RÜSTƏM KAMAL
...Neynirəm
şəhəri, kəndi,
Neynirəm şəkəri,
qəndi?
Mənim işim könülnəndi,
Könül ver, nuş eylə məni.
Olanda da könül dostu olasan...
Halal sözün
ucalığını, pak
və bakirəliyini, uca göylər qədər dərin, ağır dağlar kimi əzəmətli, bulaq gözü qədər duru, çişək qönçəsi
qədər zərif olduğunu söz adamları daha yaxşı bilirlər. Zər qədrini zərgər bilən kimi...
Söz adamı haqda söz yazmaq çətin iş imiş, lələ. Amma haqqında söz açıb, mənzərəsini
cızmağa cəhd
etdiyim bu söz sərrafı, nə yaxşı ki, könul verib, nuş eylədiyim könül dostumdu. Mən Rüstəm Kamalla duz-çörək kəsib
dost olmazdan öncə
duz əvəzi söz, çörək əvəzi kəlmə kəsib dostlaşmışam.
Xeyli sonralar isə duz-çörək kəsib,
könül verib, könül almışıq.
O duz-çörəkdən ki, onun qədir-qiyməti
Əzraili belə ram edə bilib. Fərzi tamam olmuş, butün omrünü xeyirxahlıq içində
yaşayıb, hər
kəsə əl tutmuş aqil bir insanın canını almazdan öncə Əzrail bu pirani qocanın
gözünə görünür
və ondan son diləyini soruşur.
Xoş rəftarla Əzraili süfrəsinə
dəvət edən müdrik, Əzraillə duz-çörək kəsir
və kəsdikləri
duz-çörəyə and verir ki, yarımçıq
qalan işlərini başa vurunca ona möhlət versin. Əzrail üzünü Allaha tutub: "Mənimlə duz-çörək kəsib,
ey uca Yaradan,
ölümdən möhlət
istəyir bu Adəm oğlu. Canını
necə alım?"
- deyən Əzrail belə kəsdiyi duz-çörəyin
qarşısında aciz
qalıb...
1990-cı
ildə Özbəkistandan
Vətənə qayıdarkən
(8 il-1982- 1990 cı illər
Özbəkistanda yaşamışam)
ömür səhifəmə
əyani və qiyabi daxil olan
könül dostlarımın
içində Rüstəm
Kamal da var idi. O, əyani
olaraq tanıdığım
ən sonuncu könul dostum olmağına baxmayaraq, qiyabi olaraq tanıdığım
ilk dostlarımdan biri olub. Belə ki, 1991-ci il
"Ulduz" jurnalında
"Qara Yanvar" adlı qorelyef janrında işlədiyim
bir əl işim dərc olunmuşdu. Elə həmin jurnalda
"İncə dərəsində
bir yaz axşamı"
başlığında dərc
olunmuş o maraqlı
məqaləni oxuyandan
sonra sözün ucalığına birdə
vuruldum. Hər kəs
səsindən tanınar,
sözundən bilinər,
və elə o gündən Rüstəm
Kamalı tanıdım.
Rüstəm Kamalı bir bal arısına bəzədirəm hərdən.
Arı ətirli güllərə, çiçəklərə
uçunub, onları sevə-sevə oxşayıb,
balını döyşürərək
necə pətəklərə,
şanılara ifcin-ifcin
yığırsa, o da
sözün gözəlliyinə,
ətrinə uçunur,
hər sözdən bir şirə çəkib bal pətəklərini
eləcə doldurub, söz xəzinəmizə
dəyərli töhfələr
bəxş edir. Bunu elə ilk tanışlığımızdan
duydum.
Günlərin birində şair dostum Rəfail İncəyurd zəng edərək Rüstəm
Kamalın yerini öyrəndiyini söylədi. Beləliklə, mənim Bakı Slavyan Universitetinə gəlməyimi xahiş etdi və bildirdi
ki, illərlə sorağında olduğumuz
bu maraqlı söz adamı Mingəçevirdən Bakıya
köçüb və
Slavyan universitetində
işləyir. Görüşərkən
Barat Vüsalın vasitəsiylə
qiyabi olaraq məni tanıdığını
söylədi. Beləliklə, məsləhətləşib bağ
evinə getməyi qərarlaşdırdıq. Məmməq
İlqara və bir neçə könül dostlarımıza
da zəng edib bir yerə
yığışdıq. Yol boyunca "Dəli Kür" qəzetində
təzəcə dərc
olunmuş şeirlərimi
oxudu. Şeirlərim xoşuna gəlmişdi
deyəsən.
- Nə maraqlı misradı - deyib aşağıdakı beyti
xüsusi vurğuladı.
"Külək döyür, şöy vələslər gərnəşir".
