Borçalıdan ucalan
səs
(Şair
Dilsuz Musayevin yaradiciliği haqqında)
Qədim Borçalı torpağı
öz folkloru, mədəniyyəti, adət
-ənənələri ilə
bu gün Azərbaycanımızın ən
həssas, ən doğma bir yeridir. Burda doğulan şairlər həmişə
ayaq üstədir və hər an vətən kəlməsi dillərində
çiçək açır.
Aşıq Hüseyn Saraclı, Camal Mustafayev, Zəlimxan Yaqub, İsa İsmayılzadə, Dilsuz
Musayev, Azər Abdulla,
Hamlet Isaxanlı, Rəşid
Faxralı, Azər
Abdulla, Səməd Qaraçöp,
İbrahimxəlil, Eyvaz
Borçalı, Abbas
Abdulla, İlqar İlkin,
Rafiq Hümmət və başqaları bu torpaqdan güc
alıb, şeirin, sənətin yüksək
zirvələrinə ucalıblar.
Vətənin qıraqda qalan
yerləri həmişə
çox şirin olur. Bu torpağın
dili, ləhçəsi
bal dadır. Çünki onlar əsl
vətən həsrətini
yaşayırlar.
Çoxdan tanıdığım, həmişə şeirlərini
böyük zövqlə
oxuduğum Dilsuz Musayev bu yaxınlarda
iri həcmli bir kitabını -"Qəlbimdə göyərən
vətən" kitabını
(500 səhifə) mənə
verdi. Ön sözü
də xalqımızın
ləyaqətli oğlu
professor Camal Mustafayev yazıb, özü də gözəl yazıb, Dilsuzun şeirlərinin psixologizmini
alim səciyyəsi ilə araşdırb, şeirləri geniş təhlil edib. Kitabdakı şeirlər gözlərim
önündə bütöv,
azad Azərbaycanın
xəritəsi kimi canlandı. Burda Azərbaycanımızın keçdiyi tarixi yolu, çəkdiyi hər bir əzabı
və yaşadığı
hər bir sevinci gördüm.
Hiss olunur ki, bu
şeirləri yazan şair həyatın bütün çətinliklərdən
keçib, dünyanın
hər üzünü
görüb, amma heç vaxt yaxşı insanlara, o böyük allaha, dövlətimizə və
vətənimizə inamını
itirməyib.
Dilsuz
Musa oğlu Musayev 1948
-ci il
fevral ayının 10-
da Gürcüstan Respubilkası Bolnisi rayonunun Saraclı kəndində anadan olub. 1966-cı ildə
Saraclı kənd orta məktəbinin 11-ci sinfini, 1973-cü ildə isə Azərbaycan Pedoqoji Dillər İnstitiutunu (İndiki
BSU-nu) bitirib. Təyinatla Tərtər
(Mirbəşir) rayonuna
göndərilmiş 1973-1979 illərdə həmin rayonun Hacıqərvənd
(Kolanlı) kəndində
rus dili və ədəbiyyatı
müəllimi işləyib.
1980- 84-cü illərdə Bakı şəhərində
5 saylı kimya-biologiya
təmayüllü internat
məktəbində ixtisası
üzrə çalışıb.
1985-ci ildə Respublika "Bilik" cəmiyyətinin Abşeron
rayon şöbəsinin sədri
təyin olunub. 1986-89 cu ullərdə Abşeron Rayon Partiya Kömitəsində müxtəlif
vəzifələrdə işləyib.
1987-ci ildə dostluq və qardaşlıq əlaqələrinin
daha da möhkəmləndirilməsi
məqsədi ilə Bolqarıstan Xalq respubilkasına gedən nümayəndə heyətinin
rəhbəri olub.
1989-cü ildən Qarabağa Xalq Yardımı Komitəsində
təlimatçı, ümumi
şöbə müdiri,
komitə sədrinin birinci müavini vəzifəsində çalışıb.
1994-cü il dekabr ayının 23-də
keçirilmiş İkinci
Ümumrespublika Konfransında
komitənin sədri seçilib. Bir çox ölkələrdə,
o cümlədən, Finlandiya,
Norvec, Polşa, Avstrya, İspaniya, hollandiya, Almaniya ölkələrində ümumdünya
dilçiliyi məsələlərinə
həsr olunmuş beynəlxalq konfranslarda iştirak edib. 1964-cü ildən respublika mətbuatında müxtəlif səpkili məqalələri, resenziyaları,
şeir və tərcümələri ilə
çıxış edir.
Azərbaycan və Gürcüstan
radio və televiziyalarında
dəfələrlə şeirləri
səsləndirilib və
çıxşlar edib.
"Cəsarətli qələm" fəxri mükafatına layiq görülüb, bir çox diplomlarla təltif olunub.
Dünya ədəbiyyatından etdiyi
tərcümələr Dilsuz
Musayevin yaradıcılığının
ayrılmaz tərkib hissəsidir. Onun Mayya Rumyatsevadan, İrakli Abaşidzedən,
Revaz Margianidən, Muxran Maçavarianidən,
Mikola Bajandan, Mixail Stelmaxdan, Lanka Kupaladan, Robert Roldestvenskidən,
Aleksandr Bobrovdan, Rəzzaq Əbdürrəşiddən,
Aleksandr Qriçdən,
Atamurad Atabayevdən,
Marina Safanovadan, V. Malisevdən,
M. Prisvcndən, Boris Seysardan
və başqalarından
etdiyi tərcümələr
oxucular tərəfindən
maraqla qarşılanıb.
Dilsuz Musayev "Düşmən
ocaq başında",
"Bakını necə
tutdular", "Qəlbimdə
göyərən vətən"
kitablarının müəllifidir.
