ADİL
MİRSEYİD
II yazı
Məmməd Dəmirçioğlunun
qara sazı üçün
ikinci hava.
gecə yağırdı yenə
qaynadı qızıl qanım
qafamda qovğalarım
cibimdə yatağanım
könlümün budağında
qara sevda çiçəyi
kimsə qara saz çalıb
oyatmasın fələyi
sahildə köhnə qayıq
çox uzaqlarda mayak
ay doğdu qəlbiləndi
vaxt yatmış ölüm oyaq
İnsanlar da təbiət kimidi. Daş adam var, ağac adam var, su adam var və s. İstər daxilən, istər zahirən eyni oxşarı olan iki adamın olması mümkünsüz olduğu kimi bir-birinə oxşayan iki yarpağa, iki daşa, hətta iki qar dənəsinə belə rast gəlmək mümkün deyil. Amma qəribə olsa da mənə elə gəlir ki, eyni cins quşlar isə bir-birindən qətiyyən fərqlənmirlər. Məsələn, iki dənə eyni cins qaranquşu və ya sərçəni yanaşı tutsanız fərq görməyəcəksiniz. Bir başqa misal. İki ayrı-ayrı bulağın suyunu bir-birindən seçmək mümkün deyil. Amma əslində isə bu belə deyil. Əks halda cüt qaranquşlar və sərçələr öz yarılarını, cütünü başqalarından seçə bilməzdilər... Dünya sirlərlə doludur və bu dərinliklərə varmadan qayıdaq mətləbimizə.
Adil Mirseyid təkcə insan ömrü yaşamadı. Bulud adam oldu, güzgüdəki adam oldu, nəğmə adam oldu. Sonra ay süvarisi olmaq üçün Vernisajıyla gözlərimiz önündə bir şair, bir rəssam, bir filosof ömrünün əsrarəngiz mənzərələrini sərgiləndirərək göylərə ucaldı, Ay süvarisi olaraq Amor Fatihə qədər olan yolları fəth etdi.
sorma bu dünyanın harasındayam
ulduzlarla dəniz arasındayam
əsən rüzgarlara qoşulub uçmaq
keçir könlümdən
yalvarıram söz açma
ayrılıqdan ölümdən
burax gedim çiçəyim
rüzgar budağımdan qoparsın məni
burax gedim mələyim
bir gecə ay çəkib aparsın məni
sorma bu dünyanın harasındayam
dənizlə ulduzlar arasındayam
içimdə qanlı
bir umid
içimdə cəhənnəm
yanğınları var
bir də bir bənövşə var içimdə
dərd dibindən baş qaldırıb
gülümsəyir hər bahar
hərdən röyalarda
diksinirəm mən
röyalarda bir kəpənək uçub
qonur
hərdən ürəyimin
başına
tanrım bağışla
məni
röyalarda gördüyüm
kəpənəyin göz yaşına
Adil Mirseyid Azərbaycan ədəbiyyatına
rəngli şeirlərin
ilk modern örnəklərinin toxumlarını səpdi,
sürrialist cərəyanın
poetik obrazlarını,
qeyriadi metofaforik deyimlərin canlı görüntülərini gah
kətan üzərində
yağlı boyalarla, gah da akvarellə
kağız üzərində
canlandıraraq oxucularını
əl çatmaz məkanlara aparıb çıxara bildi.
Bəzilərinə çox adi və sadə
görünən sözlərlə
boyanmış bir qış mənzərəsinə
tamaşa edin:
Qar eskizi
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır
...Qara çörək
Bəyaz
pendir
Qırmızı çaxır
Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır...
Məncə qışı bundan sadə, bundan mükəmməl boyalarla
işləmk olmazdı. Mən rəssam
olduğumdan, artıq
bu mənzərəni
olduğu kimi gördüm və rəssamın poetik dillə rəngləri necə gözəl kolorit çərçivəsinə
yerləşdirməsinə heyran qaldım. Ağ rəngin içində bəyaz pendiri və bu rənglərlə
kəsgin təzad təşkil edən qara çörəklə
qırmızı çaxırın
mənzərəni necə
canlandırmasına tamaşa
edin.