Çox
keçmədən, indi
"Səhra gülləri"
kitabıma ön söz əvəzi sarvanlıq edən "Poetik ləhcəmizin irfan nəfəsi" adlı məqaləsini çap etdirdi.
Akif Səmədin gözündə qalan murazlarından biri mənə qismət oldu. Akif Səməd sağlığında çapa hazırladığı " Özümə yol" kitabının ön sözünü Rüstəm Kamala yazdırmaq istəyirdi. O mənə belə bir söz demişdi:
- Məmməd, ölkəmizdə, ədəbi camiəmizdə tənqidçi alimlərimiz çoxdur, hamısına da böyük hörmətim var. Amma özünəməxsus, qeyri-adi qələm sahibi olan bir alim var. Çox istəyərdim ki, "Özümə yol" kitabımın ön sözünü o alim yazsın. Əslən Qazaxın Şıxlı kəndindən olan bu alim Rüstəm Kamaldır. Hayıf ki, uzaqda yaşayır, ora gedib-gəlmək mənim üçün çətindir.
Mənim qiyabi olaraq könül verdiyim bu uca könül sahibi, sən demə, Mingəçevir şəhərində yaşayırmış...
Beləliklə, qiyabi olaraq könül verib nuş eylədiyim bu gözəl insanla dost deyib bağlandıq bir-birimizə. Bu gün bu qədər saz bolluğunun içində bir ustad çalğısına, söz bolluğu içində bir halal misraya nə qədər ehtiyac varsa, bir belə dost bolluğu içində də Rüstəm kimi halal, hümmət bir dosta hər kəsin bir o qədər ehtiyacı var yəqin ki. Tam səmimi olaraq etiraf edim ki, bu gün ən çox görüşmək üçün darıxdığım 2-3 dostumun biri Rüstəm Kamaldır. Bilənlər, oxuyanlar bilir ki, son illər "İnsan mənzərələri" kitabının üzərində işləyirəm. Fırça ilə kətana işlədiyim insan mənzərələrinin bir qisminin sözlə də portretini işləyirəm. Söz adamının sözlə portretini cızmağın ağırlığını bu yazını əlimə alanda hiss etdim. Elə insanlar var ki, onlar haqda nə qədər qısa yazmağa çalışırsan, bir o qədər uzun alınır. Heç bilmirəm bu maraqlı insanın hansı rakursdan portretini cızmağa başlayım.
Onunla xeyli yol-yoldaşı olmuşuq. Bu yəqin belədir ki, onu mətbuat səhifələrindən, elmi və bədii tədbirlərdəki çıxışlarından və s. çox ciddi, istedadlı bir alim və hətta millət vəkili Nizami Cəfərovun təbirincə desək, mütəfəkkir alim kimi tanıyırlar. Amma onunla dost olub yol-yoldaşı olandan sonra, onun çox maraqlı insani keyfiyyətlərinə bələd olduqdan sonra bu rəngarəg, dadlı-duzlu dil sahibinə bağlanmamaq, onsuz darıxmamaq qeyri-mümkündü. Mən ciddi təhsil almış bir rəssam olaraq palitranı çox yaxşı dərk edirəm. Onu da qeyd edim ki, palitrada rənglər bolluğu da adamı çaşdırır. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil alarkən müəllimim olmuş Azərbaycanın görkəmli rəssamı Hafiz Məmmədov qara rəngi palitraya yaxın qoymamağı məsləhət görərdi. Ağ rəngdən isə mümkün qədər az və ehtiyatla istifadə etməyi tövsiyə edərdi. Mən eyni şeyləri Rüstəm Kamalın söz palitrasında müşahidə etmişəm. Onu da müşahidə etmişəm ki, Rüstəm ümumən qara rəngdən istifadə etmir. Və hətta mübaliğəsiz, onu başdan-başa ışıq adam adlandırardım. Qara ona görə qaradır ki, o bütün işığı udur, özündə yox edir...
Yol səfərlərimizdəki söhbətlər əsnasında onun gözlərim önündəcə gah akına, gah baxıcıya, gah görücüyə və hətta deyərdim bir sirli şamana çevrildiyini dəfələrlə müşahidə etmişəm. Danışıqlarının çoxu qayıbdan gəlir sanki. Bir neçə dəfə onun danışıqlarının lentə alınmamasına çox heyfsilənmişəm. Onun sözlə necə rəftar etməsini, necə qılığından girib dostlaşmasını, hərdən də xoşu gəlməyən zəif misralarla necə qəddar rəftar etdiyini dəfələrlə görmüşəm. Belə ki, elə söz, elə misra, elə beyt olub ki, üstündən qara çəkib, cəllad kimi üzüb şeirin içindən çıxarıb. Söz olub ki, oxuyanda üzundən-gözündən işıq dolu təbəssüm axıb. Söz olan yerdə onunçün dost, düşmən yoxdur. Zəif misraya güzəştə getməsi mümkün deyil. Sozü özünü tanıdığı kimi tanıyır. Sözün anatomiyasını ən dəqiq cərrah qədər bilir.
