ÜMUMTƏHSİL
SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ
(mövzu
əsasında XXVII yazı)
"... Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır, heç kimdə şübhə doğurmur. Azərbaycan hətta dünyanı bürümüş böhran illərində də öz inkişafını təmin etmişdir, inamla irəliyə getmişdir, insanların rifah halı yaxşılaşır, iqtisadiyyat artır. İqtisadiyyatın bütün sektorları inkişafdadır. Şaxələndirmə siyasəti öz nəticəsini verməkdədir. Beləliklə, uğurlu inkişaf üçün bütün imkanlar vardır. Sadəcə olaraq gələn illərdə də biz bu ardıcıl siyasəti aparmalıyıq".
Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev
Ölkə rəhbərliyinin
qayğısı və insan amili
Müstəqil Azərbaycanın tarixinə şərəflim səhifiə kimi yazılan XXI yüzilliyin ötüb keçən illərinə nəzər salarkən yaddaşımızda ölkədə uğurla həyata keçirilən güclü iqtisadi sosial, mədəni tərəqqinin əzəmətli mənzərəsi canlanır. Bütün bu sahələrdə baş verən bu dinamik inkişafın mənbəyində ulu Öndər Heydər Əliyev tərəfindən düşünülmüş siyasət əsasında Prezident İlham Əliyev cənablarının uğurla davam etdirdiyi genişmiqyaslı islahat tədbirləri dayanır.
Məqsədyönlü iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində Azərbaycan bölgənin müqayisəsiz qüvvətli dövlətinə çevrilib. İnkişafın innovasiya mərhələsinə keçilməsi, rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması və inkişaf dinamikasının sürətləndirilməsi başlıca olaraq insan kapitalı ilə bağlı bir çox məsələlərin öz həllini tapmasını, o cümlədən təhsilin dünya standartlarına cavab verməsini tələb edir. Prezident İlham Əliyevin "neftdən əldə edilən kapitalın insan kapitalının inkişafına yönəldilməlidir" konsepsiyası təhsil işçilərinin qarşısına yeni və olduqca mühüm vəzifələr qoyur.
Heydər
Əliyev Fondunun təhsilimizin
inkişafında müstəsna rolu
Azərbaycan təhsilin inkişafı, müasirləşməsi ayrıca olaraq Heydər Əliyev Fondunun ciddi yanaşdığı strateji məsələdir. Heydər Əliyev Fondu ən geniş layihələrini təhsil sahəsində reallaşdıraraq xalqımıza böyük töhfələr verməkdədir. İndiyədək Fondun təşəbbüsü ilə 325-dən çox müasir tipli təhsil müəssisəsi tiklilərək istifadəyə verilmişdir. Əbəs yerə deyil ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti məsələyə münsibət bildirərkən hər zaman Azərbaycan üçün təhsilin inkişafının prioritet sahə olduğunu diqqətə çatdırır.
Qəbul olunmuş üçüncü Dövlət Proqramı yenə də bütün sahlərdə olduğu kimi, təhsilimizin də inkişafında, şübhəsiz mühüm rol oynayır. Bu istiqamətin başlanğıcından götürülən istiqamət qeyd etdiyimiz kimi göz önündə, yeni bir mərhələdədir. Elə bu baxımdan da Azərbaycan Respublikasının Təhsil Qanunu təhsil işçiləri qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək kimi vəzifələr qoymuşdur. Məhz bu səbəbdən də Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir" - fikri təhsilin dövlət siyasətinin mərkəzi subyekti olduğunu sübut edir. Respublikamızda geniş vüsət almış yeni məktəblərin, uşaq bağçalarının tikintisi, təhsil müəssisələrinin əsaslı təmiri, onların müasir avadanlıqlarla, informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, yeni dərsliklərin - tədris vəsaitlərinin çap edilərək pulsuz şagirdlərə çatdırılması, yeni təlim texnologiyalarının tətbiqi, pedoqoji kadr hazırlığı və s . bu kimi tədbirlər milli təhsilimizin möhkəm təməllər, elmi proqramlar əsasında qurulduğundan və düzgün inkişaf etdirildiyindən xəbər verir.
Bütün bu mühüm məsələlər Göyçay rayonunda da təhsil sistemində aparıcı istiqamət olaraq həyata keçirilməkdədir. Rayon rəhbərliyinin təhsilə münasibəti, müntəzəm qayğı və diqqəti xüsusi qeyd olunmalıdır.
Göyçayda təhsilə xüsusi
yanaşma
Göyçay Rayon Təhsil Şöbəsinə hələ gənc yaşlarından rayonda hörmət və nüfuza malik olan Rəşad Məmmədov rəhbərlik edir. Özünəməxsus işgüzarlığı onu həmişə uğurlara ruhlandırmaqla müasir təhsil sisteminin də incəliklərinə yaxşı bələd olduğunu diqqətə çəkir. R.Məmmədovla söhbətimiz zamanı biz onun sistemləşdirilmiş məlumatları vasitəsilə rayonun təhsil sistemindəki vacib məlumtları bir daha sərf-nəzər edə bildik.
Göyçay Rayon Təhsil Şöbəsinin müdiri R.Məmmədov:
- 2014-2015-ci tədris ili bütünlükdə fənn kurikulumarının 7-ci ili vəzifələrinin icrasına yönəlmişdir. Dərs ilini vəzifələri rayon Təhsil Şurası iclasında müzakirə oluranarş il üçün fəaliyyət planı hazırlanmış və vəziflərə bu plana uyğun oalar q həyata keçirilməyə başlanılmışdır. 2014-2015-ci tədris ilində Göyçay rayonu üzrə 57 ümumtəhsil məktəbi, o cümlədən 40 tam orta, 13 ümumi orta və 4 ibtidai məktəb, həmçinin 5 məktəbdən kənar tərbiyə müəssisəsi - o cümlədən UGİM, Şahmat UGİM, ETTM, TUM və UYM fəaliyyət göstərmişdir.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.- 2015.- 9 iyul.- S. 3.