Adil bir modernist, hətta bir post modernist şair olmaqla bəzi çaşqın modernist şairlərə
çanlı örnək
ola bilər.
Adil yazdığı hər misranı əlvan rənglərlə dolu olan politra üzərində
bişirir, qurulmuş
kompozisiyanın koloritinə
rəğmən, bütün
anatomik tarazlıqları
pozmadan bir professional bacarığı ilə heç kimin ağlına gəlməyəcək,
amma hamının heyranlıqla tamaşa edəcəyi tablolar işləyir.
"REKVİYEM"
ÇALINIRDI
Gecə
səssizliyində
"Rekviyem" çalınırdı
son gecəyə layla tək.
Sirli səslər içində
döyünürdü o ürəkg
Keçib zaman həddini,
Bütün Yer kürəsinin
adlayıb sərhəddini
"Rekviyem" çalınırdı.
Səslər alovlanırdı,
Alışırdı Motsartın
piano dillərinə
o həsrət barmaqları.
Ölümün gizli öpüb
getdiyi dodaqları
Salyeriyə notları
pıçıldayırdı hələ,
"Rekviyem" çalınırdı.
Gecənin havasından
dərd qoxusu gəlirdi,
Səs quyuya enirdi,
zirvəyə yüksəlirdi.
Açılacaq sabahın
taleyi yazılırdı,
son dəfə üzülürdü
bəstəkarın ürəyi.
"Rekviyem" çalınırdı.
Səhərə az qalırdı,
Varlığını səslərə
köçürmüşdü o ürək.
Ağarmışdı bənizi,
Dodağında ölümün
buz kimi öpüş izi
Motsart gülümsəyirdi.
"Rekviyem" çalınırdı
son gecəyə layla tək.
... "Rekviyem" çalınırdı.
Adil Mirseyid Azərbaycanlıdı,
Ağdaş bölgəmizdə
dünyaya göz açıb, Əzim Əzimzadə adına
Azərbaycan Dövlət
rəssamlıq məktəbini
bitirib. Məncə, şairlik ixtisası
verəcək bir təhsil müəssisəsi
yoxdur dünyanın heç bir yerində. Şairlik özünü, dünyanı, Allahı dərkdən sonra başlayır. Bu elmin ünvanı dünya, kainat və Allahdı. Bunların imtahanından keçə bilənlər
şairlik adına
sahib ola bilirlər.
Adil bütün
şeirlərində bu
dərslərdən necə
imtahan verdiyini sübuta yetirir, məkan və zaman anlayışlarının
sərhədlərini asanlıqla
keçir, dünyanın
və kainatın istənilən yerindən
canlı və obrazlı görüntüləri
qarşımızda canlandıra
bilir. Bəzi hallarda onun Parisdən,
Siyena çayının
sahillərindən yazdığı
şeirlər oxucuları
çaşdırır, onun
Noturdam kilsəsini görmədən, onun ecazından, Parisin tüstülərlə dolmuş
bir qəhvəxanasında
oturub, Fransa abu-havasının spesifikasından
şeirlər yazması
adamı heyrətləndirir.
