BEYLƏQAN YÜKSƏLİŞ YOLUNDA...
"...Rayonun gələcək inkişafı
ilə bağlı konkret proqramlar var. Xüsusilə indi infrastruktur layihələri
icra edilir. Kənd yollarının tikintisinə
vəsait ayrılır.
Sosial obyektlər tikilir. Ölkəmizin uğurlu inkişafı
regionların inkişafından
böyük dərəcədə
asılıdır".
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
Qədim və zəngin tarixə malik olan Beyləqan həmişə diqqət
mərkəzində olub. Çünki bu rayonun inkişafı,
çiçəklənməsi və tərəqqisi üçün ölkə
prezidenti səviyyəsində
həmişə böyük
diqqət göstərilib.
Təsadufi deyil ki, Beyləqan Sovet dönəmində belə
özünün kənd
təsərrüfatı məhsulları
ilə öndə gedən rayonlardan biri olub. Rayonun iqtisadiyyatını əsasını
kənd təsərrüfatı
təşkil edir.
Və hər il də
burda çox yüksək məhsuldarlıq
əldə edilir.
Torpaqlar sahiblərinə veriləndən
sonra
Əlbəttə, torpağın sahibi, yiyəsi olandan sonra onu əkib-becərmək
o qədər də çətin deyil. Ən azından
ona görə ki, o torpağın dilini o insanlar yaxşı bilirlər.
Onlar yaxşı bilirlər ki, hansı əkin sahəsində nə əkmək olar və necə
məhsuldarlıq əldə
etmək mümkündür.
Bu mənada Beyləqanda
yaşayan sahibkarlar və eləcə də kənd təsərrufatı ilə
məşğul olan insanlar öz işlərini günün
tələbləri səviyyəsində
qururlar. Bu gün rayonda taxılçılıq və
heyvandarlıq çox
böyük önəm
kəsb edir. Sirr deyil ki,
hər adam
da bu cür
təsərrüfatda istədiyinə
nail ola bilmir. Onun üçün ən azından hər şeyi bilməlisən və bütün aqrotexniki tədbirləri vaxtında yerinə yetirməlisən. Bax, onda
istər-istəməz əkilən
toxum öz bəhrəsini verəcək
və sahibinin axıtdığı tər
hədər getməyəcək.
Sevindirici haldır ki,
bu gün rayonda taxılçılıq
sahəsində yüksək
məhsuldarlıq əldə
olunub. Bununla yanaşı, digər
kənd təsərrüfatı
məhsullarının istehsalında
da böyük uğurlara imza atılıb. Bütün bunlar
isə beyləqanlıların
çəkdiyi zəhmətin
bəhrəsidir desək
yanılmarıq. Təbii ki,
çəkilən zəhmət
bayaq dediyimiz kimi, bəhrə verəndə bax onda insanlar da
dərindən nəfəs
alır və özlərini rahat hiss edirlər.
Böyük abadlıq işləri
Beyləqanda hansı küçəyə
getdiksə, hara baş çəkdiksə
orda çox böyük abadlıq, yenidənqurma və tikinti işlərinin şahidi olduq. Təsadüfi
deyildi ki, bu il Beyləqanda çoxlu sayda ağaclar əkilib. Bu ağaclar
istər-istəməz şəhərə
bir gözəllik gətirməklə yanaşı,
həm də bir sərinlik verir. Beyləqan sakini Qənimət
Hüseynovla Heydər
Əliyev parkında görüşürük. O tək deyil, ətrafında dostları,
tanışları və
həmyerliləri də
var. Qənimət müəllim
çox sevinclə bildirir ki, rayonumuz
tanınmaz dərəcədə
dəyişib. Bir-birindən gözəl parklar, xiyabanlar, abad küçələr adamın
diqqətini özünə
cəlb edir. Bax, indi axşam saatlarıdır. Görürsünüz ki, nə qədər
insan Heydər parkında gəzməyə
çıxıb. Fəvvarələr
işə düşəndə,
göydən od yağanda da burda bir
sərinlik var. Xüsusən
də axşam saatları insanların burda sayı daha da çoxalır.
Uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Üstəlik də yaşlı insanların istirahəti də yaddan çıxmayıb. Oturacaqlarda əyləşib
rahatca kiminləsə
saatlarca söhbət edə bilərsən.
