Elçin Quliyev «Sərhədçi»nin
idmançıları ilə görüşüb
Dünən Dövlət Sərhəd Xidmətinin Aparatında «Sərhədçi» idman olimpiya mərkəzinin idmançıları və məşqçilərlə görüş keçirilib.
DSX-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, görüşdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Birinci Avropa Oyunlarının böyük uğurla keçirilməsinin dövlətimizin beynəlxalq nüfuzunun güclənməsi, ölkədə idmanın inkişafı üçün ciddi əhəmiyyət kəsb etməsini qeyd edərək qazanılmış möhtəşəm qələbələr münasibətilə idmançıları təbrik edib.
Prezident İlham Əliyevin ailə
üzvləri ilə birgə yarışlara gələrək
idmançılarımıza dəstək verməsinin, qalib gəlmiş idmançılara
medalları şəxsən təqdim etməsinin böyük ruh yüksəkliyi
və əzmkarlıqla qarşılanması xüsusi
qeyd olunub.
Sərhədçi
idmançıların gələcək yarışlara
hazırlıq və uğurlu iştirak məsələlərinə
həsr olunmuş görüşdə «Sərhədçi»
idman olimpiya mərkəzinin məsul vəzifəli şəxslərinin
məruzələri dinlənilmiş, 2009-cu ildə Prezident
İlham Əliyevin açılışını etdiyi «Sərhədçi»
idman olimpiya mərkəzinin bu illər ərzində paytaxt
sakinlərinin, xüsusən də gənclərin sevimli idman
ocağına çevrilməsi, mərkəzdə 17 mindən
artıq idman həvəskarının məşq etməsi, mərkəzin
idmançılarının dünya və Avropa birinciliklərində,
beynəlxalq və respublika turnirlərində 375 qızıl,
270 gümüş, 404 bürünc medal qazanmaları və
bu göstəricilərin ildən-ilə artım dinamikası
müsbət nailiyyət kimi qeyd olunub.
Görüş zamanı Birinci Avropa
Oyunlarında və digər mötəbər beynəlxalq
yarışlarda qalibiyyət qazanmış sərhədçilərə
medallar, ilkin və
növbəti hərbi rütbələr təqdim olunmuş, idmançılara hərtərəfli
şəraitin yaradılması və zəruri dəstəyin
göstərilməsi barədə müvafiq
tapşırıqlar verilib.
Ədalət.- 2015.- 8 iyul.- S. 4.