ONLAR BİZİM GƏLƏCƏYİMİZDİR

 

"... Əlbəttə, Azərbaycanda elmə, təhsilə göstərilən diqqət mütləq öz nəticəsini verəcək. Bizdə savadlılıq yüksək səviyyədədir, savadsız insan yoxdur. Bu, böyük üstünlüyümüzdür. Ancaq bu gün yeni texnologiyalar tətbiq olunur. Uşaqlar da bunu bilməlidirlər. Elmin, təhsilin inkişafı ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bizim güclü iqtisadiyyatımız, güclü siyasi iradəmiz bu gün dövlətimizin inkişafında öz rolunu oynayan gözəl gənclərimiz var. Bizim gənclərimiz, dediyim kimi, vətənpərvər olmalıdırlar milli ruhda tərbiyə almalıdırlar".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Biz həmişə dövlətə, dövlətçiliyə çox böyük önəm vermişik. Ən azından ona görə ki, bu gün Azərbaycan dövləti dünya siyasətində öz sözünü deyən mövqeyi olan bir dövlətdir. Artıq bizimlə ən inkişaf etmiş dövlətlər belə hesablaşmağa başlayıb ölkəmizdə gedən möhtəşəm işlərə hörmətlə yanaşırlar. Çünki Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmlənmiş müstəqil dövlətimiz prezident İlham Əliyev tərəfindən çox uğurla idarə olunur. Təbii ki, həm siyasi, həm iqtisadi, həm mədəni, həm digər sahələrdə çox böyük sıçrayış inkişaf asanlıqla əldə edilməyib. Möhtəşəm abadlıq quruculq işləri ilə yanaşı, təhsilin inkişafına da dövlət səviyyəsində çox böyük diqqət yetirilib. Bu gün fərəhlə deyə bilərik ki, ölkəmizdə son vaxtlar yüzlərlə yeni məktəblər, təhsil ocaqları istifadəyə verilib.

 

 

Füzulidə təhsilə xüsusi diqqət

 

Ötən yazılarımızda biz Füzulidə gedən möhtəşəm abadlıq quruculuq işlərindən ətraflı söhbət eləmişik. bir faktı da xatırlatmışıq ki, bu gün Füzuli rayonunda təhsil yüksələn xətlə inkişaf etməkdədir. Çünki ölkə prezidenti cənab İlham Əliyev cəbhə bölgəsi olaraq Füzulinin sosial-iqtisadi inkişafına milyonlarla manat vəsait ayırıb bu vəsait təyinatı üzrə xərclənib. Eyni zamanda rayonda neçə-neçə yeni məktəb binaları tikilərək istifadəyə verilib. Bir çox məktəblər isə əsaslı surətdə təmir edilib. Rayon təhsil şöbəsi üçün ən müasir tələblərə cavab verən inzibati bina tikilib. Bütün bunlar onu göstərir ki, rayonda təhsilin inkişafı üçün bütün infrastrukturlar yetərincə həllini tapıb təhsil ocaqları ən müasir texnologiya ilə təchiz edilib.

 

 

Ləman Əliyeva məzunlara inanır

 

Horadiz şəhərində bir neçə ümumtəhsil məktəbi fəaliyyət göstərir. O məktəblərdən ikisi əsaslı surətdə təmir edilib, biri isə Heydər Əliyev Fondunun vəsaiti hesabına inşa edilərək istifadəyə verilib. Təbii ki, bu yerin, bu şəhərin bütün məkanları gözəldir. Diqqəti cəlb edən təkcə bu gözəlliklər deyil, həm düşmənin iki addımlığında elmə, təhsilə biliyə önəm verən, hətta hər gün düşmənin güllə səsini eşidən dəyanətli, mübariz savadlı müəllimlərdir. Hər dəfə rayona yolum düşəndə istər-istəməz ziyalı insanlarla, müəllimlərlə sıx ünsiyyət yaradıram, onların ürək döyüntülərini, pıçıltılarını eşidəndə bir daha sevinirəm ki, ermənilərin "ağzının içində" heç nədən qorxmayan bu cür mübariz müəllimlər var.

