Müasirliyin ünvanı - Ağcabədi
"... Kənd təsərrüfatının inkişafı
üçün kreditlər,
gübrələr, əlavə
texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü
təkan verək.
Çünki hər bir bölgədə, hər bir kənddə
yaxşı şərait
olsun, rifah artsın, iş yerləri açılsın
və gözəl abadlıq işləri görülsün".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
(Əvvəli ötən sayımızda)
Adətən istənilən bir yerə qonaq gedəndə insanın diqqətini çəkən
görünənlər, yəni
göz önündə
dayananlar olur. Yəni nəyi
görürsənsə, ona
bir maraqla, bir öyrənmək həvəsi ilə diqqət yetirirsən.
Bax, bu mənada mən Ağcabədidə
demək olar ki, hər dəfə
yeni nəyinsə şahidi oluram və gördüyüm də mənə bir vətəndaş olaraq xoş ovqat yaratmaq imkanı verir. Ən azından ona görə ki, yaradılan şərait, göz oxşayan gözəllik hamı üçündür. Həm ağcabədililər
üçün, həm
də gələn qonaqlar üçündü.
Birincilər ondan hər gün zövq alacaq, ikincilər görüb gözlərində, könüllərində
aparacaqlar - mənim kimi...
Bəli, indi rayon mərkəzini gəzərkən diqqətimi
çəkən yeniliklərdən
biri ağacların
boy sırasını sanki
bir iplə, bir xətkeşlə nizamlamasıdır. Adama elə gəlir
ki, bu ağaclar
özləri də onlara göstərilən qulluqdan bir növ
zövq alırlar, həvəslənirlər. Ona görə də artımları, qol-budaq atmaları eyni səviyyədə baş
verir. Bu da öz növbəsində
ümumi mənzərəni
daha gözəgəlimli
bir duruma gətirir. Üstəlik də şəhərin
əsas küçələri
ilə yanakı tin və dalanlarında da eyni səliqə-səhmanın
olması, işıq
dirəklərinin müasirliyindən
tutmuş əl işlərinin ornamentlərinə
qədər hamısının
bir incəsənət
nümunəsi kimi göz oxşaması məhz dediyim torpağa sevginin bariz nümunəsidir.
Heç də təsadüfi deyil ki, həmsöhbət olduğum hər kəs, xüsusilə də Ağcabədidə
tanış olub ünsiyyət yaratdığım
gənc dostum Xalid müəllimin də vurğuladığı
kimi, bu işlər məhz Ağcabədi üçündü,
ağcabədililər üçündü.
Ona görə də adamlar görülən işdən həm zövq alırlar, həm də bir rahatlıq duyurlar. Xalid müəllim vurğulayır
ki, 15-20 il
bundan öncə Ağcabədidə heç
kim ağlına gətirə bilməzdi ki, rayon mərkəzi bir Avropa şəhərinə
çevriləcək. Buranın işıqlandırma
sistemindən tutmuş
kanalizasiya, su, qaz xətlərinin yüksək səviyyəli
çəkilişlərinə qədər, yol, küçə, səki tikintisinə qədər hər şey bu qədər müasir və həm də rəngarəng olacaqdır.
Təbii
ki, bu rəngarəngliyi
də yaradan bizim hər birimizə həm tövsiyə verən, həm qayğı göstərən, həm
də tələb edən rayon icra hakimiyyətinin başçısı
Şahin Məmmədovdur.
Məhz Şahin müəllimin təşkilatçılığı, işə yaradıcı yanaşması bizlərə
qol-qanad verir. Bizim özümüzün də
fikirlərimizin daxilimizdə
arzu kimi illərlə qalan istəklərimizin ortaya çıxmasında, rayonumuzun
simasında öz əksini tapmasına şərait yaratmış
olur. Tam gəminliklə deyə bilərəm ki, bu gün Ağcabədidə
hər kəs ölkə rəhbərinə,
xüsusilə cənab
prezidentə bizə göstərdiyi qayğı
və diqqətə görə, rayonumuzun inkişafına verdiyi dəstəyə görə
minnətdardır.
Mən demək
olar ki, Ağcabədi şəhərinin
nisbətən arxa küçəsi hesab olunan məhəlləyə
dönürəm. Bir vaxtlar
bu yolla keçib avtovağzala, Ağdam yoluna doğru hərəkət
etmişdim. O vaxtlar
bu küçənin
sıxlığı, yolun
bərbadlığı bir
növü gözdən,
könüldən uzaq
olmağı məndə
heç də xoş olmayan fikirlər oyatmışdı.