Dilsuz Musayev Azərbaycan və türkçülük istiqmətində
Beynəlxalq konqreslərdə
və sempozyumlarda maraqlı çıxışlar
etmiş, mövzu ilə bağlı dövri mətbuatda elmi məqalələr dərc etdirmişdir.
Dlsuz Musayev Azərbaycan Yazıçılar
və jurnanilstlər Birliyinin üzvü və "Azərbaycan ekologiyası" qəzetinin
baş redaktorudur.
Bu, Dlsuz Musayevin fiziki, bioloji tərcümüyi-halıdır. Onun filoloji
tərcümüyi halı
daha qədim və həm də xalqımızın
mədəni, mənəvi
gözəlliklərini özündə
ehtiva edən həyati bir prosesdir.
Borçalı ədəbi düşüncəsini
şeirlərində daşıyan
şair dostum Dilsuz Musayev o qədər səmimi bir insadnır, adam inana
bilmir ki, o, bir qarışqanı ayaqlaya bilər, ya bir gülün
ləçəyini üzə
bilər və yaxud bir bulaq
şırıltısının yanından laqeyd ötə bilər.
Həyatın əzablarını yaşayan,
dünya görmüş
bir insandır Dilsuz müəllim. İlk baxışdan
adama sadəlövh təsir bağışlayır.
Bəzən xətrinə dəyməsin
deyə sənin dediklərini təsdiqləyir,
amma ürəyində
öz fikirində həmişə qalır.
"Azərbaycan" jurnalında dəfələrlə
şeirlərini çap
eləmişuk. Yazıların
çapı bir az geciksə
də, heç vaxt səbəbini soruşmayıb. Onun üçün gələcək çox
böyükdür, uzundur,
həmişə üzrxahlıq
eləyəndə deyir
ki, əşi, narahat olma, əvvəl-axır
çap olunacaq.
Dilsuz Musayev vətən, torpaq, müharibə, sevgi, ölüm, həyat və insan haqqında müxtəlif məzmunlu şeirlərin, xeyli sayda uşaq əsərlərin , poemaların, ədəbi-bədii publisitik
yazıların, təmsillərin
və yüzlərlə
dünya ədəbiyyatından
tərcümələrin müəllifidir.
Onun şeirlərindən
ana təbiətin ətri gəlir. Suyun şıqıtısı,
güllərin əsməyi,
dağların mehi
hiss olunur, çayların
qıjıltısı eşidilir.
Narahat təbiətin akkordaları
Dilsuzun şeirlərinin
ürək döyüntüsüdür.
Onun yaradıcılığında təbiət və cəmiyyət hadisələri
paralel gedir. Cəmiyyətdən insan bezəndə
təbiətin qoynunna
qaçır və yaxud təbiətdən cəmiyyətə saf insan gəlir. Təbiət
və cəmiyyət hadisələrinin qəhrəmanı
olan insanın düyğu və düşüncələri Dilsuzun
şeirlərinin əsas
tərkib hissəsini təşkil edir. Amma həyat insanları dəyisşdirir, dünən
baş verənlər
artıq bu gün üçün xatirəyə çevrilir.
Dünən ata ocağının
istisinə qızınanlar,
bu gün onun həsrətini çəkir.
Yaman dəyişdirdi bizi
bu şəhər,
Dost-dosta
çox zaman sirrini vermir.
Ömür-gün keçsə də
burda bir təhər,
Ata ocağının
yerini vermir.
Yollar insanları
uzağa aparır və sonra geri
qaytarır, elə yol da var
ki, insanı əbədi aparır. Şair yolları
insanın qan damarlarına bənzədir.
Şeirdə yolun yadda qalan obrazını yaradır.
Yollar ömrümüzün
qan damarları,
Günümüz çox zaman yollarda keçər.
Yollar ömrümüzün
sürət qatarı,
Obalar adlayar, yollardan keçər.
Şair təbiətin ritmlərini dərindən duyur, çöllərin lalə, dərələrin sel vaxtını yaxşı bilir. Şair hər zaman təbiətin vaxt saatına diqqətə baxır, onun ilmə naxışlarını dəqiqliyinə qədər oxuya bilir.
Əriyir
dağların qarı,
Üz tutur çaylara sarı.
Keşik çəkir qayaları,
Dərələrdə
sel vaxtıdır.
Şair ilanın kövrəkliyinə heyrətlənir, onun qızılı rəngini yerə düşmüş sarı üzüyə oxşadır. Bir sözlə, şair təbiətin nağışları ilə şirin söhbətlər edir.
Yenicə
çıxmısan torpaq altından,
Səni də cərgəyə
qoşdu yaradan.
Şükür gəlişinə olmuşam heyran,
Necə də
kövrəksən, ilan balası.
Bir sarı üzüksən,
ilan balası.
və yaxud
Tək yaralı quşdu
sevgim,
Tək qanadla uçdu sevgim.
Toy günündə
uçdu sevgim,
Ürəyində olanmadım.
Yuxarıdakı bəndin son iki misrası insan həyatının milyon illər davam edən ən qəribə anıdır. Dilsuz Musayevin şair kimi ustalığının əsas məqamı odur ki, o həyatın ən gizli və qəribə məqamlarını tutub şeir misralarına çevirə bilir. Şair üçün bu, əsas şərtdir.
Dilsuz Musayevin
şairlik düyğusu
təbiət və cəmiyyətin ən xırda cizgilərindən,
quşların, suların və körpələrin səsindən
başlayır. Özü də gözəl
başlayır. Təbiəti səsi onun
şeirlərinin vəznidir. Borçalıdan ucalan
bu qədim səsi dünyanın hər
yerində eşitmək olar.
Qəşəm Nəcəfzadə
Ədalət.- 2015.- 17 iyul.- S. 14.