Onlardan biri Horadiz şəhər Firudin Mehdiyev adına 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyevadır. Ləman xanım tək özünə qarşı deyil, hər bir müəllimə, hər bir şagirdə qarşı da son dərəcə tələbkar bir insandır. Bizimlə söhbətində o, çox nikbin görünür məktəbdəki pedoqoji durumdan söhbət açır. Arada söhbəti kəsir bir anlıq fikrə dalır. Hiss edirəm ki, hardasa onu xəyallar aləmi özünə çəkir. Ancaq o çox nikbin mübariz bir ziyalıdır. Deyir ki, biz məzunlarımızla həmişə fəxr etmişik. Ötən il 8 məzunumuz müxtəlif ali məktəbə qəbul olub. Bu il məktəbimizi 19 məzun bitirib. Onlara da çox böyük ümidlə baxırıq. Ən azından ona görə ki, bu 11 ildə məzunların savadlı, dünyagörüşlü olması üçün müəllimlərimiz əllərindən gələni əsirgəməyiblər. Çünki bağban əkdiyi ağacların barını görmək istədiyi kimi, biz məktəbimizi bitirən məzunların ali məktəbə qəbul olunması gününü səbirsizliklə gözləyirik. ən nəhayət, onlar bizim ümidlərimizi doğruldacaqlar.

 

"Kitabi-Dədə Qorqud milli-mənəvi sərvətimizdir"

 

Bu sözləri bizimlə söhbətində məktəbin direktoru Ləman Əliyeva deyir. Axı o, Respublika Bilik Fondunun Füzuli rayonu üzrə nümayəndəsidir. Ləman xanım onu da bildirir ki, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu ilə hər bir tədbirdən sonra əlaqə yaradır keçirilən tədbirlə bağlı mərkəzə məlumat verir.

Bu yaxınlarda isə Horadiz şəhərində 6 məktəbin iştirakı ilə Ləman Əliyevanın rəhbərliyi altında möhtəşəm bir tədbir keçirilib. Həmin tədbirin mövzusu belə olub: "Kitabi-Dədə Qorqud milli-mənəvi sərvətimizdir". Füzuli Dram Teatrında keçirilən bu tədbirdə məktəbin tarix müəllimi Hikmət Xudiyev videoçarx gedə-gedə ilkin məlumat verib. Bundan sonra məktəblilərin dram teatr aktyorlarının iştirakı ilə səhnələşdirilmiş anlar nümayiş etdirilib. Məktəblilər tamaşanı o qədər gözəl səhnələşdiriblər ki, tamaşaçılar onları dəfələrlə alqışlayıblar. Sonda hər bir gənc Qarabağ uğrunda döyüşə Vətənin işğaldan azad olunmasına hər an hazır olduqlarını bildiriblər. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Bağır Aslanov, mədəniyyət turizm şöbəsinin müdiri Elman Məmmədov, təhsil şöbəsinin müdir müavini Rafiq Səmədov təlimatçı Fazil Məhərrəmov iştirak ediblər.

 

Vətənpərvərlik önə çəkilir

 

Əlbəttə, Füzuli rayonu cəbhə bölgəsi olduğuna görə, burdakı şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Direktor Ləman Əliyeva bizimlə söhbətində onu da vurğuladı ki, şagirdlərə yüksək səviyyədə elmi biliklər aşılamaqla yanaşı, biz onları vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışırıq deyim ki, sözün açığı, buna da nail oluruq. Belə ki, həm söhbətlərimizdə, həm hərbi hissələrdəki görüşlərimizdə şagirdlərin dünya görüşünün necə dəyişdiyini görürük. Elə bir bayram olmaz ki, biz hərbi hissələrə getməyək əsgərlərimizi təbrik etməyək. Bu görüşlər bizim şagirdlərə həyatı sevməyi, mübarizə aparmağı ən nəhayət, düşmənə qarşı döyüşməyi öyrədir. Məktəbin direktor müavini Əli Mustafayevin "Əməkdar müəllim" Nübar Hacıyevanın bu görüşlərin keçirilməsində şagirdlərimizin çox şeyi dərindən öyrənməsində zəhmətləri böyükdür. Ümumiyyətlə, pedaqoji kollektivimizin hər birinin şagirdlərin üzərində əziyyətləri çoxdur. Mən bunu dəfələrlə həm valideynlərə, həm təhsil şöbəsinin müdiri Almaz xanıma demişəm. Bir daha inanıram ki, bizim məzunlarımız əsl vətənpərvər gənclərdir onlar lazım gələrsə, hər an silaha sarılmağa tam hazırdırlar.

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2015.- 1 iyul.- S. 7.