Avropa Oyunlarının təşkilində
fəal iştirak edən “azərsunlular”
mükafatlandırıldı
Geridə qoyduğumuz ay, bütün dünyanın diqqəti ölkəmizə yönəldi. Buna səbəb isə Bakıda ilk Avropa Oyunlarının möhtəşəm təşkili və keçirilməsi oldu. Azərbaycan belə bir nəhəng idman tədbirini yüksək səviyyədə reallaşdırmaqla ölkəmizin idman ölkəsi olduğunu bir daha sübut etdi. I Avropa Oyunlarının rəsmi dəstəkçisi olan "Azərsun Holdinq” də bu böyük idman bayramına öz mühüm töhfəsini verdi. Şirkətlər qrupu bu möhtəşəm tədbirdə göstərdiyi yüksək xidmətlə istehlakçıların rəğbətini qazanmış "Bazarstore” super marketlər şəbəkəsi və ölkəmizin adını ölkəmizin hüdudlarından kənarda da layiqincə öz üzərində daşıyan "Azərçay” ilə təmsil olundu. Yarışlarını keçirildiyi arenalarda ölkəmizin tarixinin, mədəniyyətinin, ilk Avropa oyunlarının simvollarının əks olunduğu suvenirlərin, köynəklərin və digər əşyaların satışını həyata keçirən "Bazarstore” Azərbaycanın on minlərlə turistin yaddaşına həkk olunmasında əvəzsiz rol oynadı. Ölkəmizin ən uğurlu yerli markalarından olan və artıq dünyanın dörd bir yanında böyük rəğbətlə qarşılanan "Azərçay” da Bakı 2015Avropa Oyunlarının rəsmi çay tədarükçüsü olaraq bu tədbirdə öz öhdəsinə düşən işləri layiqincə yerinə yetirərək hər kəs tərəfindən çox yüksək qiymətləndirildi. Yarışları ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərçay” və "Bazarstore” stendlərini ziyarət etməsi isə orada çalışan "Azərsun” əməkdaşları üçün əlavə stimul oldu. Belə bir möhtəşəm idman bayramının reallaşmasına töhfə vermək üçün ilboyu əziyyət çəkən "Azərsun” əməkdaşlarının fəaliyyətişirkət rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Belə ki, bu zaman ərzində "Bazarstore” və "Azərçay”ın bu tədbirdə ən yüksək səviyyədə təmsil olunması üçün əziyyət çəkən əməkdaşlar Şirkətlər qrupunun baş direktoru tərəfindən müxtəlif mükafatlara təltif olunublar. Onlara "Azərsun Holdinq” adından hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ölkəmizdə təşkil
edilən müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə
yaxından iştirak edən "Azərsun
Holdinq” gələcəkdə də bu cür layihələrin
ən yüksək səviyyədə təşkil edilməsinə
öz töhfəsini verəcək.
Ədalət.- 2015.- 17 iyul.- S. 6.