Harmoniya bütövlük, tamlıq-kamillikdir. Mən bu portret yazımda onun yaradıcılığından, elmindən, bilgilərindən daha çox insani dəyərlərindən, xüsusilə dostluğa sədaqətindən, ailəyə, qohum-əqrəbaya məhəbbətindən söz açmaq istərdim. Oğlu Qorqudla, qaraca qız balası Tansuyla telefon danışıqlarına qulaq asıb, balalarıyla ata nəvazişini necə bölüşməsini heyranlıqla dinləmişəm və etitaf edim ki, bir ata, baba olaraq onun bu şirinliyinə ağzımın suyu axıb, bu mehri-məhəbbətə salavat çevirmişəm. Dostluğa münasibətdə də mərdanəliyinin, dost yolunda fədailiyinin dəfələrlə şahidi olmuşam. İşlərimlə bağlı Gəncə şəhərində yaşayıram. Bir neçə dəfə Gəncədə qonağım olub, Gəncə ədəbi mühiti ilə tanışlığına körpü sala bilmişəm. Onun Gəncəyə gəlişi Gəncə yazarları üçün toy-bayram olub həmişə. Hətta danışıqlar, söhbətlər əsnasında Gəncəli dostlarımız heyrətlərini gizləyə bilməyərək, bu qeyri-adi fitri istedad və bilgi sahibini səyyar universitet adlandırıblar. Elə mən özüm də yarızarafat, yarıciddi bir neçə yerdə demişəm ki, camaat təhsil almaq üçün universitetə gedir, mən isə onu yanımda gəzdirirəm.
Eyibsiz insan olmaz. Kim deyir ki, Rüstəm Kamalın eybi yoxdur. Onun kamilliyinin, böyük ustad olmasının bir səbəbi də odur ki, o eybini heç kimə göstərmir. Mən deyərdim ki, xeyirxahlıqda tayı-bərabəri yoxdur. Adətən istedadlı insanların içindən qısqanclıq adlı qara bir xətt keçir. Onu- bunu bəyənməmək, mənəmlik iddiası özündən xəbərsiz, sözündən qabaqda gedir. Sadəliyi, səmimiliyi bar verən ağaca bənzəyir...
Saçı-saqqalı çoxdan ağarmış, üzündən-gözündən ağappaq nur seli axan bu maraqlı insan sanki elə anadan saçı-saqqalı ağ doğulub. Görənlər, eşidənlər elə bilirlər ki, Rüstəm Kamal artıq 100 yaşı haqlayıb. Eşidəndə ki, bu il onun 50 yaşı tamam olur, buna inanmaq istəməyib sevinənlərdən biri də mənəm. Sevinirəm ki, nə yaxşı yaşı hələ 100-ə çatmayıb. Demək olar ki, insan ömrünün ən kamil və məhsuldar, yaradıcılıq ömrünün başlanğıcına gəlib çıxıb, könül dostum, arxadaşım Rüstəm Kamal.
Mən şeir yazmağa çox gənc
yaşlarımdan başlasam da, ədəbiyyat aləminə 2004-cü ildən
qədəm qoymuşam. Bu
ona görəydi ki, mən
öz sözlərimi,
yazdıqlarımı çox gec tanımağa başlamışam. Yəni
55 yaşım olanda sözlərimlə
tanış oldum, tanıdım,
inandım yazdıqlarıma. Mənim 30-35 ilə güclə
tanıdığım, tanıyıb da
ortalığa çıxarmağa cəsarət etdiyim şeirləri Rüstəm Kamal görən kimi
tanıdı. Məndən çox
sözlərimlə dost oldu.
Sonra mənə də mehrini
saldı, mənimlə də dostlaşdı. Könul
verib, könlümü
nuş eylədi. Adam var özünü ölənəcən
tanıya bilmir. Danışır, nə
söylədiyini bilmir. Mənim
sözümü, dilimi
məndən yaxşı bilən dostum
Rüstəm Kamala həsr etdiyim
bu balaca şeir parçasıyla onun
50 yaşını salamlayıram. Ümidvaram
ki, Azərbaycan ədəbiyyatında
yazılmamış boşluqları öz
kamalıyla, qələmiylə dolduracaq bu ünlü söz sərrafımız.
Ədalət.- 2015.- 11 iyul.- S. 10.