NƏVAİ METİN

 

 

Ay maşınçı, ay qatarçı,

ay adam,

Bu şəhərə siz doğmasız,

mən yadam.

Burax gedim ay gözəlim,

ay qadam,

Mən Bakıya oxumağa

gəlmişdim.

 

Akif Səməd

 

Mən Bakıya oxumağa gedirdim. Çəlimsiz, arıq, balaca boy uşaq idim. Dünyanın ən böyük cayı Kürü, ən böyük şəhəri Qazağı, ən gözəl mənzərəli məkanı Qarayazı meşələrini, ən doğma evi "Meyvə tingçilik" sovxozundakı iki otaqlı evimizi sanırdım. Bu sovxoza Niyazın sovxozu da deyirdilər. Uzun illər sovxoza rəhbərlik etmiş Niyaz kişi qılınc kimi bir adam idi. "Tütək səsi" filmindəki Qılınc Qurban, Niyaz kişinin prototipi olduğunu o zaman bilmirdik. Sən demə, o Qılınc Qurban Niyaz kişi imiş. Elə filmdəki kimi çox zəhimli və əzazil idi. Atam gil bu sovxoza köçəndə mənim 10-12 yaşım olardı. Sovxozda orta məktəb 4- cü sinfə qədə olduğundan, mən Qaymaqlıda- Nəbi əmim kgildə qalıb oxumaq məcburiyyətində qalmlşdım. Elə bu səbəndən də ancaq tətillərdə atam gil yaşayan həmin sovxoza gələrdim, dərs başlayacaq müddətə qədər Qarayazı meşəsinin şimal ətəyində, gözəl mənzərələrlə əhatə olunmuş bu sovxozun gözəlliyindən doymaz, az qala hər ağacı, hər kolu-kosu, hər daşı,quşu ilə sönbətlər edərdim.

Həmin illər Nəvai gildə həmin sovxazda yaşayırdılar. Onda Nəvai uşaq idi. Ondan yaşca böyük olan qardaşı Qaqarın də bizdən uşaq idi. Amma buna baxmayaraq çox aktiv və çevik olduğundan bizim dəstəmizə qoşula bilirdi. Nəvainin uşaqlığını ona görə yaxşı xatırlayıram ki, bu dolu bədənli, sarıyanız, qıvrım saçlı uşaq öz yaşıdlarından xeyli fərqlənir, Qara suyun üstünə yıxılmış, sonra isə üstünə taxtalar döşənib körpü olmuş bu qollu-budaqlı kötüyün altından balıq kimi o üzə bu üzə şütüyərək hamını heyran qoyurdu. Əslində buna böyük cəsarət lazım idi. Allah eləməmiş, bir yanlış hərəkətlə suyun altında, kötüyün qol-budaqlarına ilişib qala da bilərdi. Kötük çox iri olduğundan, bu üzündə o üzünə su altı ilə üzə-üzə getməyə nəfəs də çatmalı idig

Bu canlı xatir ona görə yadıma düşdü ki, Həvai elə indi də həmin cəsarətini nümayiş etdirməkdədir. Atasına Çəkməli oğlu Məmməd deyərdilər.( bu ayama Məmməd kişinin atası çəkməli Mahmuddan qalmışdı. Xrom çəkmələri həmişə parladığından " Çəkməli Mahmud" deyərlərmiş). Bəstə boylu olmasına baxmayaraq, (Niyaz kişi də bəstə boylu idi) o sovxozda hamıdan uca görünürdü. Sovxozun baş aqranomu idi. Vacib bir vəzifə sahibi olmaqla yanaşı cox ciddi və müdrik görkəmi var idi. Köhnə dildə desək, çox ağır batman kişi idi.

Sonra yollar bizi ayrı-ayrı səmtlərə alıb getdi. Mən Bakıya oxumağa, oradan hərbi xidmətə, sonralar isə Özbəkistana getdim. Ta 1990-cı illərə kimi səyyar ömür yaşadımg

Günələrin birində Akif Səməd: " Səni bir yaxşı oğlanla tanış edəcəm"- deyib, adəti üzrə Nəvaidən, onun səxavəti, mərdanəliyi, istedadı haqda ağız dolusu danışardı. Və günlərin birində adını eşitdiyim bu igidlə tanış olduq. Səhv etmirəmsə ilk tanışlığımız 1995- 96- cı illərdən başladı. Sonra, daha yaxından tanış olduqca, həmin Nəvai olduğunu bildim. O cəsarətli, su altında hamını heyrətə salmağı bacaran Nəvaini.