Adil bir qəm yuvasına, bu qəm yuvasına
sığınmış bir
qərib yolçuya da bənzəyir. Bütün
şeirlərindən qürbət
avazı süzülür,
sakit, həlim duaların pıçıltıları
eşidilir, kainat boyda qəfəsin içində darıxan qərib bir durnanın hönkürtüləri
inildəyir...
səhər qəhvəsi
yağmurla gəldi
payız qüssəsi
yağmur icində
azdı quş səsi
bir adam üşüyür yağış
içində
bir intihar təşəbbüsü vardı
onun
dumanlı keçmişində
illər öncə
bir yağmur
mövsümünün sonunda
qanadlı bir qız görmüşdü
düşündə
o qadının sevdasıyla
diyar diyar
şəhər şəhər
dolaşdı
həyatını dəyişdirəcək
o qadını
çox aradı
tapmadı
gizli-gizli şeir
yazdı
o qadının adına
bir səhər güzgüyə baxdığı
zaman
ömründə ilk dəfə
yapayalnız
olduğunu
görüb diksindi şair
təbəssümü dodağında
qurudu
şimşək kimi
islandı gözlərində
yazılmamış
bir şeir
divarda yapon rəssamı busonun
ay işığında məktub
oxuyan qadını
bayırda yağmur
yağır bayaqdan
bir qatar fit verib keçdi uzaqdan
saat səhər yeddi on beşi vurur
pəncərə önündəki
ağac
yenə durduğu yerdə durur
sükutu cırmaqlayır
qara pişiyin səsi
soyuyur səhər qəhfəsi
Adilin özünəməxsus
dili, üslubu, və özəl bir könül dünyası var. Şeir onun dilində neydən süzülən
həzin bir nəğməyə çevrilir,
duyğular dolu bir aləmə aparıb gedir. Onun ən
adi misraları belə mükəmməl,
bitkin fikir ifadə edir, poeziya rənginə boyanır, mahir bir sənətkarın könül dünyasından
xəbər verir.
Güzgü mövzusunda yazılmış
şeirlərə çox
rast gəlirik. Bu ifadənin
(tapıntının) ilk olaraq
kim tərəfindən
işlədilməsini müəyyən
etmək o qədər
də asan deyil və belə
bəsit fikirlərin arxasınca getməyi isə lüzumsuz sayıram. Eyni sözü və fikri bir-birindən xəbərsiz bir neçə adam
söyləyə bilər.
Söz dünyası çox zəngin və azad bir məkandı.
Heç kim
sözə sahib çıxa
bliməz. Bu bir başqa məsələ ki, bir başqasının
yazdığı şeiri,
sujeti, mətləbi və s. oğurlayıb mənimsəyəsən. Bu ən azından tərbiyəsizlikdi.
Adilin şeirlərini oxuyarkən
özünü tamam yeni və özəl
bir aləmdə hiss edirsən. Hiss edirsən ki, Adil yalnız
öz içini göyərdir, öz bağının məhsullarıyala,
gülləriylə, çiçəkləriylə
oxucularını salamlayır.
Bu baxımdan onun güzgüdəki adam şeiri də heç kiminkinə bənzəmir.
güzgüdəki adam -
adam öz adını unudur bəzən
bir səhər güzgüyə baxıb
görür ki
gözləri qan çəkib güzgüdəki
adamın
güzgüdəki adam çıx güzgüdən
çıxmasan güzgünü
sındıraram mən
amma inanma sözümə
gücüm çatmaz
bu güzgüyə
gücüm çatsa
da əl qaldırmaram
güzgüdəki adam bağışla məni
çap etdirə
bilmədim şeirlərini
satılmadım satmadım
bir də satmaq üçünmü
söylə
öz özünə
oxunan dualar
özüm istəmədən
aldatdım səni
vaxtsız qocaltdım
səni
güzgüdəki adam kimsən nəçisən
Bu şeirin ardınca nəğmə adamı
dinləyək
nəğmə adam
sən məndən mən də səndən
allah ikimizdən uzaq
ay doğacaq indicə
sən canavar mən yalquzaq
bir kimsə yox bu dünyada
sevib könül bağlamağa
allah sənə göz verib
bir gün məni ağlamağa
bir an öncə burdaydın
indi hardasan harda
özün yoxsan otaqda
kölgən gəzir divarda
(Ardı gələn şənbə
sayımızda)
ədalət.-2015.-28 fevral.-S.10.