Dilimi, sirrimi məndən
yaxşı bilən
könül dostum
Rüstəm Kamala
Gözlərə inana bilmirəm daha,
Qaşların dilini biləndən bəri.
Elə güləndə də ağlayır gözüm,
Yaşların dilini biləndən bəri.
Nəfsimdən utandım, gözümü dandım,
Özümü tapdıqca özümü dandım.
Unutdum dilimi, sözümü dandım,
Quşların dilini biləndən bəri.
Sönməyi öyrənib, alışa bildim,
Alışıb, sönməklə barışa bildim.
Dil tapıb, Tanrımla danışa bildim,
Daşların dilini biləndən
bəri.
Ədalət.- 2015.- 11 iyul.- S. 10.