Çox bağlanmışdıq o illər bir-birimizə. Məmməd əminin Bakıya gəlişi toy-bayram olardı. Məclislər qurular, aşıq Dilmanın sazıyla, Akif Səmədin, Məmməd İlqarın maraqlı söhbətləriylə gecələri səhərlərə qovuşduraradıq. Ehhh, harda qaldı o illərg

Nəvai, anadan cəsarətli, çevik, bacarıqlı və istedadlı doğulubmuş sən demə. Elə gənc yaşlarından pul qazanmağın və xəricləməyin yollarını tapa bilmiş, qısa zaman kəsiyində xeyli uğurlar əldə edərək ildən- ilə inkişaf etməyə başladı. Nəvai Məmmədoğlu, içində böyütməyə daşıdığı Nəvai Metini isə illərcə sonra tanımağa başladıq. Əsasən reklam işləriylə məşğul olan və bu işdə xeyli uğurlar qazanan dostumuzun, birdənbirə zühur edən Nəvai Metini çoxlarını və çoxlarımızı sözün həqiqi və yaxşı mənasında heyrətləndirməyə başladı.

O zamankı " APİ" də rəssamlıq təhsili alarkən işlədiyi bir neçə tabloları onun böyük istedad sahibi olduğundan xəbər verirdi. Düzünü söyləsək, onun rəssamlığına bu sürətlə dönüşünə inanmırdıq və qısa zaman kəsiyində etdiyi sıçrayışlar elə mənim özümü də heyrətləndirdi. Eynən Qara suyun üstünə salınmış körpünün altından balıq kimi şütüyə o dolu bədənli, qıvrım saçlı, sarıyanız uşaq kiimig

Deyərdim ki, Nəvaini olduğu kimi tanıyan beş-üç dostlarından biri də mənəm. Mən Nəvaini 7-8 yaşlarından tanımış, sonralar uzun illər ayrılmaz dostlar olmuşuq, tonlarla duz-çörək kəsmiş, çəlləklərlə araq-çaxır içmişik, dəfələrlə dan atmışıq. ( dan atmaq- gecəni səhərəcən yatmayıb, səhəri diri gözlə açmaq)

Tərifə bənzəsə belə, bu bir həqiqətdir ki, Nəvai bu günə, yəni yaşının 50-sinə mükəmməl və rəngarəng bir ömür yaşantılarıyla gəlmiş, gözəl ev-eşik, ailə-uşaq sahibi olmaqla yanaşı, ölkəmizin və Böyük Türkiyəmizin sayılıb seçilən sənət adamı kimi özünü təsdiq etmişdir.

Ta gənc yaşlarımızdan tez-tez eşitdiyimiz bir sözün-" İnsanı əmək ucaldar" sözünün həqiqət olduğunu Nəvai bu gün sübuta yetirə bildi. Onun özünə güvənci özünə inamı və davamlı zəhməti, iç dünyasını, təfəkkür sferasını və düşəncə məkanını kətan üzərinə əlvan boyalarla bəyan etməyə təməl oldu. Qısa zaman kəsiyində bir-birinin ardınca sərgilənən yaradıcılıq qabiliyyəti aşıla bilməyəcək baryerləri belə aşa bildi. Mötəbər sərgilərdə nümayiş olunan maraqlı əsərləri demək olar ki, bütün janrlarda, fəlsəfi və romantik tutumu ilə onun mükəmməl sənatkarlıq bacarığını ortalığa qoya bildi.

Nəvainin yaradıcılıq yolunu izləsək, zaman kəsiyi baxımdan dünyanı heyrətə sala bilən Vinset Van Qoqu xatırlamaq olaq. Van Qoq da, qısa zaman kəsiyində kilsə manaxlığından dünyanın ən məşhur rəssamı səviyyəsinə ucala bilmişdi.

Bu fikirlərimlə Nəvaini Van Qoq yaradıcılığı ilə müdayisə etmək fikrində yox, öz sənətinə Vanqoqcasına vurğunluq baxımından parelellikləri anlatmaq fikrində bulundum. O, istədiyinə nail olmağı bacarır. O, istədiyinə inadı, inamı və zəhməti ilə nail olur. O, nə edəcəyini, necə edəcəyini yaxşı bilir. Onun şəxsiyyəti ilə yaradıcılığı komleks təşkil edir. Onu yol hara istəsə apara bilməz. O, yolunu hara istəsə apara bilir və sənət yolunu Böyük Vatanımız olan Türkiyyəyə aparb çıxardı. Etiraf edək ki, bu o qədər də asn iş deyil. İnsanlar var ki, öz doğulduğu kəndində belə özünü təsdiq edə bilmir. Türkiyyə kimi ulu və möhtəşəm bir ölkədə yaradıcı insan kimi özünü təsdiq etmək məhz Nəvainin Mətin inadının, yaradıcılıq potensiyalının uğurları oldu.

Mən onun haqda bir dost kimi çoxlu xatirələr də danışıb, insani dəyərləri, dostluq mədəniyyəti, əxlaqi keyfiyyətləri haqda istənilən qədər fikirlər söyləyə bilərəm. Amma bu fərdi xüsusiyyətlərdən daha çox, onun yaradıcılığı haqda fikirlər söyləmək daha önəmli olardı məncə.

