ÜMUMTƏHSİL SİSTEMİNDƏ MÜASİRLƏŞMƏ DÖVRÜ

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

(mövzu əsasında XXVII yazı)

"...Ölkəmiz inkişaf edir. Keçən ili uğurla başa vurmuşuq. Bu ili uğurla başa vuracağıq. Baxmayaraq ki, dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər ürəkaçan deyil. Azərbaycanda heç bir çətinlik gözlənilmir. Yeni sənaye müəssisələri açılacaq, insanlar işlə təmin olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək xalqımızın rifah halı yaxşılaşacaq".

 

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

(əvvəli ötən saylarımızda)

 

Fənn olimpiadaları digər zəruri tədbirlərdə yüksək fəallıq nümunələri

 

2014-2015-ci dərs ilində məktəblilərin fənn olimpiadasının rayon turunda 399 şagird iştirak etmiş, onlardan 40 nəfər şagird zona turunda iştirak hüququ qazanmışdı. Zona turunun nəticələrinə görə 6 şagird respublika turunda iştirak etmiş, Qaraxıdır kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Hacıyeva Gülnar Cümşüd qızı Azərbaycan tarixi fənni üzrə 3-cü yeri tutmuşdu. Beynəlxalq kimya olimpiadasında milli komandaya namizədlərin müəyyənləşdirilməsi üzrə keçirilən olimpiada yarışlarının rayon turunda 18 nəfər şagird iştirak etmiş, 5 nəfər şagird zona turunda iştirak hüququ qazanmışdı.

I Avropa oyunlarının təbliği məqsədilə keçirilən yarışlarda atletika, voleybol, boks, güləş, basketbol, stolüstü tennis velosiped yürüşü idman növləri üzrə keçirilən yarışlarda rayon komandalarının iştirakı təmin edilmiş, atletika yarışlarında II yer, boks güləş növlərində I,II, III yerlər qazanılmışdır.

"Cəsurlar" hərbi idman turizm oyunlarının rayon turu daha kütləvi təşkil edilmiş, qalib gəlmiş şəhər 1 nömrəli tam orta məktəbinin komandası zona turunda III yeri tutmuşdur.

? Harda? vaxt? İntellektual bilik yarışmasının regional çempionatında rayon turunun qalibi şəhər 7 nömrəli tam orta məktəbinin komandası III yeri tutmuşdur.

Akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci il dönümü münasibəti ilə Kürdəmir şəhərində keçirilən zona yarışlarında rayonun komandası II yeri tutmuşdur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə keçirilən inşa yazı müsabiqəsində şəhər 7 nömrəli tam orta məktəbinin X sifin şagirdi Məmmədova Nurlana Elşad qızı müvəffəqiyyətlə iştirak etmişdir.

Şəhər 3 nömrəli tam orta məktəbinin komandası "Gənc xilasedicilər yanğınsöndürənlər" oyunlarının zona turunda I yeri tutaraq finalda iştirak etmək hüququ qazanmışdır.

Bütün bunlarla yanaşı məktəblilər arasında futbol voleybol üzrə rayon birincilikləri təşkil edilmiş, kitab müsabiqələri, oxucu konfransları, şagidlərin oxuduqları əsərlər üzrə hazırladığı səhnəciklərə baxışlar təşkil edilmişdir. Son 5 ildə məktəblilərin respublika beynəlxalq yarışlarda uğurları əlavə edilir.

RTŞ nəzdinə fəaliyyət göstərən metodkabinetinin işini keyfiyyətli qurmaq üçün hər il fəaliyyət planı hazırlanaraq geniş müzakirədən sonra qəbul edilir vəzifələrin icrası bu plan əsasında həyata keçirilir. Metodkabinetin planına uyğun seminarlar təşkil edilir, rayon üzrə açıq dərslər keçirilir geniş müzakirə edilir, kurrikulum tətbiq edilən siniflərdə fənlərin tədrisi vəziyyəti öyrənilməklə metodiki köməklik təşkil edilir, qabaqcıl təcrübə öyrənilməklə tətbiq edilir, şagird biliklərini müəyyənləşdirmək üçün keyfiyyət reytinqləri təşkil olunmaqla müzakirələr keçirilir, istedadlı şagirdlərlə Kiçik Akademiyalarla əlaqəli şəkildə aparılır.

 

Qarşıda yeni dərs ilidir

 

Söhbətimizə yekun vurarkın Rəşad Məmmədov digər məsələlərlə yanaşı elə indidən 2015-2016-cı dərs ilinə hazırlıq işlərindən söz açır. R.Məmmədov dedi:

- Bildiririk ki, Təhsil Nazirliyindən daxil olan əmr məktubların icrası ciddi nəzarətdə saxlanılır. Nəzərdə tutulan işlərin icrası üçün nəzarət mexanizmi yaradılmış icraya nəzarətin nəticəsidir ki, məsələlərin icrası əsasən vaxtında yerinə yetirilmişdir.

Rayonda 100 daha artıq yaşı olan 4 tam orta məktəb, o cümlədən R.Rzayev adına Göyçay şəhər 1 nömrəli tam orta, S.Salahov adına Məlikkənd kənd tam orta, Ləkçıplaq kənd 1 nömrəli tam orta H.R.Əfəndi adına Qaraman kənd tam orta məktəbləri fəaliyyət göstərir.

Növbəti 2015-2016-cı dərs ilində Göyçay RTŞ təlim keyfiyyətinin yüksəldilməsi üçün işlərini səmərəli qurmaqla diqqətini daha çox müəllim hazırlığı, məktəblərin maddi-texniki bazalarının möhkəmləndirilməsi, şagird davamiyyətinin, xüsusilə IX-XI sinif şagirdlərinin davamiyyətinin tələblər səviyyəsində qurulması, məktəbdənkənar və sinifdənxaric tədbirlərin keyfiyyətli təşkili, müsabiqə, dəyirmi-masalar, elmi-praktik konfranslar və seminarların daha keyfiyyətli təmininə yönəldəcəkdir. Bunun üçün hazırda 2014-2015-ci ili dərs ilinin yekunları təhlil edilir, problem və nöqsanlı sahələr müəyyən edilməklə fəaliyyət planı hazırlanır.

 

Ədalət.- 2015.- 11 iyul.- S. 4.