DİRİLƏN ADAM

 

Mircəlal Paşayevin xatirəsinə

 

 

2-ci ibrət

 

(ixtisarla)

 

Ey, on səkkiz min aləmə "Tək Bir!" Xuda!

İsmin ilə yol çıxdım ki, pay-piyada,

Sənli sözüm hər könüldə pir yarada.

 

Sevsən "Ta Ha" öyən nəqşi-divanımı,

Şair elan et Dərvişi-dövranını,

Söz qeyd edər tər qələmə devr anını.

 

Həmin günə sərf ömürdən zaman qısa,

Üzə günəş doğmasına güman qalsa,

Günə qurban kəs min ayı, iman qıysa.

 

Bəlkə "Qədrin" batinini açam, biləm,

O an sübhə özüm nəzir - İsmailəm (ə),

Qurban kəsən iti qəməm - sözüm, qələm.

 

Təb təbili Pərim vuran dəf səsidi,

Gecə boyu diqtə, mələk nəfəsidi,

Dəhrin qəhrə əsrarəngiz töhfəsidi.

 

Barmaq çərtib duza bükən inad səbrim,

Piltəsi göz yaşı içən gecələrim,

Doğan, şümşad mirvari tək incilərim,

Bərq vurub saldı gözün qarasına.

 

Nafiləni qılıb Allah rizasına,

Cansıza can aldım canın bahasına.

 

Vəhdəti, söz - ruhun səsi, canın məti,

Alsa Rəbbdən(c.c) məcun məlhəm kəraməti,

Şəfa verər zara şair şəfaəti.

 

Düz söz acı həbdi, zəyi çoxdu, ancaq,

İçsən, qısır qəlbdə "İxlas" doğulacaq.

Vəsilə Söz, nəfsə "OXU!" oxudacaq.

 

Könül ver ki, hidayəti səbəb sala,

"Ol"-dan "Sura" adam Haqqa sadiq qala.

Kor da "Sirat" keçib çata İstiqlala.

 

"Tək Bir!"-in tək "Ol!" nərəsi göyü yardı,

Qara daşı, daş Yerlərə parçaladı,

Günəş qızdı, Aysa bürc-bürc ulduz saldı.

 

Söz doğuldu, gəldi layla əks-sədası,

Yırğaladı beşiyini Yer anası,

"Ol!"-un yatır hələ neçə min mənası.

 

O, ilk sözdən Adəm, Həvva, biz yarandıq,

Döş dolusu südü Xızır(ə) suyu sandıq,

Fəqət fani dünya qədər qocalmadıq.

 

Yarımadıq bu dargözcə ömür-gündən,

Gün saysaq da, həyat sönür gün görmədən,

Əbədiyyət günü doğmaz, o ölmədən.

 

İnsan eşqlə, dünya leşlə qidalanır,

Ona görə başımıza tərs dolanır,

Guya şama pərvanədi, canı yanır.

 

Nüvə verir zərrəyə can hərarəti,

Od, su, torpaq, yel tərpədir ətaləti,

Var danın, var gündəlik yürüş xətti.

 

Çıxa bilməz xətdən bəşər, fövqəlbəşər,

Canlı-cansız həddi aşan bəndə düşər,

Xətti alna qırış salan kamilləşər.

 

Ruh can atar güman yayan səs tərəfə,

Sanar əcəl gendən almır can hədəfə,

Hayhat, hər an qısalar bu kəm məsafə.

 

Döş qəfəsi son nəfəsə dar məhbəsdi,

Nəfəsçün də, xətdən hürrə cəhd əbəsdi,

Əzraildən əvvəl gələn əfv, Məbəsdi.

 

Sağ xətt beş vaxt pak riz çəkər hər diriyə,

Solla fələk çarx hərlədər tərs, geriyə,

Vay o gündən, alın xətdə fərq görməyə.

 

Bağlı qalsa qoşa xəttin batin üzü,

Qundaqdakı bəsirətin qönçə gözü,

Şikəst qəlbə Ayə gələr iblis sözü.