İndi isə bu küçəyə
doğru hərəkət
edəndə gözlərimə
inanmadım. Demək olar
ki, küçə sanki genişlənmişdi.
Aparılmış təmir, abadlıq
işləri elə bil yolu çəkib
böyütmüşdü. Dərhal hiss etdim ki, burda yol
işçiləri çox
vicdanla çalışıblar.
Artıq
nə olubsa hamısını ləğv
ediblər, əvəzində
isə gözəl bir prospekt yaranıb.
Prospektin
hərəkət etdiyim
istiqamətinin sol tərəfində
müasir, böyük
əraziyə malik xəstəxana da tikilib. İnanın ki, gecənin
qaranlığında bu
mənzərəni seyr
etmək, bu binanın möhtəşəmliyini
bir daha gözə, könülə
köçürmək insana
daxili bir rahatlıq bəxş edir. Mən də hələ icra hakimiyyəti binası qarşısında,
daha doğrusu, YAP-ın rayon şöbəsinin
binası qarşısında
Rövşən Əhmədovla
söhbət edərkən
onun söylədiklərinin
həm canlı şahidi kimi, həm də bir qonaq nəzərləri
ilə seyr edən insan kimi bütün bunlardan çox məmnun oldum. Elə xəstəxananın girişinin
qarşısında qarşılaşdığım,
özünü rayonun
Avşar kəndinin sakini kimi təqdim
edən Məmməd kişidən öyrəndim
ki, bu xəstəxana
onların həm də ümid yeridi. Məmməd kişi bildirdi
ki, əvvəlki xəstəxanamız çox
basırıq bir binada yerləşirdi. Şükür Allaha ki, indi çox gözəl xəstəxanamız
var. Həkimlərimiz də
hamısı savadlıdı.
İndi Bakıya, Şəkiyə,
Gəncəyə getməyə
ehtiyac yoxdur. Burda adamı sağaldıb yola salırlar, çıxıb
gedir evinəg
Məmməd kişinin söylədiklərini
xəstəxananın həyətində
həmsöhbət olduğum
digər xəstələr
və xəstə sahibləri də təkrar etdilər. Onlar bildirdilər
ki, binanın özü də yaraşıqlıdı, həyəti
də genişdi, burda insanlara qayğı göstərən
həkimlər də çox mehribandılar.
Hətta orta yaşlı bir xanım vurğuladı ki, ::::doktorların hamısı
özümüzünkülərdi. Hamısının qadasını alım.
Baxırlar, dərdimizi
deyib dərmanımızı
da yazırlar::::.
Həqiqətən də bölgələrdə
yaşayan insanların
mentalitetimizə uyğun
xoş rəftarı,
məsələyə yanaşma
mədəniyyəti var. Elə
Ağcabədidə də
şahidi oldum ki, rayon sakinləri öz bölgələrini
sevdikləri kimi, onun yaxşı, uğurlu göstəricilərini
də sevməyi,
təqdim etməyi böyük ürəklə
bacarırlar. Yəni bu
adamlar içlərində
ancaq sevgi, alqış daşıyırlar.
Ona görə Allah da onları həmişə
böyük lütflə
qiymətləndirir. Mən bunu
təsadüfi demirəm.
Çünki məhz adamların
ən narahat yerlərindən biri olan sağlamlıq məsələsi ilə bağlı xəstəxana
həyətində qarşılaşdığım
hər kəs ölkə prezidentinə və rayon rəhbərliyinə
alqış edirdi.
Onlar vurğulayırdılar ki,
biz yaradılmış şəraitə
görə prezidentimizə
və rayonumuzun rəhbərinə düaçıyıq.
Ağcabədidə olduğum zaman kəsiyində mənim qarşılaşdığım hər bir məqama
yerli sakinlərin özəl münasibətini
öyrəndikcə içimdə
bir rahatlıq da yaşayırdım. Necə deyərlər,
bölgənin uğurlarını
mətbuata çıxaran
bir qələm adamı kimi daxilən rahat olurdum. Çünki mənim qonaq
gözü ilə seyr edib gördüklərimi,
onların fikirləri,
münasibətləri daha
da möhkəmləndirib,
daha da cilalayırdı.
Bu da mənə
hər kəsə daha böyük həvəslə, ehtiramla
yanaşmağa stimul verirdi. Elə həmsöhbət olduğum Hacı Mirələm də məhz mənim düşündüklərimi bir
növü özünün
təqdimatında mənə
çatdırdı.
(Ardı var)
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 7 iyul.- S. 3.