
döndü.
Qırıldı səsim-ünüm -
ümidim qəlpələndi.
Daşbulaqdan, Kətikdən
üstümə od ələndi.
O gecə dərd sinəmdə
böyüdü kündə-kündə.
O gecə həyat baha,
ölüm su qiymətində.
Qana həris güllələr
hər şeydən ucuz idi.
Türk
qanına susayan
vəhşilərin önündə,
əliyalınXocalım
o gecə gücsüz idi,
o gecə aciz idig
Ələmim, müsibətim,
tökülən qanım
kimi,
torpaqda göllənirdi.
Bu qanlı faciənin
zülmətində boğulan
Pircamal hönkürürdü,
Qarqarçay dillənirdig
* * *
Siz ey kreslolarda
harınlaşan, qartıyan
-
Vəzifə kürsüsünün
arxasınca şaytıyan,
Yetmiş
il Moskvaya
yarınıb qul olanlar.
Şirəmizi sümürən
əjdahalar, klanlar.
Vəzifənin hökmüylə
Böhtanı iməklədib,
yalanı yeridənlər,
Azadlıq sevənləri
zindanda çürüdənlər.
Sarı
qulaq iblisin,
bir "molodets"
sözüylə
sərvətimi su kimi
şimala axıdanlar.
Rüşvətə qurşanıb,
yurdumu dağıdanlar,
hardaydınız o gecə?!
Niyə
dillənmədiniz,
Minlərlə soydaşımın
qanları töküləndə?!
Niyə
dillənmədiniz,
iyirmi altı fevralda
namusumuz talanıb,
qəddimiz büküləndə?!
O gecə qulağınız
kar olmuşdumu, deyin?!
Duyğunuz, düşüncəniz
kor olmuşdumu, deyin?!
Bu boyda müsibətin
üstə yalan yaxdınız.
Şəhidlərin dalınca,
ilan soyuqluğuyla
boylandınız, baxdınız.
İyirminci illərdə,
sizin əllərinizlə
Zəngəzuru, Göyçəni
sildik xəritəmizdən.
Səksən beşdən bu
yana
Kəmərli qan ağlayır,
hələ də kömək umur
İncə dərəsi bizdəng
Ey harsın dəllalları,
ey şəhvət
düşgünləri,
Xocalı
dərdimizi
dünyamızdan dananlar.
Yadların qarşısında,
alçalanlar, sınanlar.
Bu tökülən qanlara,
bu didilən canlara,
Günahsız qurbanlara-
cavab verməlisiniz!
Ağsaqqala, cavana
körpəyə, ağbirçəyə
Ulu torpaqlarımız,
Zəngəzura, Göyçəyə-
cavab verməlisiniz!
Goruşda, İrəvanda
Əsir
olan qızlara,
dığaların əlində
yesir olan qızlara,
Yurd yerindən qovulan,
min-min talesizlərə,-
cavab verməlisinizg
* * *
Bu nə dərd, nə ələmdi,
Üstünə qan çiləndi.
Torpağım silkələndi-
Haray, Xocalım, haray.
Qarqar çayım qan ağlar,
Torpağım şan-şan ağlar.
Ürək yanar, can ağlar-
Haray, Xocalım, haray.
Təkləndik dərd əlində,
Ölmədik mərd əlində.
Gəlinlərin, qızların
Qaldı
namərd əlində-
Haray, Xocalım, haray.
Satdılar vara səni,
Çəkdilər dara səni.
Başsız "başçılarımız"
Qoydu qumara səni-
Haray, Xocalım, haray.
Əlifin
yarı sızlar,
Şuşamın qarı sızlar.
Itirib tapammıram,
Gözümün nuru sızlar-
Haray, Xocalım,haray.
Dərdimə kimlər ağlar,
Taleyi kəmlər
ağlar.
Dindirməyin qəmliyəm,
Ürəyim simlər ağlar-
Haray, Xocalım, haray.
Yadlardan
arxa olmaz,
Tökülən bir də dolmaz.