 

Alnına iz qoyan möhür nuru itər,

Qıl körpünün sağ tağını zülmət örtər,

Sol uzanar cəhənnəmə, sağ xətt bitər.

Məhkum bəşər, hürrə çıxart gəl özünü,

Gör, tanı, bil görünənin iç üzünü,

"Görünməzə" (c.c) səcdədə ol, aç gözünü.

 

Dur, ariflər ayna tutsun, bax əksinə,

Vicdanının vicdanıdır baxan sənə,

Qüsül verir güzgüdən öz ləkəsinə.

 

İblis çalan qəlb Azandan əlac umur,

Ruhu karsa, cana iblis umac ovur,

Vəsvəsəni Dəstəmazlı Vicdan qovur.

 

Deyir: - Bəşər ayıl, uyma batil hissə,

Qoy hökm etsin xoş niyyət, beş əməl sizə,

Sən də yol aç pisniyyətə, əməlsizə.

 

"OXU!" oxut, bilsin dinin əsasını,

Hər an ansın ədlin labüd qisasını,

"Qul!" yıxmasın qulun iman komasını.

 

Toxu, oxu soldan sağa hədis, kəlam,

Az-çox doğrult, doğru tanıtkimdi İslam,

O, canlıdır, kamal yetməz tərif yazam.

 

O, Adəm tək Yerdə bitən ilk, nübardı,

Göydən dörd cür peyvənd alan mələk - bardı,

Dadan, könül cənnətində mülkə vardı.

 

Beş sütunlu kainat ki, ağıl almaz,

Məhvər, Namaz! Məhvərsiz din - İslam olmaz,

Qəlbi, Oruc! Qəlbi boşlar Oruc tutmaz.

 

Beşdən biri - dövlətdən Xüms, vardan Zəkat,

Beşdə bir dən, arpa-qazanc-cəvahirat,

Birlə beş vaxt Axirətdə Cənnət yarat.

 

"Beytül-Haram" təvafsız qul, ruhən acdı,

İbrahimin(ə) məqamına can möhtacdı,

Qəlbin hər gün Ümrədəsə, Həcc-Meracdı.

 

Ümidim var, silah çəkə, kəfən geyə,

Söz, Qarabağ,-Haqq yolunda hərb eləyə,

Haray salıb təbim Cihad! Cihad! deyə.

 

Müttəqiyəm, təqvam Sözə nizam verir,

"Əhli-Beytə" olan eşqim pəsdən deyir:

Hünər, meydan, Söz sənindir, vuruş şair!

 

Burdan belə ocaq qala, ad ver Sözə,

İblis oddu, odlu Sözə çətin dözə,

Yaz, yüksəlsin İbrətlərin böyu yüzə.

 

Qələm kaman, Sözüm oxdu, qan salaram,

Nəfsin burnu ovulunca Sözdə varam,

Mən iblisdən güclü çıxar, öc alaram.

 

Qanlı qisas, iblisə xas haram maldı,

Qisas, iblis qanı töksə halal haldı,

Qisas haqqım qana-qansa qında qaldı.

 

Mən kiməm ki, Yazan(c.c) yazıb hökm iblisə,

Şanlı Mələk yolda "Tək Bir!" an ləngisə,

Habil, Qabilaman verməz o baisə.

 

Mən bir aləm fikir yükü, dərdli çəkər,

Yüngül çəksə hava kimi, ağır gələr,

İblisdən nə çəkdim, "Tək Bir!" səbrim bilər.

 

Mən o kəsəm, qıymaz zaval gələ Kəsə,

İman itə, ins-cins Rəbbdən ümid kəsə,

Ki, vəsvəsə qəlbdən-qəlbə keçib kəsə,

Xanimanı viran qoyabircə ana.

 

Bu əbədi ədavətdə biz bir yana,

Öz evində qəsd edib o, ilk İnsana.

