Ruzbeh Məmmədin şeirləri

 

ƏDƏBİ HƏYAT

 

 

"Bəzən heç nəyə əl vurmadan baş götürüb getmək istəyir adam. Yaşamaq üçün çoxdur bu ömür, inanın mənə".

"Narahat olma, düzələr"ə qalır üç yüz altmış beş gün həyat. Hər addımda qarşına çıxan dolanbac yollarit günündə yaşamaqdan başqa bir şey deyil dünya. Ala-toranlıqda ümid gəzməkdi bir cib sıxıntıyla, əlləri boş, hədər yerə gün yandırmaqdı, mənəvi işgəncədi..."

Gənc şair-24 yaşlı Ruzbeh Məmmədin "365 gün" adlı ilk şeirlər kitabı müəllifin bu sözləriylə bitir.Gəlin, bu kitabı başdan oxuyaq.

Darıxmaq insanın mənəvi sıxıntıya düsar olması, nədənsə bezməsi, təngə gəlməsi, narahatçılıq içərisində yaşaması, bütün bunları ürək ağrısı ilə hiss etməsidir. İnsan kimin üçün darıxar? Qürbətdə olanda Vətən üçün darıxargArzularının həyata keçmədiyini görəndə yaman darıxar. Yaxın adamından, dostundan, sevgilisindən ötrü darıxmağı da təbiidir.. Həyatında uğursuz anlar, bədbəxt hadisə baş verərsə, bir könül həmdəminə ehtiyac duyarsa, darıxar, üzülər. Bunlar insanın təbii yaşantılarıdır və zaman-zaman Azərbaycan şairlərinin şeirlərində də darıxmaq hissinin poetik çalarları ilə rastlaşmışıq.

Mərhum ədəbiyyatşünas Məsud Əlioğlunun belə bir kitabı var: "Darıxan adamlar" (iki cilddə, Bakı, "Təhsil" nəşriyyatı, 2009). Bu adı həmin kitaba kim seçib, deyə bilmərəm. Amma o kitabda Azərbaycan ədəbiyyatının klassiklərindən, onların yaradıcılığından söz açılır. Ümumən Azərbaycan ədəbiyyatının keçdiyi yolu (Nizamidən Uabbarlıya qədər) DARIXAN ADAMLARın həyat fəlsəfəsi, dünyaya baxışı kimi izah eləmək Məsud müəllimin metodoloci prinsipi idi. Bu konteksdə darıxmaq öz adi, lokal mənasından sıyrılır, geniş bir məna kəsb edir, düşünmək, mövcudreal həyatla barışmamaq, gələcək haqqında xoş xəyallara dalmaq, daxili-mənəvi təkamül prosesi keçirmək yazıçıların təsvir etdiyi qəhrəmanların məramına çevrilmişdi. Ona görə də 24 yaşlı bir gəncin -cavan bir şairin darıxmaq hissini də təbii qəbul edək və görək onun şeirlərinə səpələdiyi bu sıxıntı, bu narahatlıq haradan doğur, bütün bunlar niyə mənəvi işgəncəyə aparıb çıxarır? Axı, darıxmağın da bir sonu olmalıdır, insan bütün ömrü boyu sıxıntı içində yaşaya bilməz, həyatı ancaq darıxmaq haləsinə bürümək olmaz. Bu, bir insan ömrünün faciəsinə yol açar. Yox, əgər bu darıxmaq daha gözəl arzulara və işığa doğru can atmaqdırsa, onda darıxmağa dəyər.

Ruzbeh elə birinci şeirində öz darıxmaq "fəlsəfəsi"ni ortaya qoyur:

 

Uzaq düşəsən qəfil qohumundan, yadından,

Xəbər tutmaya kimsə olduğun ünvanından,

Qeybə çəkildiyini sənin öz qadınından

Bir başqa kəs duymaya, danışanın olmaya,

Öldürəsən özünü, qarışanın olmaya.

Qovmaya bir pişiyi, küçənin azğın iti,

Oyatmaya süd satan, səni səhərlər qəti,

Ömürçox olmaya, ola lap müvəqqəti,

Nə əlli, nə altmış, çox da yaşın olmaya,

Yatasan torpaq altda qəbir daşın olmaya.

