KÖNÜL, PASI YU
ÇÖLLƏRDƏ
Mənim
qəlbim yenə şan-şan
Olub, qaldım
yana-yana.
Dərdi,
qəmi ürəyimə
Salıb, qaldım yana-yana.
Könül, pası yu çöllərdə,
Od çöllərdə,
su çöllərdə.
Yetim kimi bu çöllərdə
Dolub qaldım
yana-yana.
Cahil oldum, zaman söydü,
Aşiq oldum, Allah öydü.
Yüz yol şaxta vurdu, döydü,
Solub qaldım
yana-yana.
Təbriz
həsrət nazlı
yara,
Ələm bir an vermir ara.
Dərin-dərin dəryalara,
Dalıb qaldım yana-yana.
DUYĞULARDAN
DUMAN QALXIR
Duyğulardan duman qalxır,
Xəyallarım sisə düşüb.
Keşməkeşli dünyamızda,
Ömür yolum kəsə düşüb.
Qəlb
boylanır otağından,
Xəyal dönmür yaylağından.
Bu gün ələm dodağından,
Ruhuma bir busə düşüb.
Qəmlənəndə gülə bildim,
Nəfsi ruha kölə bildim.
Haqq: gəl, - dedi, elə bildim,
Qulaqlarım səsə düşüb.
Hey vursa da sağdan-soldan,
Saparammı doğru yoldan.
Güc alıram bu məlaldan,
Təbriz qəmlə bəhsə düşüb.
YORULASI HALDA DÖYƏM
Sorma mənim əhvalımı,
Sorulası halda döyəm.
Xəyallarım boz-bulannıq,
Durulası halda döyəm.
Damarlarda
coşur qanım,
Ələm-qəmdir mehribanım.
Alışıqdır dərdə canım,
Qırılası halda döyəm.
Qəlbim
yaslı, nə lazım ləl,
Xainlərə açmaram əl.
Üstəlik sən də vurma gəl,
Vurulası halda döyəm.
Gəl,
ey nigar, çox yanmışam,
Düz fikiri düz qanmışam.
Döyüş üçün yaranmışam,
Yorulası halda döyəm.
BİR DƏ DOĞACAQMI
ANALAR MƏNİ
Sığındım qoynuna, ana təbiət,
Sənintək doğması sanalar məni.
Ahutək
çöllərdə gəzirəm,
fəqət,
Hürkərmi görsələr sonalar məni.
Ruhum salamatda, hissim sağdadı,
Xəyalım hər zaman ötən çağdadı.
Gözüm meşələrdə, könlüm dağdadı,
Qəlbimtək dinləyib qanalar məni.
Bəllidir keçmişim, bəllidir
indim,
Səbrimlə nəfsimi qanırdım, yendim.
"Ley"li meşələrdə
çobana döndüm,
Yaman təntidibdir
danalar məni.
Təbriz
bir bülbüldür,
müştaqı gülün,
Dönərsəm, kor eylər ocağın, külün.
Doğma
elim-obam, qədrimi bilin,
Şair
balanızın qədrini
bilin,
Bir də doğacaqmı analar məni!
SÖZLƏRİMİN ŞAHIYAM
MƏN
Ölümün önündən qaçmam,
Bir Allah pənahıyam
mən.
Söz verəndə sözdən
qaçmam,
Sözlərimin şahıyam mən.
Zirvə
sevər duman-sisi,
Nəyə lazım umu-küsü.
Mərifətin keşikçisi,
Arın qibləgahıyam mən.
Qəmdi
qəlbi didən-deşən,
Sarıl, topaq üstə döşən.
Yağılara əsir düşən,
O dağların ahıyam mən.
Qopsa da gur qasırğalar,
İgid eldən yetim qalar.
Çoxdur məndə müəmmalar,
Çox sirlər izahıyam mən.
Təbriz
hər an qəlbi yuyar,
Mövladan güc alar, duyar.
Mənə qıyan xalqa qıyar,
Millətimin ruhuyam mən.
YOL GEDİRƏM
HAQQA DOĞRU
Yol gedirəm haqqa doğru xeyli vaxt,
Ağrı mənim, əzab mənim, nazım yox.
Bezdirsə də bəd sifətlər, bəd üzlər,
Bu yollarda dayanmağa
lüzum yox.
Haram yeyib yağlanmadım, şişmədim,
Yad qazanda qaynamadım, bişmədim.
Çətinliyə sinə gərdim, düşmədim,
Dözə-dözə çoxdan oldum, azım yox.
Çox
arzular tüstülənir
içimdə,
Nəfs kiçilir, üstələnir
içimdə.
Neçə nəğmə bəstələnir
içimdə,
Ruhum, qəlbim
haqq aşığı,
sazım yox.
Təbriz
deyib, fəxr eləsin ailəm,
Öz yolumda uğurlara nailəm.
Tanrı
verən hər tikəyə qailəm,
Necə deyim çörəyim yox, ruzim yox.
MƏLƏKLƏR HAL
TUTAR BİZDƏN
Dostlar özünü yormasın,
Əyri
yollara varmasın,
Bəndələr heç də sormasın,
Mələklər hal tutar bizdən.
Haqqa koşan kini atar,
Arzusuna erkən çatar.
Qoynumuzda cövhər yatar,
Qəvvaslar ləl tutar bizdən.
Biz solmayan gül-çiçəklər,
Təbriztək qəlbi göyçəklər.
Qoxlasa da kəpənəklər,
Arılar
bal tutar bizdən.
MƏNİM ŞAHIM
MƏHƏBƏTDİR
Mən həyatı qavrayannan,
Aman mənlə,
ah mənlədi.
Mənim
şahım məhəbbətdi,
Harda olsam şah mənlədi.
Biz ölüyük, zaman diri,
Təkrar dirilənin biri.
Bu dünyanın çoxdu sirri,
Çox məna, izah məndədi.
Ulduzlara
baxır izim,
Kaş gülə
bəxtimiz bizim.
Heç
darıxma, ey əzizim,
Tək döyəm,
Allah mənlədi.
Təbriz İMAN
Ədalət.- 2015.- 4 iyul.- S. 14.