 

Odur atəş, od püskürür öc tələbim,

Körük basır vicdan, yanır zindan qəlbim,

Cavab gəzir iddialı şair təbim:

-Qisas gözləməlidi Qiyamətimi?

-Yoxsa, Tanrı başdan qursun bu aləmi?

-Ya da qovsun kainatdan tək Adəmi?

 

Yaz cavabsız sualları başdaşına,

Çoxdan Adəm dönüb adam - yaşdaşına,

Yerin əşrəf tanasınınqaş daşına.

 

İndi necə giley yazım, ya Peyğəmbər?

Mən kiməm ki, sıradan bir fani bəşər,

Fanilər də uman yerdən incik düşər.

 

Ey ilk İnsan, sən ki, Behişt Baharısan,

Muhəmmədin(s.ə.s) "Ol!"-la əkiz Nur barısan,

Yüz iyirmi dörd min əqiq əyarısan,

Evin Cənnət, Sözün Salam, işin pərgar,

Qəmdən başqa nə kəm etdiPərvərdigar?

Necə taxtdan yıxdı Səni iblis - rüzgar?

 

Hələ dünən neçə dünyan hələ vardı,

Hər qat sənin ülfətindən pay umardı,

Səninlə ins-cins, mələklər bəxtiyardı.

 

Qabırğanı Sözlə kəsən Qadir Cərrah(c.c),

Əkdi Firdevf gülzarına, açdı Gülşah,

Həvva Xüldə seyrə çıxdı sabah-sabah.

 

Ədnin, göz məst edən hüsnü-camalı var,

İysiz, dəmsiz kafur axır gümüş çaylar,

Peyğəmbər vəhy, şair ilham burda alar.

 

Nəimdə Rəbb günəş, yonub, hovuz salıb,

Dövrəsində ay, ulduzlar heyran qalıb,

Muhəmmədlə(s.ə.s) "Əhli-Beyti"(ə) zikrə dalıb.

 

Qeybin hələ neçə bağlı qatı qaldı,

Gizlin adlar təkcə Sənə aşikardı,

Nə dedi ki, iblis, Səni hal apardı?

 

Əl atdığın hansı haram cır meyvəydi?

İçki, zina, qumar, "nəfsi-əmmarəydi"?

Adəm iki gözlə qan-yaş tökməliydi.

 

Ey ilk İnsan, necə susum, səbrim dolub,

Çarxım dönüb, zaman, məkan, iman solub,

Öz içimdə iqtidar qul, kölə olub.

 

İtib Haqqın (c.c) böyük haqqı - cümlə biət,

İntizarla min ay sayır, ölə xilqət,

Yuxu kimi gecə gəlir əqlə Cənnət.

 

Ey ilk İnsan, rüknün daim əfv diləmək,

Göz yaşıyla "Abdəst" alıb "Tövbə" etmək,

Günə baxa bilməz xəcil, bənövşətək.

 

Əfv bəraət deyil, hürrü bötöv vermir,

Suya çəkib sıxır suçu, pak eləmir,

O, insana adam deyir, Adəm demir.

 

Ey ilk İnsan, əfvlə tapdın yeni məqam,

Gər, "İxlaslı" "Tövbə"dirsə ali məram,

Əzraillə hər görüşü əfv sayaram.

 

"Tövbə" vicdan önündə baş ucalığı,

"Tövbə" verir başı uca qocalığı,

"Tövbə" ağır minnətçidi əfv qabağı.

 

Həzrət Adəm (ə), bir üzün şad, biri naşad,

Məsih ol gəl, övladını dirilt, yaşat,

İbrahim tək qov iblisi, yeddi daş at.

 

Tapşır bizi Qaimulun (ə) amanına,

Sur çal, gəlsin Sahib (ə) çıxsın Zamanına (ə).

 

Üzəngi qan içənədək qoyma qına,

Fürsət verib Murtəzanın (ə) Zülfüqarı(ə),

Tikə-tikə bu dünyanı doğra, barı,

Səpələnsin kainata parçaları.

