Zakir Həsənov şəxsi heyəti
təbrik edib
Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan Bayramı münasibəti
ilə Silahlı Qüvvələrin şəxsi
heyətini təbrik edib.
Müdafiə Nazirliyinin mətbuat
xidmətindən verilən
məlumata görə,
nazir təbrikində Silahlı Qüvvələrimizin
Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan
azad olunması naminə xidməti borcunu şərəf və vicdanla yerinə yetirəcəyinə,
döyüş və
mənəvi-psixoloji hazırlığın
daha da yüksəldilməsində
səylərini artıracağına
inandığnı bildirib:
"Yoldaş zabitlər,
gizirlər, miçmanlar,
çavuşlar, əsgərlər
və matroslar!
Sizi Ramazan bayramı münasibəti
ilə səmimi-qəlbdən
təbrik edirəm.
Xalqımızın milli-mənəvi dəyərlərini
daima yüksək tutan Ümummilli Lider Heydər Əliyev milli və dini adət-ənənələrimizin
qorunub saxlanılmasına
layiqli töhfələr
vermişdir. Məhz Ulu Öndərimizin
hakimiyyəti dövründə
ölkəmizdə sağlam
dövlət-din və
dinlərarası münasibətlər
qurulmuşdur. Bu gün Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm
sürməsi, ölkəmizin
dünyanın multikulturalizm
mərkəzinə çevrilməsi
Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsidir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək
bu günümüzə
qədər yaşadılan
Ramazan bayramı Azərbaycanda yüksək
səviyyədə qeyd
olunur.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyevin rəhbərliyi altında
ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Respublikamız dünya dövlətləri
arasında dini tolerantlıq nümunəsi
kimi tanınıb.
Bu gün ölkəmizdə
iqtisadiyyatın dinamik
inkişafı təmin
edilib, əhalinin həyat səviyyəsi yaxşılaşıb, dövlətimizin
müdafiə qüdrəti
artıb, müstəqilliyimiz
daha da möhkəmlənib.
İnanıram ki, bundan sonra da Azərbaycan
Respublikası Konstitusiyasına,
Hərbi Anda və Nizamnamələrə
sadiq qalaraq respublikamızın ərazi
bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan
azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın
daha da yüksəldilməsində
səylərinizi artıracaqsınız.
Hər birinizə möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə
uğurlar arzulayıram".
Ədalət.- 2015.- 17 iyul.- S. 2.