TURAL BALABƏYLİNİN SEVGİ ŞEİRLƏRİ

 

Gənc şair, hal-hazırda Azərbaycan ordusu sıralarında xidmət edən Tural Balabəylinin ilk şeirlər kitabı- "Bütün kişiləri mən biləcəksən" - çapdan çıxıb. Kitabın lap arxa səhifəsində Xaln şairi, unudulmaz Vaqif Səmədoğlunun, yazarlardan Aqşin Yeniseyin və Əsəd Qaraqalpanın Turalın şeirləri haqqında təəssüratları ifadə olunub. Vaqif Səmədoğlu yazır: "Tural Balabəyli ədəbiyyatda son beşik nəvəmdir. Nəvəmlə ilk tanışlığım sosial şəbəkə olan "Facebook"da oldu. Bir şeir paylaşmışdı. Şeiri oxuduqdan sonra tənqid etməyə başladım. Bilirdim ki, tənqidlərim nəvəmin xoşuna gəlmir. Şeirin əlifbasını öyrətməyə başladım. Düşünəcəksiniz ki, öyrəndimi? ÖyrəndigVə siz oxucularla görüşməyə gəlib". Aqşin Yenisey isə yazır: "Turalda həqiqətən ədəbiyyat yanğısı varbu yanğını söndürmək üçün o, qələmindən gələni eləyir. Bir ühünə baxanda şair elə "yanğınsöndürəndir". Şair, "suyun" bol olsun!".

Bu kitabda Turalın bir neçə şeiri istisna olunmaqla hamısı sevgidəndir. Yaşı təzəcə iyirmini keçmiş bir gəncin sevgi şeirləri yazması çox təbiidir və mənim üçün maraqlı odur ki, bu şeirlər yaşanılan, duyulan hisslərin, duyğuların közərtisidir. Bu çağda sevgi münasibətləri zamana, çağa görə fərqli xüsusiyyətləri ilə diqqəti cəlb edir, amma o hisslər ki, əbədidir, o hisslər ki, insanı, xüsusilə, bu dünyaya sevgi gözü ilə baxan gəncləri yaşamağa, mənən güclü olmağa səsləyir, onda bu hissləri qiymətli bir sərvət kimi qorumaq gərək.

Sevgidə həsrət də var, sevinc də. Turalın sevgi şeirləri həsrətdən yoğrulub. Mən bu şeirlərə uğursuz bir sevgi yaşantıları kimi baxmıram. Əgər o hisslər yaşanılıbsa, ürəkdə həyəcan doğurubsa və sən o ayrılığı, o həsrəti varlığında daşımısansa, ona uğursuz demək yanlışdır.

 

Sən varsan,

çox uzaqda.

Cəmi iki addımlığımda.

Sən yoxsan,

Çox yaxında.

Xəyallarımın

üfüqündə,

göylə yerin

birləşdiyi yerdə.

 

Hər şeirdə həsrətin, ayrılığın bir çaları görsənir. Bunları belə adlandırmaq istərdik: HƏSRƏTİN SONSUZLUĞU. Yəni lirik qəhrəman Füzulinin təsvir etdiyi Aşiq kimi həsrətin bitmədiyini arzulayır. "Dünən də beləydi, bu gününi sənə olan həsrətini yaşayırdımgYastığımın da həsrət qaldığı sənə toxuna bilmirəm. Mən sənə əski əlifba ilə yazılmış məktubam, oxuna bilmirəm". Ayrılıq, həsrət sevən adamın etiraflarını dilə gətirir. SEVGİ ETİRAFI məhəbbətin təsdiqi, sevən adamın özünü dərk etməsidir.

 

Mən səni sevirəm...

Bəlkə də artıq

sərhədləri keçmisən...

Qəlbimizi ayıran sərhədləri.

Yadında saxla!

Səni artıq insanlar arasında

axtarmıram.

Məgər sən

milyonların

arasındasan?

Sən

Məndəsən...

