Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

 

Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Adalet.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Bismillahir-rəhmanir-rəhim!

 

Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş bacılarım!

Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.

Əzəmət sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Qoy Islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət bərəkətlərindən nəsib olsun.

Savab, ülfət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir.

Allah Təbarəkə Təalanın Lütfü Mərhəməti sayəsində Ramazan bayramını qarşılayan xalqımızın ülvi arzuları Vətənimiz üçün səadət, əmin-amanlıq istəkləri ilə qovuşur. Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin.

Bu əziz bayram günündə qədirbilən xalqımız Azərbaycanın milli-mənəvi dəyərlərinin dirçəldilməsi inkişafında əvəzsiz xidmətləri olmuş ümummilli liderimiz Heydər Əliyevin ruhuna rəhmət oxuyur onun layiqli davamçısı İlham Əliyev həzrətlərinə Azərbaycanın bugünkü uğurları gələcək tərəqqisi naminə fəaliyyətində böyük nailiyyətlər diləyirlər.

Bir daha əziz bayramEydül-Fitr səadətinə yetişən bütün müsəlmanlarımızı səmimi qəlbdən təbrik edir, xeyir-dualarımı yetirirəm.

Qoy qəlbində Allah məhəbbəti yaşadan xalqımızın, inşallah, bütün ülvi arzu niyyətləri gerçəkləşsin! Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun! Qoy Allah orucumuzun əcri olaraq Öz Lütfü sayəsində bizlərə xeyir bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! AMIN!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

 

Ədalət.- 2015.- 17 iyul.- S. 2.