ŞABRAN - QƏDİM MƏKAN
Yəqin çoxlarınızın qədim
şəhər Şabran
haqqında müəyyən
təsəvvürləri var. Bu qədim şəhər öz zəngin tarixi ilə bu günümüzə qədər gəlib çıxıb. Təsadüfi deyil ki, həmin şəhərin
qalıqları da bu gün mövcuddur.
Rəhimli kəndinin yuxarı
hissəsində mövcud
olan bu qədim
məkanda arxeoloqlar ən qədim dövrə məxsus olan əşyalar tapıblar və orda uzun müddət
tarixçilər tədqiqat
da aparıblar. Məlum olub ki, qədim
Şabran şəhərinin
çox zəngin bir tarixi keçmişi
olub. Keçmişə söykənən yeni Şabran isə demək olar ki, tamamilə
müasir memarlıq üslubunda inşa edilir.
Halallıq olan yerdə
Sövet dönəmində bu rayona yolum tez-tez
düşürdü. Birincisi ona
görə ki, elə mənim taleyim bu rayonla
bağlıdır. Rayonun ən
böyük kəndlərindən
biri olan Rəhimli kəndi ilə qohum olmuşuq. Orda mənim doğmalarım,
əzizlərim məskunlaşıb.
Hamısı da halal zəhmətlə, alın
təri ilə yaşayıblar. Düzdür, bir tikə çörəklərini
çətinliklə qazanıblar,
ancaq nə əldə ediblərsə,
nəyə nail olublarsa,
hamısını halal
yolla qazanıblar.
Təbii
ki, bu da
o insanların mənəvi
saflığından, təmizliyindən
və Allah sevgisindən
irəli gəlir.
Ümumiyyətlə, bu tərəfin
insanları Allahı daha çox sevirlər. Düzdür, bir qədər
çətinlik çəkirlər,
əziyyətlə üzləşirlər,
lakin qazandıqları
bir parça çörəyi çox
şirinliklə yeyirlər.
Əlbəttə, hər şeydə
halallıq olanda, təmizlik olanda o insanlar bir-birlərinin gözlərinin içinə
dik baxmağı bacarırlar. Yəni heç
kəs heç kəsin halal çörəyinə əl
uzatmaq istəməz.
Səhərin gözü açılandan
tarlaya üz tutan Rəhimli kəndinin camaatı sözün həqiqi mənasında torpağa bağlı olan insanlardır. Onlardan biri ilə söhbət edirəm.
Bu Etibar Məmmədovdur.
Deyir ki, indi yoldaşımı
da götürüb əkin sahəmiz var, ora gedirəm.
O əkin sahəsində
çoxlu pomidor, badımcan, xiyar və digər tərəvəz məhsulları
əkmişik. Ötən
il yaxşı
məhsul götürdük.
Bu il də
pis deyil. Sahədə
hər şey çox yaxşıdır.
Sadəcə olaraq bir az əziyyət çəkmək
lazımdır ki, məhsul bol olsun və qazancımız
özümüzə yetsin.
Pomidor yaxşı olanda bazara getməyə ehtiyac qalmır, çünki gəlib sahədən sərfəli
qiymətə həmin
məhsulu alırlar.
Ötən il
5 ton pomidor satdıq. Onun pulu ilə evimizdə
təmir işləri
apardıq, bir neçə də mal-qoyun alıb həyətimizdə saxladıq.
İndi şükür Allaha, mal-qoyundan da pul
qazanırıq, bostan-tərəvəzdən
də. Hökumət
də çox sağ olsun
ki, bizə köməklik edir, əl tutur və
şərait yaradır.
Şəhərə baxanda
adamın ürəyi sevincindən
köksünə sığmır
Əlbəttə, abad şəhər gözəl bir məkandır. Amma hər şəhəri
abad eləmək üçün də gərək əziyyət
çəkəsən. Ölkə prezidenti İlham Əliyevin köməyi və dəstəyi nəticəsində Şabranda
çox böyük abadlıq, quruculuq işləri görülüb.
Bir-birindən gözəl yaşayış
binaları, küçələr,
prospektlər adamıq
diqqətini özünə
çəkir. Üstəlik də yeni-yeni əsaslı təmir edilmiş inzibati binalar, xəstəxanalar və müasir tikililər göz oxşayır. Adam bilmir ki, onların
hansına tamaşa eləsin. İnsanın ürəyini sevindirən
və qəlbini açan həm də Şabrandakı səliqə-səhman və
təmizlik işləridir.