 

Həsrət, ayrılıq TƏNHALIQ gətirir. Sevən adamın tənhalığı dünyadan küsmək, hər şeydən əlini üzmək deyil. Əli Kərim bir şeirində yazırdı ki: "Tənhalıq boşluq deyil-Səni gözləyən varsag Gözləyənin yoxdursa,- Tənhalığın da yoxdur. ..Tənhalıq istəyirəm- Böyük, dərin, dolu tənhalıq!". Balabəyli tənhalığı sevir: "Tənhalıq məni çox sevir, elə mən tənhalığı. Çünki mən səni çox sevirəm, sənsə tənhalığı miras qoymusan". SƏNSİZLİK demək? Bu da sevən üçün dözülməzlikgSevən adam günəşin təmənnasız mərhəmətini istəyər, yağışın mülayim nəvazişini.O, bütün sonlara öyrəşər, amma sənsizliyə öyrəşmək istəməz.

Tural Balabəylinin bu sevgi şeirlərini bir qəmli nağıla da bənzətmək olar. Sonda bir etiraf gəlir: "Bu eşq deyil bir döyüş idi yaşadığım. Özümlə döyüşdüm mən.. Özümə məğlub oldum sonunda". Amma əslində, heç bitmir. Çünki:

 

həyat davam edir.

Çiçəklər həmişə açar,

günəş,

ay həmişəki kimi

yenidən doğar.

 

Turalın şeirlərində irad tuta biləcəyim məqamlar da var. Tural sevən bir ürəyin çırpıntılarını qələmə alır, amma yaxşı olar ki, şeirlərində obrazlılığa, fikrin poetik ifadəsinə bir az da diqqəti artırsın. Şeirlərinin stilistik səliqəsinə diqqət yetirsin. Misraları söz-söz düzməsin, iki+-üç, üç-dörd sözü bir misrada yerləşdirsin, belə nataraz, uzun şeirlərə ehtiyac? Ğəzi şeirə girə bilməyən, adi danışıqda işlənən sözləri işlətməsin.

Tural Balabəylinin Nazim Hikmətə həsr etdiyi essesini, Rafiq Tağıdan söz açdığı məqaləsini, Salam Sarvanla apardığı ədəbi söhbəti oxudum. Deyim ki, Nazim Hikmətə həsr etdiyi essesində bir sıra maraqlı fikirlər, oricinal təsir bağışlayan cümlələr, ifadələr olsa da, Tural Balabəylinin Nazim Hikmət fenosenini açmağa gücü çatmayığ. Həm ona xatırladım ki, esse canrında curnalistlik eləmək heç yerinə düşmür. "Rafiq Tağı-həmişə gənc yazar ipək kimi oğul"yazısını da məqalə kimi yox, xatirə kimi oxudum. Çünki bu yazıda Azərbaycan nəsrinin son dərəcə istedadlı bir nümayəndəsi Rafiq Tağının yaradıcılığı təhlil edilmir, sadəcə olaraq ona dərin rəğbətdən, ehtiramdan söz açılır. Tural yazır: "Mən Rafiq tağı ilə dost deyildim, mən onunla dost ola bilmədim, buna vaxt çatmadı. Mən ona "Rafiq əmi" dedim, o isə mənə eləcə "Tural bala" dedi. Mən onda özümə qarşı bir doğmalıq, saf bir münasibət, yol göstərən qayğıkeş, heç vaxt "MƏN" deyib özündən danışmayan BÖYÜK ADAMIN obrazını görürdüm bu, həqiqətən belə idi". Xatirə yazıda Turalın nənəsinin Rafiq Tağıya "ipək kimi bala", "savadlı doxtur" deməsi, ölümündən sonra hayfıslanması da təsirlidir.

Salam Sarvanla ədəbi söhbət Turalın curnalistlik fəaliyyətində uğurlu bir addımdır. Hiss olunur ki, bu yazı Salam Sarvan kimi istedadlı bir şairi yetərincə duymaqdan yaranıb. Turalın sualları düşündürücüdür. Salam da əsl ədəbiyyat adamı kimi bu suallara dəqiq cavablar verir bir balaca yazıda Salam Sarvanın ədəbi düşüncə ərazisinə daxil ola bilirik.

Mən Tural Balabəyliyə yaradıcılıq yollarında daha inamlı olmağı arzulayıram. İndilikdə onun addımları titrəkdir. Bilsin ki, bu ədəbiyyat aləmidir, yalnız irəliyə getmək, axtarışlar, axtarışlar, axtarışlar aparmaq lazım...

 

 

Vaqif Yusifli

 

Ədalət.- 2015.- 7 iyul.- S. 3.