"KƏLBƏCƏR, AĞRILI
DÜNYAMDI MƏNİM"
Yusif Hüseynə kitabı ilə
bağlı oxucu məktubu
Xeyli vaxtdır ki, yazı masamın üstündə bir kitab var. Onu mənə dəyərli qələm dostum Məhəmməd Nərimanoğlu çatdırıb. Çatdırıb deyəndə ki, o da bir eloğlusunun arzusunu yerinə yetirib. Mən də həmin o kitabı qəbul etdiyim gündən aradabir onu əlimə götürüb üz qabığındakı mənzərəyə tamaşa edirəm. Fikir, xəyal məni girovluqda olan, həsrətiylə ömrümüzü baltalayan yerlərə, illərə, günlərə aapırır. O illərə, o günlərə ki, onda şəxsən mənim dünyam cənnət idi və şəxsən mən o cənnətdə olduğumdan xəbərsiz olmuşam. Elə ona görə də indii min qat, yüz qat artıq göynəyirəm. Çıtır-çıtır yandığım anlarda köməyimə xatirələr, o yerlər sevənlər, o yerləri görənlər və bir də ilahi söz gəlib çatır. Əslində bunlar heç də kömək deyil. Tam səmimiyyətimlə deyim ki, sadəcə bunlar odun üstünə yağ damızdıranlardı. Amma bu yağı elə damızdırırlar ki, ağrıdan bihuş olmursan, ağrınla yaşayırsan. Bax, bu mənada indii sizə təqdim etmək istdəiyim kitab da mənim həsrətimə, ağrıma, acıma damızdırılan yağdıg
Kitabın müəllifi özünü oxuculara belə təqdim edir.
İllərdi
elimlə birgə köçkünəm,
Dərd imakn verdimi, danışam,
dinəm?!
Kəlbəcər
- Kərbəlam, Məkkəm, Mədinəm,
Dəlidağ -
müqəddəs Mina dağımdı.
Zənnimcə, bu təqdimat artıq söhbətin kimdən. Ahrdan getdiyini oxucuya pıçıldayır. Mən isə öz növbəmdə təkrar olsa da deyim: Yusif Hüseyn Kəlbəcər nisgilli , Kəlbəcər ağrısıyla yaşayan və sözünün də, yuxusunun da qəhrəmanı Kəlbəcər olan bir ziyalı, bir qələm adamı, bir şari, bir publisistdi. Onun mənə göndərdiyi kitabının rəyçisi Azərbaycan oxucusunun yaxşı tanıdığı şair Adil Cəmil və filolgiya üzrə fəlsəfə doktoru İlham Məmmədlidi.
Kitabı vərəqlədikcə məni duyğulandıran iki məqam xüsusilə çox həssaslıqla seçilir. Yəni kitabdakı bütün şəkillər demək olar ki, kəlbəcərli günlərin, kəlbəcərli anların və bir elə Kəlbəcərin özünün görüntüləri, mənzərələri, fotolarıdı. Şair Yusif Hüseyn özünün hər misrasının, hər şeirininbəzəyi kimi, təqdimatı kimi seçdiyi bu şəkillərlə fikrini daha da qüvvətləndirib, oxucuya daha da yaxınlaşıbdı. Xüsusilə bayatı üslubunda yazdığı misralarda bu fikirlər daha çox qəlbə, düşüncəyə təsir edir. Məsələn:
Əzizim
dadım sənnən,
Harayaım,
dadım sənnən.
Qoy dünyanın dadını,
Doyunca dadım sənnən.
Və yaxud:
Bu bəxtin dərdi nədi?!
Gün ağla dərdinə
di.
Bu bağdan yelmi əsdi,
Yad əlmi dərdi, nə di?!
Mənə elə gəlir kei, bu bayatılar özü-özlüyündə işğal altında olan hər daşın, hər ağacın, hər kolun əl nöqtə boyda torpaq parçasının kimə məxsus olduğunu və kimin həmin o saydıqları ünvanlar üçün göynədiyini mübağiləsiz təsdiq edir. Burada şair sözü çılpaqlığı ilə gekrçəkliyi oxucu qarşısında sərgiləyir. Ona görə də şair yazır:
Zaman-zaman qövr eləyən
yaramdı.
Özümdə
ağlayır, Kəlbəcər mənim.
O dağlarsız
dünya mənə haramdı,
Gözümdə
ağlayır Kəlbəcər mənim.
Möhürbənddi,
həkk olunub adımda,
Qan ağlayır yaddaşımda,
yadımda.
Yusif adlı ocağımda, odumda-
Közümdə
ağlayır Kəlbəcər mənim.
Mən Yusif Hüseynin kitabını oxuduqca aşıq poeziyamızın bulağının gözündən su içmiş, onu canına-qanına hopdurmuş müəllifin sözlə işləmək məharətinə, sözü səmimi demək məharətinə də heyran qaldım. Gördüm ki, onun hər bir misrasının arxasında folklordan, Dədə Ələsgərdən, aşıq Şəmşirdən gələn və bugünkü böyük sözlə qovuşmağı bacaran kifayət qədər maraqlı deyimlər, misralar, şeirlər var. Təbii ki, dağı da, daşı da, meşəni də, bulağı da döyüşçü sayan, şəhid bilən şairin bu cür düşünməsi və bu cür də fikirlərini ifadə etməsi onun da həm də söz qarşısındakı məsuliyyətindən xəbər verir. Açıq-aydın görünür ki, Yusif Hüseyn sözü öldürmür, əksinə, onu dirildir. Ona görə də yazır:
Ay Yusif, inamdı,
məni yaşadan,
Qələm də
götürən, daş da
daşıdan.
Hər günün qayğısı - yüz qardaş
Hər günün çörəyi - ölümdən
keçir.
Bəli, mən böyük həvəslə oxuduğum və Kəlbəcərdən keçən günlərimi mənə yenidən xatırladan və bütövlükdə məni həsrətini çəkdiyim yerlərə qaytaran kitaba görə Yusif Hüseynə təşəkkür edir və ona yeni yaradıcılıq uğurları arzulamaqla Kəlbəcərdə görüşərik! - deyirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 9 iyul.- S. 4.