Bir qayda olaraq küçələr
çox səliqəli
və gözəl görünür. Mərkəzi küçədə Şabran
sakini Natiq Əliyevlə söhbət
eləyirik. O da bizim qabağımıza düşüb möhtəşəm
Heydər Əliyev parkını, eləcə
də digər gözəl yerləri bir-bir bizə göstərir. Sanki bələdçi kimi onları təqdim edir və hər
biri haqqında məlumat verir. Hiss edirik ki, o bu
torpağa, bu yurda çox bağlı adamdır. Çünki Şabrandan danışanda
sevincindən ürəyi
köksünə sığmır
və deyir ki, müəllim, burda əvvəllər vəziyyət o qədər
də ürəkaçan
deyildi, amma son on ildə rayonumuzda o qədər möhtəşəm
işlər görülüb
ki, saymaqla qurtarmaq olmur. Yaxşısı budur gəlin
gedək yeni tikilən çayxanada bir stəkan çay içək.
Müasir üslubda inşa
edilmiş bu çayxanada hər bir şərait yaradılıb. Ətrafdakı
insanların da çöhrəsində bir
sevinc hiss olunur. Kimi domino oynayır, kimi nərd taxta, kimi də şahmat.
Ən çox yaşlı insanların istirahət etdiyinin şahidi oluruq. Yaşı
80-ni haqlamış Cəfər
kişi fərəhlə deyir ki, oğul, şükür Allaha, rayonumuzda insanların istirahəti və rahatlığı üçün
hər bir şərait var. Belə bir şəraiti əvvəllər biz təsəvvür
edə bilməzdik. Heç Sovet dönəmində bu qədər möhtəşəm tikililər,
xəstəxanalar, məktəblər
olmayıb. Buna görə biz ölkə
prezidenti cənab İlham Əliyevə minnətdarıq. Çünki o, dəfələrlə bizim
rayona səfər edib və rayonumuzun
sosial problemlərinin həllinə böyük
köməklik göstərib.
Bu gün Şabranda
hansı qapını
döysən, hansı
evə getsən orda yeməyə çörək də var, içməyə su da. Bütün evlərdə
qonaqlara böyük məhəbbət hissi
var. Təbii ki, insanın şəraiti yaxşı olanda, imkanı yetərincə çatanda başqasına
da arxa durmaq
istəyir.
Abadlıq işləri kəndlərə
ayaq açır
Bu gün böyük
abadlıq və quruculuq işlər tək Şabran şəhərində deyil,
onun ən ucqar kəndlərində və yaşayış məntəqələrində belə
nəzərə çarpır. Başqa sözlə
demş olsaq, insanlar bu abadlıq
və quruculuq işlərini gündəlik
həyatlarında hiss edirlər.
Neçə-neçə kəndə asfalt
yol çəkilib, təbii qaz verilib. Və eyni zamanda həmin yaşayış
məntəqələri içməli
su ilə təchiz edilib. Sevindirici haldır ki, Şabranın kəndlərindəki
məktəblər və
xəstəxanalar da əsaslı təmir edilir. Təbii ki, bu cür abadlıq işlərinin geniş vüsət alması ilk növbədə hər bir şabranlının ürəyindən xəbər
verir.
Bir vaxtlar insanlar kəndləri, yaşayış məntəqələrini
ona görə tərk edirdilər ki, orda lazımi
şərait yox idi. Amma indi bütün
rayonlarda şəhərdəki
kimi insanlar üçün hər cür şərait yaradılıb. Aydındır ki, bu cür
şəraitin olması
insanları dədə-baba
yurduna daha ürəkdən bağlanmağa
sövq edir. Çünki bir insanın iş yeri, dolanışığı
yaxşı olanda istər-istəməz o daha
rahat yaşayır. Başqa sözlə demiş olsaq, insanların qayğısı azalanda onlar dərindən nəfəs alırlar.
Şabranda kiminlə
söhbət elədiksə onlar bir ağızdan dedilər ki,
bu möhtəşəm işlər Ulu Öndər Heydər Əliyevin və prezident İlham
Əliyevin bizə olan
qayğısının nəticəsidir. Eyni
zamanda sadə şabranlılar onu da bildirdilər ki, rayon icra
hakimiyyətinin başçısı Novruz
Novruzov da camaatın dərin
hörmətini qazanıb. Və rayonda mövcud problemlərin həll edilməsində
cənab prezidentə arxalanır. Təbii ki,
biz də öz sahəmizdə,
öz işimizdə ölkəmizə və
xalqımıza töhfəmizi verməliyik. Əgər mənim
torpağıim varsa onu
əkməliyəm, yetişdirməliyəm və bazara çıxarmalıyam. Yəni hərə
öz işi ilə bu dövlətə, bu xalqa kömək göstərməlidir. Bax, onda ölkəmiz daha güclü və daha qüdrətli olar.
Faiq Qismətoğlu
Ədalət.- 2015.- 17 iyul.- S. 4.