Ləzə-ağ donlu
gözəl
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
"... Deyə bilərəm ki, dünya miqyasında, Avropada dağ xizəyi kurortları arasında "Şahdağ"
artıq öz layiqli yerini tutub. Eyni zamanda,
deyə bilərəm
ki, bu layihə
Qəbələ rayonunda
da dağ xizəyi kurortunun yaradılmasına təkan
vermişdir. Yəni, bu kurortun yaradılması bir neçə məqsədi
güdür. Bu, bizə qeyri-neft sektorunun, turizmin inkişafı, ölkəmizi
dünyada daha da dolğun şəkildə tanıtmaq
imkanlarını yaradır".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Ləzə kəndi Qusar rayonunun ən gözəl yaşayış
məskənlərindən biridir. Qafqaz sıra dağlarının şimal-şərqində,
dəniz səviyyəsindən
4 min 242 metr hündürdə
Şahdağ yüksəkliyinin
"Şah yaylaq"
dağının ətəyində
yerləşən kəndin
qayalardan axıb gələn şəlalələri
göz oxşayır.
Son illər Lazanın adı az
qala bütün dünyaya yayılıb. Bu da səbəbsiz
deyil, unikal "Şahdağ" qış-yay
turizm kompleksi məhz bu kəndin
ərazisindədir.
Dəniz səviyyəsindən
dünya səviyyəsinə çıxan kənd
"Şahdağ" qış-yay turizm kompleksi dünyada bu tipli komplekslərdən
universallığı ilə
fərqlənir. Qusar rayonunun mərkəzindən
32 kilometr məsafədə,
"Şahdağ" Milli
Parkının ərazisində
yerləşən kompleksin
tikintisinin hazırlıq
işlərinə 2006-cı ildən başlanılıb,
2009-cu ilin sentyabrında
isə dövlət başçısı İlham
Əliyevin iştirakı
ilə təməlqoyma
mərasimi keçirilib.
Dəniz
səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksi 2058 hektar ərazini əhatə edir. Təkcə bizim ölkəmizdə deyil, bütün dünyada ən mükəmməl layihələrdən
biri sayılan "Şahdağ" layihəsinin
reallaşdırılması Azərbaycanda dağ-xizək
və digər qış idman növlərinin inkişafı
üçün hərtərəfli
imkanlar açır.
Son dövrlər böyük
bir templə inkişaf edən Azərbaycanda bütün
sahələrdə olduğu
kimi, turizm sektorunda da uğurlar
əldə edilməkdədir. Turizm sahəsinə
öz töhfəsini
verən "Şahdağ"
kompleksində inşa
edilən hotellər bu istirahət məkanına marağı
daha da artırır.
Qonaqların istirahətinin yüksək
səviyyədə təşkil
olunduğu hotellərdə
yaradılan şərait
bir daha təsdiqləyir ki, bu gün ölkəmizdə
turizm sektorunun inkişafına xüsusi diqqət yetirilir, bu sahədə işlərin dünya standartlarına uyğun qurulmasına önəm verilir. Təkcə elə son 5-6 ildə
bir neçə ildə beşulduzlu hotellərin açılması
və dünyanın ən məşhur hotel brendlərinin Azərbaycanda
fəaliyyətə başlaması
görülən işlərin
uğuruna sübutdur.
Ləzə kəndindəki "Şahdağ"
qış-yay turizm kompleksində inşa edilən hotellərdə təqdim edilən yüksək şərait
Azərbaycanda mehmanxana
biznesinin inkişafını
bir daha təsdiqləyir və qeyri-neft sektorunda bu sahənin xüsusi çəkisinin
gündən-günə artdığını
göstərir.
İlk dağ-xizək kurortu
Regionda liderliyini
qoruyan Azərbaycanda qeyri-neft sektorunun inkişafına mühüm
töhfə olan "Şahdağ" qış-yay
turizm kompleksi ölkəmizin tarixində
ilk dağ-xizək kurortudur. Kompleksin inşası
bir neçə mərhələdə aparılıb.
Prezident İlham Əliyev 2011-ci ilin fevralında kompleksin 2 nömrəli kanat yolunun, o cümlədən, xizək
enişinin açılışında
iştirak edib, görülən işləri
yüksək qiymətləndirib.
2012-ci ilin dekabrında
dövlət başçısının
iştirakı ilə
bu nəhəng kompleksə daxil olan infrastruktur obyektlərinin, o cümlədən
iki hotelin açılış mərasimi
keçirilib. Ötən ilin
əvvəlindən kompleks
ilk turistləri qəbul
etməyə başlayıb.
Qusarda salınan "Şahdağ"
qış-yay turizm kurortu qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə
növləri təklif
edir. Ləzə kəndinə gələn
qonaqların burada möhtəşəm təbiət
gözəlliyinin mərkəzində,
dağ havasının
təravətində müxtəlif
əyləncə növlərinin
əhatəsində olmaq
şansı var. Kompleksdə
müxtəlif səviyyəli
idmançılar və
həvəskarlar üçün
20-yə yaxın xizəklə
sürüşmə yamacları
planlaşdırılıb, xizəksürmə məktəbi
müxtəlif kurslar təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də
təklif edilməsi
"Şahdağ"a
olan marağı bir qədər də artırıb. Azərbaycanın Şimal bölgəsini,
Qusarı yenidən kəşf etmək istəyənlər, macəra
axtarışında olanlar
üçün raftinq,
paraşütlə tullanma,
qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük
və başqa idman əyləncələri
də gələcəkdə
qonaqların istifadəsinə
təqdim olunacaq.
Kompleksin
ərazisində böyük
qolf meydançasının,
müxtəlif ölçülü
hovuzların da tikilməsi planlaşdırılıb.
Kompleksin birinci mərhələsi üzrə tikinti işləri dövlət
tərəfindən maliyyələşdirilir. Tikintiyə nəzarəti
isə Mədəniyyət
və Turizm Nazirliyinin tabeliyindəki
"Şahdağ" qış-yay
turizm kompleksinin müdiriyyəti həyata
keçirir.
(ardı var)
Etibar CƏBRAYILOĞLU
AzƏrbaycan
Respublikasının Prezidenti yanında
kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun
maliyyƏ yardımı ilƏ
Ədalət.-2015.-26 fevral.-S.7.