BƏLƏDÇİSİ
GÖZƏLLİK OLAN ŞƏHƏR
Layihənin
istiqaməti: Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi
Ağcabədi səfərimdən qeydlər
"... Ölkənin
hər yerində, eləcə də hər bir sahədə
böyük kompleks işlər həyata keçirilir. Ancaq Ağcabədidə bu işlər daha yaxşı icra olunur. Bu da onu göstərir ki, burda işlərin bünövrəsi mükəmməl
qoyulub və bu gün də
həmin işlər uğurla davam etdirilir".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
El dilində desək,
indi boz aydı. Və bu boz ayın özünəməxsus
parametrləri var. Yəni
bunun içərisində
ilin bütün fəsilləri özünü
göstərə bilir.
Bax, boz ayının həmin o özünü
qışın sərtliyi
ilə nümayiş etdirdiyi məqamda yolum Ağcabədiyə düşdü. Yol boyu aramsız yağan lopa-lopa qar dənələri ətrafı ağ
örtüyə bürüsə
də, maşını
idarə etmək çətinləşsə də,
bunun özündə
də bir gözəllik var idi. Mənə elə gəlirdi ki, bu ağ qar dənələri üz tutub getdiyim bölgənin ağ günlərindən bir ip ucudur. Və mən
o ip ucundan tutub bu bölgənin
gerçəkləşən arzularını vərəqləyə
biləcəm. Elə deyəsən
Tanrı da mənim içimdə baş qaldıran istəyi duydu. Necə deyərlər, niyyətim
çin oldu. Çünki...
Həmin
gün Ağcabədidə
həmişəkindən bir
az da
artıq bir işgüzar mühit var idi. Hər tərəfdə
abadlıq işləri
aparılır, havanın
şaxtalı olmasına
baxmayaraq, bu şəhərə hələ
ki, qar dənələri
gəlmib çatmamışdı.
Ona görə də yol kənarlarında işləyən insanlar bu şaxtaya, bu soyuğa məhəl qoymur, öz daxili enerjiləri ilə doğma yurd-yuvalarını
abadlaşdırırdılar. Kənardan müşahidə
edəndə dərhal
görünürdü ki,
divar hörən, palçıq qarışdıran,
səkiyə metlax düzən, damda örtüq mismarlayan və bir sözlə
özünə aid işləri
görən hər kəs bunu sevə-sevə,
zövqlə yerinə
yetirir, onun üzərində kiminsə
nəzarəti yoxdu, kiminsə uca səsi qulağa toxunmur. Deməli, həvəslə, özün üçün
işlədiyin kimi işləməklə bütün
məqsədləri gerçəkləşdirmək
ümmkündür. Necə ki,
bunu ağcabədililər,
bu qədim məkanın sakinləri edirlər.
Mən şəhərin
Beyləqan istiqamətindən
mərkəzə daxil
olanda yolun kənarında çalışan
insanların yanında
bir anlıq dayandım. Heç bir sorğu-sualsız
burda çalışan
dörd-beş nəfərin
gördüyü işi
dəyərləndirmək, onun mahiyyətini anlamaq istədim. Məlum oldu ki, onlar
özlərinə aid olan
köhnə, şəhərin
ümumi mənzərəsini
korlayan obyektlərini söküb onun yerində daha müasir, daha gözəgəlimli, müştərinin
diqqətini çəkə
bilən bir ticarət köşkü
tikirlər. Deməli, bu
tikilən kbşkün
həm xarici görkəmi, həm onun üzərindəki mili ornamentlər göstərirdi ki, indi adamlar təkcə
fərdi yox, həm də ümumi gözəlliyi nəzərə almağa
başlayıblar. Elə Ağcabədinin
gözəlləşməsində, müasirləşməsində də əsas şərtlərdən biri
zənnimcə budur.
Yəni rəngarəngliklə yanaşı,
müasirlik və zövq oxşamaq. Bu prinsip indi
aran Qarabağının
ən gözəl şəhərlərindən biri
olan Ağcabədinin boyun biçilmiş bir göstəricidir, bir nümunədir. Yəni bu etiketdən istifadə etməklə ölkənin digər şəhər və qəsəbələrini də
müaisrləşdirmək, abadlaşdırmaq mümkündür.
Ağcabədidə köhnə dostlarımdan
olan Fitkrət müəllimlə görüşüb
həmsöhbət oluram. Onunla etdiyim
söhbət zamanı
məlum olur ki, bu gün
təkcə rayon mərkəzinin
yox. Eləcə də onun əksər yaşayış
məskənlərinin hamısında
abadlıq xüsusi diqqət mərkəzindədi.
