Göz-könül oxşayan İsmayıllı

 

 

 

"Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir. Rayon inkişafdadır, böyük dəyişikliklər vardır. Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq artıq tapmaqdadır".

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

 

Bu gün hər kəsin böyük həvəslə üz tutduğu ünvanlardan biri İsmayıllıdı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müstəqilliyinə əbədilik xarakteri verilmiş Azərbaycanın mirvarisi sayılan İsmayıllıya rayon İcra Hakimiyyətinin başçısı kimi Mirdaməd Sadıqov narahat bir zamanda gəlmişdi. Məmur özbaşınalığına qarşı qanunsuz yollarla etiraz edilmişdi. Sabitlik qismən pozulmuşdu. Cənab Prezidentin təyinatı barədə imzaladığı 14 fevral 2013-cü il tarixli sərəncamı çox böyük məsuliyyətdən, etibar etimaddan doğan məmnuniyyət hissi ilə qəbul edən Mirdaməd Sadıqov vəzifəsinin icrasına cəsarətlə, rayonda bütün istiqamətlərdə dönüş yaradacağına inamla başladı. Dövlət başçısının səfəri zamanı dediyi sözlərini başlığa çıxarmağımı vacib saydım. Həmin dəyərli sözlərdən görünür ki, az müddətdə rayon rəhbərliyində, başlanğıcda yaranan inam özünü doğrultmuşdur. Görülən işlərin sayı artdıqca, yeni-yeni layihələr reallığa çevrildikcə rayon rəhbərliyi ilə sakinlərin bir-birinə inamı da artır.

Xalqın fikirlərinə qanunlara əsaslanan fəaliyyətində obyektivliyə, haqq ədalətə arxalanan, ölkə başçısının sərəncam, tapşırıq tövsiyələrini məsuliyyət dərəcəsini dərk edərək, məslək əqidə olaraq qəbul edən Mirdaməd Sadıqov əhali ilə sıx təmasda işləyir, onun optimal rəy fikirlərini əsas götürür. Nəticələr isə özünü çox gözlətmir.

 

Əhalinin maraqlarına cavab verən tikinti, quruculuq abadlıq işləri

 

Son vaxtlar aparılan təhlillər göstərir ki, rayon ərazisində 8 min nəfərə yaxın məktəbəqədər yaşlı uşaq var. Onların yalnız 300 nəfərdən bir az artığı bağça tərbiyəsi ilə əhatə olunub. Mövcud durumun yaxşılaşdırılması üçün proqram hazırlandı. Həmin proqrama əsasən şəhərin Mican məhəlləsində 40 yerlik uşaq bağçası artıq körpələrin istifadəsindədir. Q.Aslanov küçəsində inşa olunan müasir pedaqoji, tərbiyə sağlamlıq tələblərinə cavab verən 140 yerlik uşaq bağçası-körpələr evində tikinti-tamamlama işləri başa çatıb, qeyd olunan şərtlərə tam cavab verən inventar avadanlıqla təmin olunub. Daha 2 yerdə uşaq bağçası üçün yeni bina inşa edilir.

Digər sahələrdə gedən abadlıq, quruculuq, tikinti işlərindən danışmazdan əvvəl onu qeyd etməyi lazım bilirəm ki, iki il öncəyə qədər aparılan işlər kosmetik, cari xarakterli olub, daha çox görüntü yaratmaq məqsədi güdüb. Bu səbəbdən yeni rəhbərliyə çox görmək ağır miras kimi qalıb. Lakin bu ağırlıq İsmayıllıda kiminsə çiynin əymir. Çünki görülən işlərə dövlət dəstəyi var. Hər bir layihə əhalinin maraqlarından irəli gəlir. Hər bir yaşayış məntəqəsi üzrə sistemli ardıcıl olaraq təhlillər aparılır görüləcək işlər proqnozlaşdırılır, maliyyə mənbələri, icraçılar obyektiv əsaslarla müəyyənləşdirilir. İnsanların sosial həyatı ilə bağlı bir faktı xüsusi olaraq diqqətə çatdırmaq istərdim. Son illərdə fərdi ev tikintisində vətəndaşların qarşısına süni maneələrlə sədd çəkilirdi. Lakin rayon rəhbərliyi dəyişəndən sonra bu maneələr tamamilə aradan götürüldü. Bu da ölkə rəhbərinin qayğısının hər bir ünvana çatdırılmasının təzahürü kimi qiymətləndirilir.

Tikilənlərə, qurulanlara oxucuların diqqətini yönəltmək istərdim. Keçən il İvanovka kəndində, Lahıc qəsəbəsində 15 çarpayılıq xəstəxana, Topçu Tircan kəndlərində həkim məntəqələri istifadəyə verilmişdir. Rayon Mərkəzi xəstəxanası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına yenidən qurulmuş, müasir müalicə diaqnostika aparatları ilə təchiz edilmişdir. Yaxın günlərdə xəstəxana onu ehtiyacı olan insanları qəbul edəcək, özü keçmiş uşaq xəstəxanasındakı sıxıntıdan azad olacaqdır.

İsmayıllı şəhərində su-kanalizasiya şəbəkəsinin yenidən qurulması layihəsinin icrasına çoxdan başlanmışdı. Lakin nəzarət olmadığı üçün işlər keyfiyyətsiz aparıldı. Dağıdılanlar bərpa edilmirdi. Təbii ki, belə vəziyyətlə barışmaq mümkün deyildi. Rayon icra hakimiyyətinin yeni rəhbərliyinin mütəxəssislər vasitəsilə icraçıların işlərinə müdaxilə etməsi işi tələb olunan istiqamətə yönəltdi. Problemlər həll olundu, layihənin icrası başa çatdı.

Rayon sakinlərinin sosial həyatının hansı istiqamətinə nəzər yetirsək oradakı insanların çöhrəsində bugünkü həyatdan doğan sevinci görürük. İsmayıllı-İvanovka-Hacıhətəmli yolundan istifadə edənlər , 140 250 yerlik xeyir-şər evlərində tədbir keçirənlər , başdan-başa yeniləşən, abadlaşan, müasir memarlıq üslubu dizaynda tərtib olunan Mübariz Orucov küçəsində yaşayanlar da bu sevincə ortaq olurlar. Çünki yaxşı işi yaxşı görüb, yaxşı qiymətləndirməyi bacarırlar.

Ümumiyyətlə, bu gün İsmayıllıya yolu düşən hər kəs aydın şəkildə bir həqiqətlə üz-üzə qalır. Yəni hər kəs görür ki, rayon rəhbərliyinin bacarığı, işgüzarlığı bir çox problemlərin köklü şəkildə həll olunmasına öz təsirini göstərə bilib. Belə ki, işin işbilənə tapşırılması torpağı, eli-obanı sevənə həvalə olunması həm müsbət bəhrədi, həm yerli sakinlərin arzularının çin olması... Deməli, bu bir daha göstərir ki, işin işbilənə tapşırılması, yəni kadr çox şeyi həll edir. Bunu İsmayıllının timsalında görmək mümkündür.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2015.- 22 iyul.- S. 3.