Qurani-Kərim Brayl əlifbası
ilə
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi Brayl əlifbası
(ciddi görmə problemli insanların oxuyub-yazması tərtib
edilən əlifba) ilə çap olunmuş Qurani-Kərimin təqdimatını
keçirib.
Tədbirdə
DQİDK-nin sədri Mübariz Qurbanlı, əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov,
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini
Fuad Nurullayev, Azərbaycan gözdən əlillər cəmiyyətinin
sədri Səmyar Abdullayev, din xadimləri, millət vəkilləri
və icitmaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK sədri Mübariz Qurbanlı Qurani-Kərimin Brayl əlifbası ilə çap edilməsi prosesinə bu il martından başlandığını bildirib. O, Azərbaycanda ilk dəfə görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərimin Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edildiyini vurğulayıb.
M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub, lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: "Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli formada büruzə verir. Kitab çapına əlavə vəsait ayrılır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə kitab çapı üçün ayrılmış vəsaitin bir qismini Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.
Komitə sədri qeyd edib ki, islami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin özünü təbliğ olunması mühüm rol oynayır: "İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən
olan akademik Vasim Məmmədəliyev bildirib
ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap
olunması sevindirici haldır.
Ədalət.- 2015.- 17 iyul.- S. 6.