 

Ey ilk İnsan, dur bir qeybdən Yerə boylan,

Yaman günə qoydu axı bizi şeytan.

Sümsük tamah izə düşüb iy alandan,

Yallanmağa əl açdırır, dal öpdürür,

Öpmək üçün dizin-dizin süründürür,

Talan gəzir, leş axtarır, hədəf güdür.

 

Qəlbə dolan təlaş, nədi, boş vəsvəsə,

Amma necə qənim çıxa bilir bizə,

Odu bais bəd gümana düşməmizə.

 

Ey ilk İnsan, gör aləmin əşrəfini,

Düyün salıb, çözə bilmir kələfini,

Üryan qalıb, müftə verib qiyafəni.

 

Əncir yarpağı yox, dərib ayıb örtə,

Adam düşüb səcdədədi çılpaq bütə,

Zina özü məəttəldi bu işrətə.

 

O, iblisdir, ilğım yerdə intim qurur,

Buynuzunu örtür, ənnik-kirşan vurur,

Ac səyyada boz səhrada şux ahudur.

 

Hərraca ar, namus qoyub, kim çox verər?

Özünü al, özünü sat, gəl ey bəşər,

Sizdə bişər, bizə də bir çömçə düşər.

 

Gəl bazarda çeşid-çeşid bol mala bax,

Nə əndam var, dur qabağa, keç dala bax,

Dişinə vur, bakirəyə, ya kala bax.

 

Kor olası gözü zina, fühuşxana,

Cənnət gələruyub gendən şor baxana,

Cəhənnəmdihətta gözdən yoluxana.

 

Nəfsin tayı ağır gəlsə, sola əysən,

Şəhvət çulu geymək üçün əldən getsən,

Bir atəşdən kül olmağa qor istəsən,

Qucaq-qucaq ulduz yağar eyş bağına,

Yana-yana səni alar qucağına,

Təki qızış, ödənc ödə yalağına.

 

Şəhvət soyut, məst ol, süst düş, qapıl həzzə,

Bəsirətin haqqı tutar, qıyar gözə,

"OXU!" axı: - Zinan varsa, gəlmə Bizə!

 

Günah yaşar lənətliyin vücudunda,

İki başlı, iki tamah baş ucunda,

İblis həris böyüdür sağ ovucunda.

 

Macəradır: -ləl-cəvahir, sərvət dolu,

Xəzinəli, keyf-damaqlı şahlıq rolu.

Necə suyun sıyılmasın Adəm oğlu?

 

Sol ovucda nifrət, kökü qırx min illik,

Həm Habilə, həm Qabilə düşmənçilik,

Tarix üçün mumyalanmış qaniçənlik.

 

İblis düzdə döngə seçir, dalan qurur,

Şadlığına şıllaq atır, çəpik vurur,

Ovuc-ovuc əks-sədalar əkiz doğur.

 

Göbəkləri bitişikdi bir düyünə,

Tamah-nifrət ağu verir bir-birinə,

Fəlakətdi kimi salsa öz girinə.

 

Nifrət daşıb cin şüşədən çıxan vaxtı,

Firon, Nəmrud kəllələrdən hördü taxtı,

Yeri alıb tamah göyə bayraq taxdı.

 

Min hoqqadan çıxır iblis iki əlli,

Bu hoqqabaz düzən mətnin məğzi bəlli,

Ön Söz vədli, sonu daim faciəli.

 

Hər ərazi quyruğacan qan çanağı,

Yol ötənə quyruq qoşur baş barmağı,

Kimə baxsan çapıq qoyubdaş caynağı,

Hələ dili, ürək gəzir üzə feli,

Ayağı yer görür bizdən üz görəli,

Üzü üzlər görmüş, görsün Əzraili (ə).

 

Çərkəzoğlu

 

 

Ədalət.- 2015.- 11 iyul.- S. 12.