Yəni təkcə tikilən bir obyektin, ucaldılan
bir binanın görkəmi yox, eləcə də çəkilən yolların,
yol kənarı səkilərin, hətta qaz, işıq, telefon xətlərinin özlərinin də səliqəli olması bu gün rayon rəhbərliyi tərəifndən
çox ciddi bir tələb kimi qarşıya qoyulubdu. Bəzən
gözəgəlimli, diqqətçəkən
bir binanın önündən keçəndə
köhnə, rəngi
solmuş və necə gəldi çəkilmiş boruları , əyilmiş işıq,
telefon dirəklərini
görəndə istər-istəməz
təəssüf edirik,
gözəlliyə xələl
gətirildiyini düşünürük.
Ancaq fəxr hissi ilə demək olar ki, bu
gün Ağcabədidə
həmin o təəssüf
doğuran məqamlara
rast gəlmək demək olar ki, mümkün deyil. Bunun da səbəbi
rayonda görülən
işlərə məsul
olan şəxslərin
məsuliyyəti və
onların üzərindəki
tələbkar nəzarətdi.
Qarabağın Ağcabədi adlı bölgəsində son illərdə
görülən ölkə
əhəmiyyətli işlərin
sırasında təbii
ki, təsərrüfat
subyektlərinin iqtisadi
göstəriciləri əsas
yeri tutur. Belə ki,
regionların inkişafına
dair Dövlət Proqramına uyğun olaraq ölkənin digər sahələrində
olduğu kimi, Ağcabədidə də
böyük işlər
görülür və
görülməkdədi. Onların arasında xüsusi yeri olan "Aqata Aqro" MMC-nin xüsusi yeri var. Yəni 3000 (üç
min) başlıq heyvandarlıq
kompleksi olan bu MMC özünün istehsal gücünə yeni iş yeri
baxımından həm
rayon üçün, həm
respublika üçün
önəm kəsb edir.
Heç də təsadüfi deyil ki, dəfələrlə
Ağcabədiyə səfər
etmiş ölkə prezidenti cənab İlham Əliyev burada görülən işləri yüksək
qiymətləndirərək bildirmişdi ki, "ölkənin hər yerində, eləcə də hər bir sahədə böyük kompleks işlər həyata keçirilir. Ancaq Ağcabədidə bu işlər daha yaxşı icra olunur. Bu da onu göstərir ki, burda işlərin bünövrəsi mükəmməl
qoyulub və bu gün də
həmin işlər uğurla davam etdirilir".
Bəli,
könül rahatlığı
ilə bioldirmək olar ki, bu
gün Ağcabədidə
fəaliyyət göstərən,
sutkalıq istehsal gücü 250 ton olan
"Atena" MMC-nin süd məhsulları, həmçminin sutkalıq
istehsal gücü 20
ton olan Ağcabədi
sud emalı zavodunun uğurları bütün ölkəyə
məlumdur. Bu, təkcə həmin məhsulların rkeklamı
ilə bağlı deyil. Bu həm
də həmin məhsulların keyfiyyəti
və onlara olan tələbatla bağlıdır. Təbii ki,
bu məhsulları da Ağcabədidə onun torpağa bağlı insanları araya-ərsəyə gətirirlər.
Həm də Ağcabədidə
kənd təsərrüfatının
digər sahələri
də - taxılçılıq,
əkinçilik, bostan-tərəvəz
məhsullarının istehsalı
və digər kənd təsərrüfatı
məhsulları uğurla
reallaşdırılır. Bir az da dəqiq ifadə
etsək, Ağcabədidə
həm rayon sakinlərinin,
həm də respuğlika əhalisinin süfrəsini bəzəyəcək
məhsulların istehsalı
yüksək səviyyədə
araya-ərsəyə gətirilir
və onların məhsuldarlığı da
zəhmət adamlarını
həmişə razı
salır.
Həqiqətən qısa bir zaman
kəsiyində Ağcabədidə
gəzib gördüklərim,
eşitdiklərim məndə
bu bölgədə insanların işləməsi,
yaşaması üçün
yaradılmış şəraitin
rahatlığına bir
əminlik yaratdı. Üstəlik
də getdikcə genişlənən məhdud
məsuliyyətli cəmiyyətlərin,
o cümlədən "BMS Aqro" MMC-nin imkanlarının genişlənməsi,
burada Holandiya və Fransadan gətirilmiş damazlıq
heyvanların baş sayının və cinsinin artırılıb
genişləndirilməsi, eləcə
də istehsal olunmuş məhsulların
saxlanılması üçün
soyuducu anbarların və digər işlərin real göstəriciləri
bu dediklərimi özü-özlüyündə sübut edirdi. Həmçinin adamların təhsil,
səhiyyə, həmçinin
işıq, qaz problemlərinin də vaxtlı-vaxtında çözülməsi
burda həyatın öz yüksək axarında olduğuna bariz bir nümunə
idi. Elə həmin o hisslərlə
də üzü Bakıya qayıdıram.
Gördüklərim mənə
Ağcabədinin bir Avropa şəhəri olduğunu pıçıldayırdı...
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2015.-28 fevral.-S.4.