VƏTƏNDAŞ SÖZÜ
Bu, həm də ürəyimin sözüdü
İndi hər kəs bir rahatlıqla nəfəs alır. Elə bil insanların çiynlərindənindən ağır bir yük götürülüb. Özü də mən bunu tam səmimiyyətimlə deyirəm. Çünkü yük təkcə ölkə rəhbərliyinin, yarışları təşkil eləyənlərin, oyun iştirakçılarının çiynində deyildi. Bu yük, bütün Azərbaycan xalqının, uşaqdan böyüyə hər kəsin çiynində idi! Ona görə ki…
Hər kəs yaxşı xatırlayır. Çünki deyilənlərin, yazılanların hələ mürəkkəbi qurumayıb… Hələ üstündən saat keçməyib və bir də elə bu gün də deyirlər, yazırlar… Ona görə də biz hamımız bu deyilənlərin, yazılanların içərisində o yükün ağırlığını bir az da çox hiss edirdik. Düşünürdük ki, hər dəqiqə, hər an nə iləsə qarşılaşa bilərik… Nəyəsə, hansısa bir qığılcıma alışa bilərik… Amma…
Bəli, gəlin hamımız birlikdə etiraf edək. Çünki
həm etiraf böyüklükdü,
həm də bu etiraf bizim öz içimizi
də, kimliyimizi də həm
özümüzə, həm də dünyaya
göstərəcək. Hər kəs biləcək ki, biz kim
idik, biz kimik və kim olaraq da qalırıq?!
Bax, əslində bu məntiq, bu yanaşma özü-özlüyündə hər şeyi deyir və tam çılpaqlığı ilə göstərir ki, biz kiçik bir dövlətin vətəndaşları olsaq da, özümüzdən on, hətta yüz dəfə böyük dövlətlərinin vətəndaşlarından dözümlü, dəyanətli, həmrəy, mərd, qeyrətli və yurdsevənik. Vətən anlamı bizim üçün ana qədər əzizdir, doğmadır. Məhz ona görə də vətən bizə anadır! Biz də anamızı övlad qədər, övlad kimi, övlad sevgisiylə sevirik! Bunu yazmağım, təkrarlamağım bəlkə də artıq kimi görünə bilər. Ancaq yenə ürəyimin səsinə qulaq asıb deyirəm ki, biz bir xalq olaraq, bir məmləkət olaraq hamıdan böyüyük. Özü də bunu zaman-zaman, elə bu oyunlar dövründə də hər kəsə sübut edə bildik!
Bu yazını yazmaq qərarına gələndə başlıca məqsədim hamının avtobusda, çayxanada, yolda-rizdə etdiyi söhbəti mətbuata çıxarmaq idi. Elə həmin istəyə də söykənib yazıram ki, həqiqətən Azərbaycanda çox möhtəşəm bir yarış keçirildi. Böyük çoşqulu bir yarış! Ancaq o qədər rahat, sakit, təmkinli keçirildi ki, necə deyərlər, heç kimin ruhu da incimədi. Hətta nələrəsə ümid edənlər, nələr üçünsə dəridən-qabıqdan çıxanlar, ara qatanlar, para xərcləyənlər, şaiə yayanlar, bir sözlə viruslar elə qınındaca boğuldular. Cınqırlarını da çıxara bilmədilər. Bütün bunlar isə həm ölkə rəhbərliyinin, həm də bu rəhbərliyin ən layiqli kadrlarından biri olan daxili işlər naziri, general-polkovnik Ramil Usubovun və onun rəhbərlik etdiyi qurumun xidməti idi.
İnanın ki, sadə, bu milləti çox adi bir sıra nəfəri kimi içimdən gələn sevgi ilə bunu dilə gətirirəm. Demək istəyirəm ki, yarışların keçirildiyi müddətdə Azərbaycan polisi necə deyərlər, saat kimi işlədi. Özü də obrazlı desəm, Kreml saatı kim!
Heç kim tıxacda qalmadı… Heç kim metroda təntimədi… Heç kim ictimai asayişin pozulmasının şahidi olmadı… Heç kim heç kimin xətrinə dəymədi… İstər zabit heyəti, istər sıravi polislər insanlarla o qədər mehriban, səmimi, qanunauyğun şəkildə rəftar etdilər ki, and olsun Allaha, bütün bunlar mənə bir kino lentinin görüntüləri, bir öncədən ssenariləşdirilmiş səhnə təsiri bağışlayırdı… Demək, bu xalq, onun istənilən qurumu hər şeyə qadirdi! Demək, bu məmləkətdə hər şeyə nail olmaq mümkündür! Demək, bu məmləkəti dünyanın göz bəbəyinə çevirmək qüdrəti var bizdə!
Bəli, indi oyunlar dövrünün narahatlığı, o ağır yükü arxada qalıb. Biz necə deyərlər, dərindən nəfəs alıb mənzilbaşına çatmış müsafir kimi əyləşib ətrafa baxır, düşünür, götür-qoy edirik. Şahidi olduqlarımızı, iştirakçısına çevrildiklərimizi yenidən xatırlayırıq. Baxıb görürük ki, Azərbaycanda terror təhlükəsindən dəm vuranlar, Azərbaycanı «qara siyahı»ya salanlar, Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər, Azərbaycanda kimlərinsə haqqının pozulduğunu bayraq etməyə çalışanlar necə buz kimi soyuq suya düşüblər. Nə onlar, nə də onların havadarları qazdıqları quyudan çıxa bilmirlər. Çünki yaşatmaq istədikləri şoka özləri düşüblər!
Çox hörmətli Ramil müəllim!
Cənab general-polkovnik!
Mən bir vətəndaş olaraq yarışlar dövründə Azərbaycan polisinin göstərdiyi nümunəvi xidmətə görə, şəxsən Sizə və DİN-nin bütün şəxsi heyətinə təşəkkür edirəm. Bilirəm, mənim belə bir fikrə düşməyim bir az yaxşı səslənməyəcək. Ancaq əlimi ürəyimin üstünə qoyub bir Allah bəndəsi kimi Sizi əmin edirəm ki, bu, mənim içimdən gələn bir təşəkkürdü. Ona görə də bir daha təkrar edirəm:
- Çox sağ olun, cənab nazir! Azərbaycandakı ictimai-siyasi sabitliyə görə, DİN-dəki peşəkarlığa görə, Azərbaycan xalqına xidmətə görə, xüsusilə Prezidentimizin yanında olduğunuza görə!!!
Son olaraq, qarşıdan
polislərin peşə
bayramı günü
gəlir. 2 iyul tarixi münasibəti ilə yarışların
hər birimizin ürəyincə keçməsinə
şərait yaratdığınıza
görə, Sizi təbrik edir, Azərbaycanımız naminə
daha böyük uğurlar, daha böyük sevinclər arzu edirəm!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2015.- 1 iyul.- S. 3.