"Çirkin
sima" hesab olunan məşhur aktrisa Janna Moro...
Qadağan olunan arzu...
Janna Moro 23 yanvar 1928-ci ildə Parisdə dünyaya gəlib. Hələ erkən
yaşlarından rastlaşdığı
ikinci dünya müharibəsinin fəsadları
onun ailəsindən də yan keçməyib.
II dünya müharibəsinin
başlanması Jannanın
uşaqlıq illərinə
düşdüyü üçün
o, özünü hər
zaman müharibə uşağı adlandırıb.
Müharibənin başlanmasıyla atasının müflisləşməsi,
ingiis qanı daşıdığı üçün
anasının həbs
olunması bir dövrə təsadüf
edib.
Hitlerçilərin Fransaya soxulması, kədərli və ac uşaqlıq dostları, qara bazar, küçələrdəki
fahişəlik, alman əsgərləri, qəzəb
və qorxu Jannanın uşaqlıq illərində ən çox rastlaşdığı
məqamalar olub.
Özünün artistlik istedadına güvənən Jannanın
teatra və kinoya olan həvəsi
bir zamanlar "Folli Berjer" müzik-xollunda balerina olmuş anasından qaynaqlanır. Səhnədən ərinin təkidi
ilə ayrılmağa
məcbur olan ana qızının bu sənəti davam etdirəcəyinə
böyük ümidlər
bəsləsə də,
Jannanın atası qızının balerina və ya aktrisa
olmaq arzusunu eşitmək belə istəmir. Və bu haqda danışmağı Jannaya
qadağan edir.
Lakin teatr sənətinə olan həvəsi onu on beş
yaşında Deni İnesanın yaratdığı
aktyroluq kurslarına gedib məşqləri və tamaşaları izləməyə məcbur
edirdi. Daha sonra o, konservatoriyanın
dramatik incəsənət
fakültəsinə daxil
olur. Janna ilk dəfə səhnəyə
"Antiqon" tamaşasında
ifa edəcəyi Anuya rolu ilə
çıxır.
Dəbdə sarışınlardı...
On doqquz yaşlı Janna tələbəlik dövründə
Fransanın ən görkəmli teatr rejissorlarından biri olan Jan Vilar ilə tanış
oldu. Həmin ərəfədə Jan Vilar sonralar məşhurlaşacaq Avinyon
teatr festivalını
yenicə ərsəyə
gətirmişdi. O, festivalın
açılışı üçün nəzərdə
tutulmuş "Günorta
terrası" tamaşasındakı
baş rollardan birini Jannaya həvalə edir. Rejissorun aktrisaya olan ümidi özünü doğruldur. Jannanın ifa
etdiyi rol o qədər böyük uğur qazanır ki, əsası XIV Lüdoviq tərəfindən
hələ 1680-ci ildə
qoyulmuş "Komedi Fransez" teatrının
rəhbərliyi Jannanı
fəaliyyət göstərmək
üçün öz
teatrına dəvət
edir.
Qızının aktrisa olmasını bir ildən sonra xəbər tutan ata da
məhz Jannanın Komedi Fransez teatrında fəaliyyətini
öyrəndikdən sonra
onunla barışırb
susmalı olur.
Həm də
"Molyerin evi" adlandırılan məşhur
teatrda Jannanın ilk rolu Jan Meyerin quruluşunda hazırlanan İvan Turgenevin "Kənddə ay" pyesindəki
Nataşa rolu olur. Teatrın üçüncü
mövsümünün aşılışında
Janna artıq həmin
teatrda xeyli məşhur sənət adamları ilə tanış olur. Gənc aktrisa teatrda işlədiyi dörd il ərzində
çoxlu təcrübə
qazanır və xeyli klassik rolların
ifaçısı olur.
Teatr sahəsində
aktrisanın işləri
uğurlu getsə də, kinoya keçid onun üçün nisbətən
çətin oldu. Çünki, onun kinoya gəlişi
elə bir vaxta təsadüf edirdi ki, həmin
ərəfədə "teatr
aktyorlarının filmə
çəkilməsi zərərlidir"
kimi fikirlər geniş yayılmış
və möhkəmlənmişdi.
Filmlər və rollar
həmin dövrlərdə
meydana çıxan yeni tipajlar üçün
nəzərdə tutulub
hazırlanırdı. Dəbdə isə sarışınlar
idi.
Jannanın debüt rolu 1953-cü ildə Jak Bekkerin
"Əldə edilənə
toxunmayın" filmindəki
Jüzi obrazı olur. Həmin filmdə o, əfsanəvi
Jan Qabenlə tərəf
müqabili olur. Elə həmin ili aktrisa
Mark Alleqrenin "Cülyetta"
komediya filminə çəkilir.
Lui Malın filmləri və məhəbbəti...
Ondan çox
filmə çəkilən
aktrisa Fransada yaranan "yeni dalğa" cərəyanınlın
rejiissorlarının da
diqqətini cəlb edir. 1957-ci ilin yazında Lui Mal Jannanı izlədiyi tamaşaların birində
görüb bəyənir
və onu özünün çəkəcəyi
"Lift eşafotda" filminin
danışıqlarına dəvət
edir. Janna həmin
günləri Lui Malın ona söylədiyi sözləri
belə xatırlayır:
"Janna siz məşhur
aktrisasınız. Ancaq təəssüf
ki, işbilməz, şöhrəti olmayan və pulsuz adamlarla işləyirsiniz."
Jannanın valehedici gözlərindən
saçan sirli təbəssümün arxasında
isə hər şeyi bilməyə can atan, gözəl, işvəkar bir aktrisa vardı.