Ürəyin susuzluqdan yansa
bir stəkan çay içmkə də adama sərinlik
gətirir. Şükür Allaha, indi o qədər gözəl istirahət yerlərimiz, çayxanalarımız var
ki, hansı birində əyləşsən,
peşman olmazsan.
Bir sözlə, Beyləqana qonaq gələnlər burdan çox razı qalacaqlar.
Yollara asfalt çəkilib,
yaşayış məntəqələrinə
təbii qaz verilib
Sevindirici haldır ki, abadlıq və quruculuq işləri tək Beyləqan şəhərində deyil,
onun qəsəbələrində
və yaşayış
məntəqələrində də geniş vüsət alıb. Sirr deyil
ki, bu gün
əksər regionlara təbii qaz verilir. Bu mənada
son vaxtlar Beyləqanın
da bir çox
kəndlərinə təbii
qaz nəql edilir. Bu isə
əhalinin çox böyük sevincinə səbəb olub. Rayonun sakinlərindən biri olan Qənimət Hüseynov öz rayonları haqqında ürək dolusu danışır. Deyir ki,
Beyləqanın gündüzü
də gözəldir,
gecələri də.
Bir axşam burda qalsanız görərsiniz
ki, bir-birindən yaraşıqlı yaşayış
binaları, inzibati tikililər və müasir memarlıq üslubunda inşa edilmiş möhtəşəm
tikililər necə gözəl görünür.
Mən bir beyləqanlı kimi fəxr edirəm ki, bu rayonun sakiniyəm.
Şükür Allaha, işimiz
var, yeməyə çörək tapırıq
və əmin-amanlıqdır.
Bütün bunlara görə
bir daha ölkəmizin prezidenti cənab İlham Əliyevə minnətdarıq.
Çünki həm Ulu Öndər Heydər Əliyev, həm də prezident İlham Əliyev tərəfindən biz həmişə
böyük qayğı
görmüşük. Rayonda bütün möhtəşəm
tikililər və abadlıq işləri bu iki dahi
şəxsin köməkliyi
ilə həyata keçirilib. Əvvəllər rayonumuzda təbii qaz yox idi.
Amma İlham Əliyev cənablarının böyük
köməkliyi nəticəsində
bu gün rayonumuza mavi qaz verilir. Bax bu da biz sakinlərin
qışda yanacaq sarıdan bütün problemlərini həll etmək deməkdir. Əgər qaz gəlməsəydi biz
əlimizdə balta-dəhrə
meşələrə gedib
odun qırmalıyıq.
Təbii
ki, insanlar üçün yaradılan
şərait həmişə
dəyərləndirilməlidir. Axı biz hər birimiz bu ölkəyə, bu xalqa əməli
işimizlə xidmət
etməliyik.
Beyləqanlılar sabaha böyük
ümidlə baxırlar
Biz Beyləqanda kiminlə
söhbət elədiksə,
onların hər biri inamla, ümidlə
danışdı. Dedilər ki,
şükür Allaha,
yeməyə çörəyimiz
var, içməyə
suyumuz. Bir beyləqanlı olaraq
fəxr edirik ki, belə bir
abad və gözəl bir rayonda yaşayırıq.
İşimiz də yaxşı
gedir. Ümumiyyətlə,
kim çalışırsa,
əziyyət çəkirsə,
Allah-Təala onun əməyini qiymətləndirir.
Tənbəl adamın heç
vaxt çörəyi
olmayıb. Qışda yatıb,
yayda da kölgə axtarıb.
Təbii
ki, belə adamın dolanışığı
yaxşı olmayacaq.
Şükür Allaha, ölkəmizdə kənd təsərrüfatının
inkişafına böyük
diqqət yetirilir. Elə biz də
əkin-biçin və
təsərrüfat işləri
ilə məşğul
olur və ailələrimizi dolandırırıq.
Əhməd Vəliyev
adlı Beyləqan sakini dedi ki,
oğluma iyulun 25-də
toy edəcəm, siz idə ora dəvət
edirəm. Gəlin görün bizim
camaat necə yaşayır. Maşınım var, evim var,
uşaqlarım da hamı işləyir.
İndi axırıncı oğlumu
evləndirirəm. Daha bundan
sonra mənim heç bir çətinliyim qalmır.
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2015.- 16 iyul.- S. 3.