Tanrım,
yapış əlimdən
Bu qisas yerdə qalmaz,-
Haray, Xocalım, haray.
Qılınca pas yaraşmaz,
Igidə yas yaraşmaz.
Babək
nəvələrinə,
Qara libas yaraşmaz,-
Haray, Xocalım, haray.
* * *
Bu əzilən baş kimin,
bu kəsilən döş kimin?!
Bu qol kimin qoludur,
ayırıb seçmək
olmur!
Bu qanlı cəsədlərin
qarşısından, ay Allah,
adlayıb keçmək
olmur!
Meyidlər qalaq-qalaq,
sifətlər qan içində!
Baxıb
dəli oluram,
tək bircə an içində!..
Bu qocanın günahı
nəymiş görəsən,
Allah?!
Bu körpənin başının
dərisi soyulanda,
niyə daş yağdırmadın,
axı, yerə sən, Allah?!
Bu tökülən gözə
bax,
bu doğranmış
üzə bax!!!
Daş üstündəki qanlı
çəhlimə bax, izə bax!!!
Ay, bu əlin yiyəsi,
əgər ölməmisənsə
gəl, əlinə yiyə dur!
Ay bu elin yiyəsi,
mürgülədiyin yetər,
qalx, elinə yiyə dur!!!
Aman
Allah, meyitlə
dolu imiş dağ, dərə!
Yox, ta baxa bilmirəm
Çingizin göz yaşıyla
çəkdiyi bu lentlərə!!!
Bir gecənin içində
yurdları tarmar olan,
Cəsədləri didilən,
kəfənləri qar olan.
Bu bədbəxt insanların
nəymiş günahı,
Tanrım?!
Sən necə götürərsən
bu zülmü, bu naləni
bu qədər ahı, Tanrım?!.
* * *
Bu gün qisas günümüzdür,
mənim ulu torpağıma,
kəc baxanın gözlərini
tökəm gərək,
Əlimdəki Koroğlumun,
Babəkimin qılıncıdır,-
yağıların sinəsinə
çökəm gərək.
Nə vaxtdır ki, göz dikibdir
Şuşa, Laçın yolumuza.
Igidlərim, ərənlərim,
Indi zəfər bizimkidir,
ulu Tanrı qüvvət versin
qolumuza.
Səngərlərdə gülümsəyir
Taleyimiz üzə bu gün.
Dədəm Qorqud,
nənəm Tomris,
uğur dilər bizə bu gün.
Xocalıda namusuma
ləkə düşüb,
Onu gedib dığaların
qanı ilə yuyam gərək!
Yağıların yuvasını
ağlar günə
qoyam gərək.
Elin igid oğulları,
qarı düşmən
qarşısında
bərk dayanın,
möhkəm durun!
Zorilərin, silvaların,
serqoların amanını
kəsin, qırın!!!
Üzümüzə açıq olsun
Bizim ulu torpağımız
Zəngəzurun yolu, izi.
Irəvanı oda yaxıb
sevindirək,
ağlar gözlü
Göyçəmizig
Sıralanaq, pozulmasın
qatarımız, nizamımız!
Lazım
gəlsə haqq yolunda
şəhid olaq biz hamımız!
Bərk
dayanın, ər oğullar,
yurdumun cihad günüdür.
Qalxın,
gedib yuvasında
məhv eyləyək
biz yağını!
Zəfər günü məlhəm
kimi
yaramızın üstə
yaxaq,
Azərbaycan torpağınıg
* * *
Əzabların yoğrulubdu dərdinən,
Bu sitəmə yiyə
durmaz hər dinən.
Tanınırsan ərəninən, mərdinən
Gözlərinin yaşını sil,
Xocalım!
Sən taleyin qarğısında
yuyundun,
Güllələrin "naxışında" yuyundun.
Laqeydlik
"yağışında" yuyundun,
Gözlərinin yaşını sil,
Xocalım!
Uçurarıq müsibətin səddini,
Namərdlərə göstərərik həddini.
Sabah yenə dikəldərsən
qəddini,
Ədalət.-2015.-26 fevral.-S.7.