ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

 

 (mövzu əsasında XXVII yazı)

 

"...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, daha da zənginləşdirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar bundan sonra da dinamik inkişaf təmin edilsin".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən sayımızda)

 

Dərs ilinin sonuna məktəblərin sayı tipii dəyişməmişdir. 2014-15-ci tədris ilində rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərində 15288 nəfər, o cümlədən ibtidai təhsil üzrə 6327 nəfər, ümumi orta təhsil üzrə 6727 nəfət, tam orta təhsil üzrə isə 2234 nəfər şagird təhsilə cəl edilmişdir. Dərs ilinin sonunda şagir sayı 15109 nəfər, o cümlədən ibtidai təhsil üzrə 6295 nəfər, ümumi orta təhsil üzrə 6653 nəfər, tam orta təhsil üzrə 2161 nəfər olmuşdur.

2014-2015-ci dərs ilində dərs ilinin əvvəlində 1258 nəfər şagird IX sifnə, 1053 nəfər şagird 11-ci sinfə qəbul olmuş, dərs ilinin sonunda bu rəqəmlər uyğun olaraq 1231 nəfər 1021 nəfər olmuşdur. 9-cu sinif üzrə 27 nəfər şagird yaşayış yerini dəyişdiyi üçün 11-ci siniflər üzrə 32 nəfər şagird yaşayış yerini dəyişdiyi ya dərslərə davam etmədiyi üçün təhsil aldıqları məktəblərdən azad edilmişlər.

IX sifnilər üzrə dərs ilinin sonunda 1231 nəfər şagird olmuş, onlardan 1226 nəfər şagird imtahanlara buraxılmış, 5 nəfər şagird, o cümlədən 3 nəfər miqrasiya sənədi almadığı, 2 nəfər isə münaqişəli ailə vəziyyəti ilə əlaqədar olaraq şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün imtahanda iştirak etməmişdir. İmtahan verən şagirdlərdən 695 nəfər 57 faiz müvəffəq qiymət almışdır.

Rayon üzrə ümumi orta məktəb bazası buraxılış imtahanlarında Alxasava kənd tam orta məktəbi 93 faiz, Potu kənd tam orta məktəbi 80 faiz, Hüngütli kənd ümumi orta məktəbi 80 faiz, şəhər 3 nömrəli tam orta məktəbi 79 faiz, şəhər 5 nömərli tam orta məktəbi 75 faiz yüksək nəticə göstərmişdi.

XI siniflər üzrə dərs ilinin sonunda 1021 nəfər şagird olmuş bütün şagirdlər imtahana büraxılmışdır. İmtahanda iştirakedən şagirdlərdən 575 nəfəridən 56 faizi müvəffəq qiymət almış, orta təhsil bazası üzrə buraxılış imtahanlarında şəhər 3 nömrəli tam orta məktəb 87 faiz, Qızılağac kənd tam orta məktəbi 79 faiz, şəhər 9 nöməroli tam orta məktəb 77 faiz, şəhər 1 4 nömərli tam orta məktəbləri 74 faiz yüksək nəticə göstərmişdir.

2014-2015-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində 2237 müəllim daimi müqavilə ilə işləmiş, müəllimlərdən 705 nəfər 31,5 faizi orta ixtisas təhsilli, 1532 nəfər isə 68,5 faizi ali təhsillidi. 2014-2015-ci dərs ilində rayon üzrə 357 ibtidai sinif komplekti fəaliyyət göstərmiş, həmin siniflərdə 6271 nəfər şagird təhsilə cəlb edilmiş, 695 nəfər müəllim dərs demişdi.

İbtidai sinif müəllimlərində 156 nəfəri 22,4 faizi ali təhsilli, 539 nəfər isə 77,6 faizi pedaqoji orta təhsilli olmuşdur. İbtidai sinif müəllimlərinin ibtidai sinif komplektinə sayı nisbəti 1:2 olmuşdur.

 

 

Şura iclaslarının effektivliyi

 

2014-2015-ci dərs ili ərzində rayon təhsil şurasının 7 iclası keçirilmiş, iclaslarda fən kurikulumlarının tətbiqi ilə bağlı məsəllər I-VII sinfilərdə tədrisin vəziyyətinin öyrənilməsi, metodiki köməyin təşkili, müəllim hazırlığı ilə bağlı görülən işlər müzakirə edilmişdir. Fənlərin tədris vəziyyətini öyrənmək üçün maddi-texniki bazası, kadr potensialı yaxın olan məktəblərin fəaliyyətlərinin müqayisəli təhlili aparılmış, nəticələr geniş müzakirə edilmiş, hər məktəb üzrə müsbət işlər öyrənilmiş, qabaqcıl təcrübə tətbiq edilməyə başlanılmış, çatışmazlıqlar problemlər araşdırılmış, problemlərin həlli istiqamətində fəaliyyətə həyata keçirilməyə başlanılmışdır.

İstedadlı şagirdlərlə aparmaq məqsədilə RTŞ metodkabinetin nəzdində işçi qrupu yaradılmışdır. Hər il təhsil, incəsənət, idman sahələrində istedadlı olan şagirdlər işçi qrupu məktəb rəhbərləri tərəfindən müəyyən edilməklə onlarla fərdi qaydada istedadları olan sahələr üzrə fəaliyyətin aparılması nəzarətdə saxlanılır.

İstedad olimpiadalarının təşkili, şagird əl işlərindən ibarət sərgilərin, şagirdlərin rəsmlərindən ibarət baxış müsabiqələrinin təşkiili ilə istedadlı şagirdlərin öz yaradıcılıq potensiallarının inkişafına stimul yaradılır. Təhsilin inkişafında "Kiçik Akademiya"ların rolu danılmazdır. Kiçik Akademiyalarda təşkil edilən disput, elmi konfrans seminarlar vasitəsilə təlimdə müsbət nəticələr əldə edilməsinə nail olunur.

Hər il təhsil səviyyələri üzrə keyfiyyət reytinqləri təşkil olunur. Reytinqlərin nəticələri müzakirə edilməklə aşağı nəticə göstərən məktəb siniflər müəyyən edilir məktəb qarşısında bu sahədəki nəticələrin yaxşılaşdırıdması üçün fəaliyyətin həyata keçirilməsi vəzifələri qoyulur. 2014-2015-ci illiər üzrə "5" "4-5" qiymət alan şagirdlərin göstəriciləri aşağıdakı kimi olmuşdur. Rayon üzrə 2891 nəfər 19,2 faiz əlaçı şagird, 5001 nəfər 32,2 faiz isə 4 5 qiymətlərlə oxuyan şagird olmuşdu.

 

(ardı gələn sayımızda)

 

Məzahir ƏHMƏDOĞLU

 

Ədalət.- 2015.- 10 iyul.- S. 3.