 

Təbii ki, son dərəcə pessimist, dekadent bir "xülya". Hava çatışmır onun təsvir elədiyi lirik qəhrəmana. Sonra: "Birdən adam insafsızca darıxmağa başlayır, Elə darıxırsan ki, lap it kimi. Sıxılırsan dost-tanışdan, Küçədə cütləşən itlərin səsindən, Səhv düşən telefon zənglərindən".

Ruzbehin şeirlərini işığa doğru can atan, amma hələ o işığın harada olduğunu dərk etməyə cəhd edən bir gəncin qaranlıqdakı vurnuxması, çabalaması kimi yozmaq istəməzdik. Onun həyat məramı adilikdən, cansıxıcı həyatdan bezən bu yaşayış tərzini qəbul etmək zorunda olmayan bir insanın-yeniyetmə bir gəncin etirazlarından, "daha belə yaşamaq olmaz" düşüncəsindən doğur. Hər şeydən bezmək, sevgidən usandırıcı bir tərzdə yorulmaq ya da imtina etmək həddinə gəlib çatmaq, "hər gün ölümün gözünün içinə dik baxmaq", amma "vaxtın yoxdur ölməyə" deyib intihar haqda da fikirləşməkggöründüyü kimi, bizim pessimist gəncin daxili dünyası bu cür əndişələrlə sıx-sıx ilgilidir.Doğrusu, lirik qəhrəmanın "yaşayımmı, ölümmü?" dilemması qarşısında bu təhər çabalaması heç qəribə görünmür. Bu, bir gəncin yaşantılarıdır. Deyir ki:

 

Atın boran, qışa məni,

Tutdurun qarğışa məni.

Vurun dağa, daşa məni,

Mənim canım çıxan deyil.

 

Nə qədər zillət görmüşəm,

Nə ağır dəhşət görmüşəm.

Ayrılıq, həsrət görmüşəm,

Ürəyim darıxan deyil.

 

Elə vurdu, əzdi məni,

Öz içimdə gəzdi məni.

O qədər ki üzdü məni,

Taa üzümə baxan deyil.

 

Ümidlərim tabdı hələ,

Bağ bildiyim dağdı hələ.

Ruzbeh Məmməd sağdı hələ,

A dünya, yıxılan deyil.

 

Fikrimcə, "Deyil" adlı bu şeir Ruzbeh Məmmədin pessimist şeirlərindən seçilirbu şeirdə sanki həyatdan, yaşadığı mühitdən ğezən bir gəncin ona əzab verən düşüncələrdən qurtulmaq, xilas olmaq istəyi ifadə olunur.

Ruzbehin şeirlərində bir-birini inkar edən məqamlar diqqətdən yayınmır, bunu normal hal hesab etmək olarmı? Zənnimcə, yox! Təbii ki, insanın həyat yolu birbaşa düzxətli ola bilməz, yolu gedərkən maniələr, çətin anlar da yaşana bilər. Amma fikirləşirsən ki, sən o yolu getməlisən. Ruzbeh isə bir tərəfdən deyir ki:

 

Özüm bilmirəm gedirəm hara,

Qaçıram dərdimə çatıb gedirəm.

Ömürlük köçürəm lap uzaqlara,

Səni birdəfəlik atıb gedirəm.

 

Bu, 2013-cü ilin şeiridir. 2014-cü ildə isə Ruzbeh "gSənin üçün yazılan şeir"də başqa bir ovqat aşılayır. Bu da sevgi şeiridir, amma ayrılıqdan, çıxıb getməkdən söhbət getmir.

 

Gülüşünə, baxışlarına sarılıram.

Mən hər şeyi sənlə ölçürəm,

Sən gözəlsən, hamı çirkindi,

Sən gül qoxulusan, güllərin ətri yoxdur...

Üzümdə saçlarının gül ətri,

Bağışla məni o iki kəlmə söz xatirinə

Suçumu boynuma alıram!

Bağışla məni,

Bağışla ki, səni çox sevirəm...