Özüm rəssam olduğundan, Nəvai Metinin hansı zaman kəsiyində nələri etdiyini daha yaxşı anlayıram. O özünü tapa bildi, öz politrasını kəşf etdi, kətanları sevindirmək gücünə malik oldu. Rəssamlıqda çətin janırlardan biri sayılan portret janrında daha çox özünü sınayan rəssam, naturadan işlədiyi portretləri ilə zəngin və canlı bir qalareya yarada bildi. Yaxın ötən günlərdə təşkil etdiyi sərgilərinin birində, tamaşaçılar qarşısında naturadan portret işləməsi bir daha onun hansı cəsarət sahibi olduğundan xəbər verdi. O, canlı olaraq molbert arxasına oturdu, onu əhatə edən tamaşaçılarının gözləri önündə canlı politranın möcüzəsini və professional bir rəssamın bacarığını nümayiş etdirə bildi.

Təşkil etdiyi sərgi məkanı da çox maraqlı idi. Arxaik dizayinli zirzəmi zalda sərgilənən, bir-birindən maraqlı əsərləri , interyer ilə bir harmoniya təşkil edərək gələn qonaqları heyran edirdi. Bir əsərdən gözünü çəkə bilmədiyin halda, başqa bir əsər səni özünə cəlb edirdi. "Yanan bina" əsərindəki orjinal yeniliklər, panoram təsvirlər canlı bir ovqat bəxş edir, rəssam haqda fikir formalaşdırmağa zəmin yaradırdı.

İstər portret, istər mənzərə, istr natürmort və tematik janrlarda işlənmiş əsərlərində, onun saf, şəffaf, əlvan boyalıarı zərgər dəqiqliyi ilə öz yerlərinə oturdulmuşdu. Mənim ən çox xoşuma gələn cəhəti, onun rənglərlə davranışıdı. Rənglər də sözlər kimkidi. Şairlər, peşəkarcasına sözü metaforlarla, təşbehlərlə bəzəyib, məna dolğunluğu, fikir orjinallığı ilə sözlərdən tablo yaratdığı kimi, rəssamlar da rəngləri politra üzərində bişirir, hansı rəngin hansı ilə harmoniya, vəhdət təşkil etdiyin bilərək, hər rəngi öz yerində işlədir, öz psixoloji, romantik və bəzən də mücərrəd (abstrakt) fikirlərini kətan üzərində canlandırırlar.

Gözəl və mükəmməl nümunələr ortalığa quymaq üçün, şair sözün dilini bilən kimi, rəssam da rənglərin dilini bilməyi bacarmalıdı. Hər şairin özünə məxsusluğu, öz yolu, öz dəsti xətti olduğu kimi, sənət meydanına atılmış hər rəssamın da öz rəng çalarları, kompozisya yenilikləri, dərin fəlsəfi duyğuların yeni, orjinal obrazları olmalıdır. Nəvai Metin bunu bilir və heç kimi yamsılamadan öz könlünün və politrasının məhsullarını böyük səxavətlə qarşımızda sərgiləyir.

O təkcə ailə, uşaq qayğılarıyla məşğul olmur. Bir ata kimi evladlarını böyütmüş, gözəl təbiyə vermiş, normal həyatlarını qurmaq üçün bütün şəraitlərini yaratmışdır. El-obada, dost- tanış içində hörmətini qazanmış, incəsənət aləmində öz dəsti-xətti ilə sözünü deyə bilmiş, ictimai fəaliyyəti ilə Aktivist sanatçılar birliyinin Azərbaycan üzrə təmsilçisi, Rəsm Komitəsi Başkanı olaraq qarşıya qoyduğu planlarını da sübuta yetirməyə başlamışdır.

Söhbətlərimizin birində belə bir ifadə işlətmişdi:-" Məmməd, pul, var- dövlət boş və ötəri bir şeydi. Mən sənət aləminə baş vurduqca hiss etməyə başlamışam ki, əbədi yaşarlıq özünü yaradıcılığına köçürməkdədi." Bəli, son illərə qədər (ona görə son illərə qədər deyirəm ki, o əsil yaradıcılıqla 5- 10 ildi məşğul olur) ancaq pul qazınaq işinə həsr etmişdi özünü. Amma indi, sənət fədailəri kimi qalan ömrünü sənətə bağlaması, yorulmadan, usanmadan işləməsi onun həyatında əsaslı dönüşlər yardır, bir Türk rəssamı kimi ildən- ilə pərvazlanmağa başlayırg

Bu il Nəvai Metinin ilidi. Bu il rəssam qardaşımızın 50 ilik yubley ilidi. Yaradıcı insan üçün 50 yaş həm də gənclik yaşıdı. Onun bütün uğurları və yaradıcılığı 50-dən sonra başlayacaq və əminəm ki, yüzə gedən yolunu yenə arxasınca aparmağı bacaracaq.

Əlli yaşın mübarək, Arkadaş!

 

Məmməd Dəmirçioğlu

 

Ədalət.- 2015.- 4 iyul.- S. 5.