O, Lui Malın sınaq çəkilişlərində
iştirak edərək
onun fəaliyyətini
yaxından izləyir.
Sınaq
çəkilişlərindən sonra operatorlar Mala məsləhət görürlər
ki, Jannaya görə öz kinokaryerasını korlamasın.
Məsələ burasındaydı ki, Janna fotogenik deyildi. Hətta çoxları onu
"çirkin sima"
hesab edərək filmə çəkilmək
üçün yararlı
hesab etmirdilər.
Onun siması üzərində
hədsiz incəliklə
və xeyli müddət işləmək,
qrimləmək lazım
gəlirdi. Yalnız bu
zaman Janna birdən-birə
dəyişilə bilirdi.
Lakin, aktrisaya
olan inam həm də sevgi Lui Mala əsas verir ki, Jannanı öz filmində görsün. Janna isə
öz növbəsində
Lui ilə birgə işləmək
üçün Stenli
Kubrikin çəkəcəyi
"Spartak" filmindən
imtina edir. Elə həmin filmdən sonra Lui ilə
Jannanın arasında
böyük bir məhəbət başlayır.
Sonralar
Janna müsahibələrinin birində deyirdi: "Lui Malla mənim
sevgim dərin və valehedici idi. Hərçənd ki, rejissorlarla
aktrisalar arasında çox zaman məftunedici münasibətlər,
əlaqələr mövcud
olur. Çünki rejissor film üzərində
işləyən zaman
tez-tez müxtəlif obrazların sayrışan
baxışlarını görür.
Bunun üçün də rejissorla aktrisa arasında əlaqə o qədər güclü olmalıdır ki, rejissor ondan istədiyini əldə edə bilsin."
"Lift eşafotda" filmindən sonra aktrisa Lui Malın
daha üç filminə də çəkilir. "Sevgili",
"Fırlanan qığılcım",
"Viva Mariya" filmləri
Jannanı Fransanın
ən məşhur aktrisasına çevirir.
Daha sonra aktrisa digər tanınmış rejissor Fransua Trüffonun "Jül və Cim" filminə dəvət alır. Həmin filmdəki
rolu Jannanın ən parlaq obrazlarından biri hesab olunur. Film Kannda mükafata layiq görülür.
50-ci illərin sonlarından
başlayaraq Janna Fransa
kinomatoqrafiyasının azad
simvoluna çevrilir. Klod Şarbol, Fransua Trüffo, Jan Lyuk Qodar, Mikelancelo Antonioni,
Orson Ueles kimi rejissorlarla işləyən
Janna artıq təklif
olunan rollar üzərində seçim
etməyə haqqı
çatan aktrisa olur. Deyilənə görə Lukino
Viskonti Jannanya "Rokki və onun
qardaşları" filminə
çəkilməyi təklif
etsə də Janna bu roldan imtina
edib.
Bir çoxlarının onu
"yeni Qreta Qarbo", "Betti Devisin layiqli davamçısı" kimi
adlandırmalarına aktrisa
həmişə istehza
ilə yanaşıb.
Hollivuddakı illər...
70 ci illərin ortalarında Janna bir müddət yazıçı
Henritta Yelinekle birlkdə Beverli-Xilz şəhərində yaşamağa
başlayır. Hollivud aktrisaya öz
qapılarını açmışdı.
Həmin
ərəfədə Yelinek
rejissor kimi özünü ikinci filmində sınamaq istəyirdi. 1979-cu ildə lentə alınan "Yeniyetmə qız filmi"ndəki rolu Janna Moroya böyük uğur qazandı. Daha sonra o, Elis Kazanın
"Sonuncu maqnat" filminə çəkilir.
"Brodvey" səhnəsində bir neçə tamaşada rol alır. Elə həmin ərəfədə Janna məşhur
Hollivud rejissoru Uilyam Fridkinlə tanış olur. Daha sonra bu tanışlıq evliliklə
nəticələnir. O, bir müddət film sahəsindən kənar durur.
Aktrisanı yaxın ətrafı onu həmişə təvözokar insan olduğu üçün
daha çox sevdiklərini bildiriblər. Bir çox
məşhur və novator rejisorlarla işləyən aktrisa heç vaxt rolları haqqında öyünməyib. Filmlərinin bütün zəhmət və uğurlarını
rejissorların adı
ilə bağlayıb.
Fridkindən ayrıldıqdan sonra Janna
yenidən Fransaya qayıdır. 1999-cu ildə
aktrisa sovet rejissoru Rüstəm Həmdətovun ekranlaşdırdığı
"Anna Karamazoff" filminə
çəkilir.
Aktrisa iki dəfə Kann film festivalında ən yaxşı qadın aktrisa roluna görə mükafat alıb. Bu baxımdan "Cül və Cim" və "Moderato Kantabil" filmi onun ən uğurlu
filmləridi. Bununlarla
yanaşı aktrisa bir neçə dəfə "Sezar" mükafatına və uzun illik yaradıcılıq
fəaliyyətinə görə
"Hörmətli oskar"a layiq görülür.
Aktrisa heç bir zaman estetik əməliyyat etdirməyib. O. Yaşlansa belə özünü həmişə şarmlı və gözəl hesab edərək deyib: Yaş insanı təhlükəli sevgidən xilas etmir. Amma sevgi isə sizi təhlükəli qocalıqdan xilas etmək gücündədir.
Janna Moro hal-hazırda 87 yaşındadı. O, Parisdə birinci nikahından olan oğlu ilə birlikdə yaşayır.
Ədalət.- 2015.- 9 iyul.- S. 4.