 

Əlbəttə, kimsə etiraz edib deyə bilər ki, sevənlər arasında belə hallar: bir gün imtina, sabah yenidən qayıdış, başqa birisi gün yenə imtina mümkündür və ümumiyyətlə, bu hissi yaşayanlar üçün belə "çevrilmələr" təbiidir. Amma sevgi deyilən o duyğu, o müqəddəs və ali hiss başlanğıcdan sona qədər sabit, dəyişməz bir xassəyə malik olmalıdır. Məsələ heç də belə "çevrilmələr"də deyil, sevginin insana təsiri, ona aşıladığı və onu saflaşdıran, daxilən təmizləyən və yeniləşdirən nə varsa, odu sevgi. Ruzbehin bir "Sevgi" adlı şeirivarsanki o, lirik qəhrəmanın ikilik düşüncələrinə xitam verir və fikrimcə, bu şeirdə Ruzbeh bütün ikili fikirlərinə son qoyur, öz anlamında əsl sevgininolduğunu açıqlayır. Amma bu şeirə iki yöndən münasibət bildirəcəyik.

 

Mənim üçün hər gün, hər gün

Tək səni sevməkdi sevgi.

Gözümə dolan ümidi,

Son damla qalan ümidi

Sevərək, xərcləməkdi sevgi.

Burada "ümidi xərcləmək" ifadəsi ilk baxışda etiraz doğura bilər, amma maraqlı ifadədir..

 

Biləm ömrümün hər anı

Unuda kaş hamı, hamı.

Mən unudub hər insanı,

Bir səni görməkdi sevgi.

 

Bu misralar arasında səlislik zəifləyir, sözlər arasında dolaşıqlıq nəzərə çarpır, üç misrada ifadə olunan fikir şeir qiyafəsində deyil, amma "Bir səni görməkdi sevgi" misrası o üç misranın "günahını" yuyur.

 

Hər şeyin daşını atıb,

Bütün işimi unudub,

Canımı dişimə tutub

Götürüb getməkdi sevgi.

Barmağının ucunacan

Dırnağından saçınacan,

Alt paltarından qıçınacan

Sənin; ətirlənməkdi sevgi.

Ürəyimin lap dibinə

Atam bir düşmən sevinə.

Əlimi salıb cibimə

Gül ala bilməməkdi sevgi.

Qılıb namazın hər qızın,

Girib ürəyinə bir qızın

Qapı-qapı qışı, yazı

Döyüb dilənməkdi sevgi.

 

Bu misralarda da bəzi çatışmazlıqlar diqqətdən yayınmır "Ürəyimin lap dibinə Atam bir düşmən sevinə" misraları arasında kommunikasiya nəzərə çarpmır. Hər qızın namazını qılmaq nə deməkdir? (Qeyd edim ki, gələcək şeirlərində Ruzbeh şeir dilinə xüsusi diqqət yetirməlidir.) Ruzbehin sevgi nədir? sualına nisbətən doğru cavabı səslənsə də, o, bu şeiri yaxşı cilalamayıb. Amma onun ilk kitabında hər misrası, hər bəndi yerində olan nümunələr az deyil. Xüsusilə, ünlü şairəmiz Fərqanə Mehdiyevanın kitaba yazdığı ön sözdə sitat kimi seçilən nümunələr Ruzbehin ən yaxşı və səlis şeirləridir. Amma mən "Olmadı" şeirini şeir texnikası baxımından daha uğurlu hesab edirəm:

 

Qollarım qırıldı düşdü,

Tutub bağlayan olmadı.

Öldüm mən, beləcə öldüm

Di gəl, ağlayan olmadı.

Atam oğlu, çap atını,

həyatın qatını.

Bu dünyanın saatını

Tutub saxlayan olmadı.

 

Təbii ki, mən də Fərqanə xanım kimi ona İŞIQ, sözünün, sevginin işığını arzulayıram. Amma bir qədər fərqli. O işığı ki, dünyadan heç vaxt əskik deyil, hər an qarşına çıxır, səni pessimist olmaqdan, yalnız öz içində qıvrılmaqdan, boğulmaqdan xilas edir, o işığı ki, sənin içindədir, sən onu dünya işığına çıxarmalısan. Sənin ürəyinin işığı səni şair eləyib. O işığı yaşat!

 

 

Vaqif Yusifli

 

Ədalət.- 2015.- 17 iyul.- S. 15.